Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

18 Mart 2011 - 11

 

Strasburqda "Azərbaycan-20 - Baxış-2020" adlı beynəlxalq forum keçirilib

 

Martın 11-də Fransanın Strasburq şəhərində Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclər Təşkilatının (ASAİF) "Azərbaycan-20 - Baxış-2020" adlı beynəlxalq forumu işə başlamışdır. 

AzərTAc xəbər verir ki, ASAİF-in sədri Orxan Əkbərov forumu açaraq tədbirdə 25 ölkədən 150-dən artıq tələbənin iştirak etdiyini diqqətə çatdırmış, gənclərin səmərəli dialoq aparacaqlarına əminliyini bildirmişdir. 

Azərbaycanın Macarıstan, Böyük Britaniya və Niderlanddakı səfirlərini, ABŞ-ın Los-Ancelesdəki konsulunu və tədbirdə iştirak edən bir sıra dövlət məmurlarını salamlayan gənclər və idman naziri Azad Rəhimov onlara gənclərlə görüşə gəldikləri üçün təşəkkürünü bildirmişdir. Nazir forumun Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü ərəfəsində keçirildiyini bildirmiş, ölkəmizin gənclərinin qazandıqları uğurlardan söz açmışdır. A.Rəhimov Azərbaycan gənclər təşkilatlarının, ölkəmizi 30-dan artıq beynəlxalq qurumda təmsil edən gənclərimizin uğurlarından danışmışdır. 

Nazir bildirmişdir ki, bu gün müxtəlif ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin ölkəmizin parlaq gələcəyi uğrunda, informasiya müharibəsində daim qalib gəlmələri istiqamətində savadlı və geniş dünyagörüşünə malik olmaları böyük önəm daşıyır. Məhz keçirilən belə forumlarda gənclər bir araya gəlməklə bərabər, eyni zamanda möhkəm əlaqələr qura, ölkəmizin təbliği istiqamətində layihələr də işləyə bilərlər.

Avropa Şurasının (AŞ) Nazirlər Komitəsinə sədrlik edən Türkiyənin qurum yanındakı daimi nümayəndəsi Dəryal Batıbəy toplantıya uğurlar arzulayaraq forumun gənclər arasında müzakirələr aparmaq, həmçinin əlaqələr qurmaq üçün münasib fürsət olduğunu qeyd etmişdir.

Azərbaycanın artıq Boloniya prosesinə qoşulduğunu bildirən AŞ-ın gənclər, idman və mədəniyyət komitəsinin sədri xanım Qabriela Battanini bununla bağlı cari ildə Azərbaycanda beynəlxalq konfransın keçiriləcəyini diqqətə çatdırmışdır. Q.Battanini AŞ-ın 1974-cü ildə təsis olunmuş Gənclər Mərkəzinin 2010-cu ildə yenidən qurulmasına Azərbaycanın da yardım göstərdiyini bildirərək mərkəzdə ildə 2 min gəncin müxtəlif təlimlər keçdiyini xatırlatmışdır.

Komitə sədri ölkəmizin uğurlu siyasətini xüsusi vurğulayaraq azərbaycanlı gənclərin xaricdə təhsil almaları istiqamətində həyata keçirilən işləri müsbət qiymətləndirmişdir. Qabriela Battanini bildirmişdir ki, bu gün AŞ-da keçirilən tədbir gənclər üçün əlaqələrin qurulması, yeni ideyaların həyata keçirilməsi istiqamətində mühüm əhəmiyyət daşıyır. O, gənclərə müraciətlə demişdir: "Siz təhsil aldığınız ölkələrdə öyrəndiyiniz elmi bilikləri məhz öz ölkənizdə tətbiq edin, daim yenilik gətirin. Peşəkar olmaq azdır. Siz, eyni zamanda öyrəndiklərinizi öyrətməyi də bacarmalısınız".

Milli Məclisin komitə sədri, AŞPA-da Azərbaycanın nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxışında Azərbaycanın gələcəyinin gənclərimizin əlində olduğunu bildirərək gəncliyin sözünə, səsinə önəm verilməsinin əhəmiyyətini vurğulamışdır. 

S.Seyidov forumun gənclərin ünsiyyət qurması sahəsində önəm daşıdığını və düşünən beyinlərin, xaricdə təhsil alan tələbələrin ölkəmizdə həyata keçirilən layihələrə cəlb olunmasının mahiyyətindən də danışmışdır. 

Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov xaricdə təhsil alıb ölkəmizə qayıdan hər bir gəncə bu gün böyük ehtiyac duyulduğunu, onların ölkənin gələcək inkişafında əhəmiyyətli rol oynayacaqlarını bildirmişdir. E.Aslanov qeyd etmişdir ki, ölkəyə qayıdan hər bir gənc çalışdığı sahəyə yenilik gətirəcək, demokratik ab-havanı daha da möhkəmlədəcəkdir.

Prezident Administrasiyasının şöbə müdiri respublikamızın iqtisadi inkişafı nəticəsində bu gün minlərlə gəncin Azərbaycan hökuməti hesabına xaricdə təhsil aldığını diqqətə çatdırmışdır. 

"Azərbaycan gəncləri bu gün real işlərlə məşğul olmalıdır. Ölkəsini düşünən gənc təxribata uymamalıdır" - deyən E.Aslanov hər bir azərbaycanlı gəncin təhsil alıb ölkəmizin gerçəkliklərini dünyaya çatdırmalı olduğunu vurğulamışdır.

Forumda Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, təhsil nazirinin müavini Elmar Qasımov, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov, Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəsi, səfir Arif Məmmədov və başqaları çıxış edərək xaricdə təhsil alan gənclərin Azərbaycanın inkişafı uğrunda rolundan danışmışlar. 

Fasilədən sonra forum Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın müraciəti və təbrik məktubunun oxunması ilə işini davam etdirmişdir.

Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının nümayəndəsi forum iştirakçılarına təşkilatın yaranması və onun fəaliyyəti barədə məlumat vermişdir. 

Sonra ABŞ-da fəaliyyət göstərən "Qarabağ" Fondunun nümayəndəsi Tural Kərimli çıxış edərək Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında xaricdə təhsil alan azərbaycanlı tələbələrin görə biləcəyi işlərdən danışmışdır. 

Daha sonra forum iştirakçıları Xocalı faciəsindən bəhs edən "Məcburi köçkün Anar Usubovun uzun səyahəti" filminə baxmışlar.   

*** 

Martın 12-də Strasburqda Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Tələbələr Forumu (ASAİF) öz işini davam etdirmişdir.

ASAİF-in sədri Orxan Əkbərov tədbirin gündəliyini açıqlamış və forumun dörd bölmə üzrə öz işini davam etdirəcəyi barədə məlumat vermişdir.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılığı ilə keçirilən "Şəbəkələşmə və Azərbaycanı təmsil etməyin yeni yolları" adlı bölmədə iştirakçılar xaricdə təhsil alan azərbaycanlı gənclərlə diaspor təşkilatlarımız arasında şəbəkələşmənin rolundan danışmış, onun müxtəlif yolları ilə bağlı təkliflər irəli sürmüşlər.

Azərbaycanı təmsil etməyin yeni yolları ilə bağlı məsələ daha qızğın müzakirələrə səbəb olmuşdur. Tələbələr bununla bağlı müxtəlif təkliflər vermişlər. Bu istiqamətdə İnternetin xüsusi rolu qeyd olunmuşdur.

Böyük Britaniyada fəaliyyət göstərən Avropa-Azərbaycan Cəmiyyətinin sədri Taleh Heydərov rəhbərlik etdiyi qurumun yaşadıqları ölkənin əhalisini Azərbaycanı tanıtmaq, onun qədim tarixi, zəngin mədəniyyəti, ədəbiyyatı, incəsənəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırmaq istiqamətində apardığı işlərdən söhbət açmışdır.

Moderatoru Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun olduğu "İnsan kapitalı-Azərbaycanın inkişaf prioriteti" bölməsində tələbələr və digər qonaqlarla dövlətimizin neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində həyata keçirdiyi siyasət haqqında geniş fikir mübadiləsi aparılmışdır. Qeyd edilmişdir ki, azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil alması ilə bağlı müvafiq Dövlət Proqramı dünyanın inkişaf etmiş əksər ölkələrinə nümunədir.

Xaricdə təhsilini bitirərək doğma Vətəninə qayıdan gənclərin ölkədəki fəaliyyəti ətrafında da ciddi fikir mübadiləsi aparılmışdır. Xaricdə təhsil alan gənclərimizin Azərbaycanı yaşadıqları ölkələrdə tanıtmaqda böyük qüvvə olduğu diqqətə çatdırılmışdır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun rəhbərlik etdiyi "Gənclik və ictimai diplomatiya" bölməsində Azərbaycan gəncləri bu gün respublikamızın xaricdə elçiləri olaraq onun tanınması və təqdimatı məsələlərində ölkəmizin işğalçı Ermənistan ilə informasiya müharibəsində hansı işləri görə bilmələri ilə bağlı müzakirələr olmuşdur. Azərbaycan mədəniyyətinin, ədəbiyyatının və tarixinin təqdimatı ilə əlaqədar konkret bir layihə ətrafında da fikir mübadiləsi aparılmışdır. Azərbaycanın təqdimatına xidmət edən məlumatların hazırlanması, müxtəlif akademik konfransların keçirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yeni formada təqdim yollarından danışılmışdır.

Gənclər və idman naziri Azad Rəhimovun rəhbərliyi altında keçən "Azərbaycançılıq-gənclik naminə birlik" bölməsində iştirak edən tanınmış mütəxəssislər və tələbələr mövzu ilə bağlı ciddi müzakirələr aparmışlar. Qeyd olunmuşdur ki, azərbaycançılıq geniş mənada Azərbaycan mədəniyyətinin, dilinin, tarixi və ədəbiyyatının təbliği üzərində qurulmuşdur. Bütün bunların mərkəzində dayanan isə Azərbaycan vətəndaşlığıdır. Qeyd edilmişdir ki, ölkəmizdə çoxlu sayda müxtəlif dildə danışan vətəndaşlarımız vardır. Onları birləşdirən məhz azərbaycançılıqdır. Azərbaycançılığı müəyyən edən əsas amil isə Azərbaycan dilidir. Azərbaycanda yaşayan bütün xalqlar bu dil vasitəsilə bir-biri ilə ünsiyyət yarada bilirlər.

Fasilədən sonra öz işini davam etdirmiş forumda Azərbaycanın Fransada və Müqəddəs Taxt-tacda səfiri Elçin Əmirbəyov, Belçika Krallığında və Lüksemburq Hersoqluğundakı səfir, ölkəmizin Avropa İttifaqı yanında daimi nümayəndəsi Emin Eyyubov, İngiltərədəki səfir Fəxrəddin Qurbanov, Niderland Krallığındakı səfir Fuad İsgəndərov, Macarıstandakı səfir Vilayət Quliyev, Almaniyadakı səfir Pərviz Şahbazov və Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəsi, səfir Arif Məmmədov tələbələrin müxtəlif məzmunda suallarına cavab vermişlər.

Forumun işinə yaxından dəstək vermiş gənclər və idman naziri Azad Rəhimova, Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanova, təhsil nazirinin müavini Elmar Qasımova, səfir Arif Məmmədova və bir qrup tələbəyə ASAİF-in mükafatları təqdim edilmişdir.

A.Rəhimov, E.Aslanov, E.Qasımov və A.Məmmədov forumun əvvəlində çıxış edərək belə tədbirlərin gəncləri Vətən və respublika Prezidenti ətrafında sıx birləşməyə sövq etdiyini, onlarda doğma Azərbaycana qarşı məhəbbət hissi aşıladığını, Azərbaycanı təhsil aldıqları ölkədə layiqincə təmsil etməyə, ölkəmizi tanıtmaq işinə səfərbər etdiyini bildirmişlər. Qeyd etmişlər ki, bu səbəbdən belə forumların gələcəkdə digər ölkələrdə də təşkili diqqət mərkəzində olmalıdır.

Sonda Azərbaycan incəsənət ustalarının konserti olmuşdur. Əməkdar artist Tünzalə Ağayevanın ifa etdiyi xalq mahnıları, gənc cazmen Emil Əfrasiyabın səsləndirdiyi musiqi nömrələri alqışlarla qarşılanmışdır.  

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov