Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

18 Mart 2011 - 11

 

Ötən ay Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə 2107 müraciət daxil olub

 

Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) 2011-ci ilin fevral ayında 2107 müraciət daxil olub.

Müraciətlərin 1881-i telefonla, 226-sı elektron poçt vasitəsilə qəbul edilib. Bütün müraciətlər dinlənilib və qeydə alınıb. Xüsusi araşdırma tələb edən müraciətlər aidiyyəti qurumlara göndərilib, müvafiq araşdırmalar aparılıb, ünvanlı müraciətlər yazılı şəkildə cavablandırılıb.

Daxil olan müraciətlərin əksəriyyəti sorğu xarakterlidir. Sorğular ümumtəhsil məktəblərində IX və XI siniflərdə mərkəzləşdirilmiş yoxlama imtahanları, müəllimlərin işə qəbulu üzrə yeni mexanizmin tətbiqi, respublika fənn olimpiadalarının, beynəlxalq olimpiadaların təşkili, keçirilməsi və nəticələrinin öyrənilməsi, "Ən yaxşı müəllim" müsabiqəsinin təşkili, keçirilməsi və xaricdə təhsillə bağlı olub. Digər sorğular müəllimlərin dərs yükü ilə təmin olunması və əməkhaqqının hesablanması, təhsil sənədlərinin tanınması və sair məsələlərlə bağlıdır.

Müraciətlərin bir qismində məktəbəqədər, ümumi, texniki peşə, orta ixtisas və ali təhsil müəssisələrindəki problemlərdən bəhs olunur. Həmin müraciətlər əsasında araşdırmalar aparılıb, problemlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülüb.

"Qaynar xətt" xidmətinə daxil olan şikayət xarakterli müraciətlər 10 faizdən çox olub. Bu müraciətlərin böyük əksəriyyəti Bakının ümumtəhsil məktəblərindən (75 müraciət), Abşeron (15 müraciət), Lerik (8 müraciət), Ağdaş (7 müraciət), Ağdam, Quba, Bərdə (hər birindən 5 müraciət), Gədəbəy, Ağcabədi, Sabirabad, Cəlilabad, Neftçala, Qusar (hər birindən 3 müraciət), Yardımlı, Laçın, Zaqatala (hər birindən 2 müraciət), Qəbələ, Şabran, Şəki, Ağsu, Daşkəsən, Yevlax, Qax, Biləsuvar, Salyan, Siyəzən, Xaçmaz, Göyçay, Göygöl, Şamaxı, Beyləqan, İsmayıllı, Ağstafa, Lənkəran rayonlarından (hər birindən 1 müraciət), Sumqayıt, Gəncə (hər birindən 3 müraciət) və Mingəçevir şəhərlərindən (1 müraciət) daxil olub. Beləliklə, ümumtəhsil məktəbləri barədə qeydə alınmış 173 müraciət araşdırmaya yönəldilib. Müraciətlərdə ümumtəhsil müəssisələrində tədris prosesinin təşkili, maddi-texniki təchizat sahəsindəki çatışmazlıqlar, məktəb direktorlarının idarəetmədə yol verdikləri nöqsanlar, məktəbli formasının, tədris ədəbiyyatı və müxtəlif nəşrlərin satışı, istilik sistemlərinin fasilələrlə işləməsi, məktəb avadanlıqlarının alınması, məktəblərin təmiri və digər məsələlər öz əksini tapıb.

Məktəbəqədər təhsil müəssisələri ilə bağlı daxil olan 8 müraciətdə uşaqların bu müəssisələrə qəbulu, sanitar-gigiyenik qaydaların pozulması, yeməklərin müvafiq normalara uyğun olmaması və digər nöqsanlardan bəhs olunur. Bu müraciətlər də araşdırılıb və müvafiq tədbirlər görülüb.

Ali təhsil müəssisələri ilə əlaqədar daxil olan 34 şikayət xarakterli müraciətin 11-i dövlət, 23-ü isə özəl tədris ocaqları ilə bağlıdır. Bu müraciətlər dövlət ali təhsil müəssisələrində və dövlət sifarişi üzrə özəl məktəblərdə təhsil alan tələbələrin təqaüdlərinin gecikdirilməsi və yaxud düzgün hesablanmaması, təhsil sənədlərinin gecikdirilməsi, qış imtahan sessiyasının nəticələri ilə əlaqədar apelyasiya qaydalarının pozulması, əməkhaqqının verilməsinin bir neçə gün ləngiməsi və digər məsələləri əhatə edir.

Özəl ali təhsil müəssisələri ilə əlaqədar daxil olan müraciətlərin böyük əksəriyyəti fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universiteti ilə bağlıdır. 20-dən çox şikayət xarakterli müraciətdə bu məsələdən bəhs olunur.

Kolleclərdən daxil olmuş 4 müraciət müəllimin işinin öhdəsindən gələ bilməməsi, özəl orta ixtisas məktəbindən təhsil sənədinin verilməsinə kömək göstərilməsi və digər məsələlərlə bağlı olub. Həmin müraciətlərə də baxılıb və müvafiq qaydada cavablandırılıb.

Fevral ayında "Qaynar xətt" xidmətinə daxil olan müraciətlərin araşdırılmasının nəticələrinə uyğun olaraq Ağcabədi rayonu Qiyamadinli kənd tam orta məktəbinin müəllimi N.Qəmbərovanın və Ağdaş rayonu Abad kənd tam orta məktəbinin müəllimi A.Əmrahovanın diplomlarının saxta olduğu müəyyənləşdirilib, sənədlər müvafiq qaydada tədbir görülməsi üçün Respublika Baş Prokurorluğuna göndərilib. Həmin müəllimlər tutduqları vəzifədən azad ediliblər. Eləcə də Bakı şəhərindəki 37 nömrəli məktəbin direktor müavini N.Əliyevaya sonuncu xəbərdarlıqla şiddətli töhmət, həmin məktəbin direktoru İ.Əliyevə xəbərdarlıq, 153 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Ş.Musayevaya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov