Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

18 Mart 2011 - �11

 

"Açıq dərs"lər müzakirə edildi

 

Bakının Xətai rayonunda yerləşən  Ə.Abbasov adına 257 nömrəli orta məktəbdə   "Fənn kurikulumlarının tətbiqi" mövzusunda elmi-praktik konfrans keçirildi. Konfransda  Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, Xətai Rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsi  Metodik Mərkəzinin Xətai-Suraxanı bölməsinin rəhbəri Firduz Əhmədov,  məktəb direktorları, müəllimlər, KİV nümayəndələri iştirak edirdilər.

Əvvəlcə tədbir iştirakçıları məktəbin akt zalında  təhsil ocağının əldə etdiyi uğurlar barədə hazırlanmış stendlə  tanış oldular. Direktor Q.Qaratov qonaqları pedaqoji kollektivlə tanış etdi və keçirilən "açıq dərs"lər barədə məlumat verdi.  Bildirildi ki, məktəbdə mütəmadi keçirilən "açıq dərs"lərdə informasiya-kommunikasiya texnologiyalarından geniş şəkildə istifadə olunur.

Təkcə fevral ayı ərzində məktəbdə İKT-dən istifadə edilməklə  29 "açıq dərs" keçirilmişdir. İKT-nin tətbiqi ilə keçirilən "açıq dərs" və tədbirlərin hazırlanmasında   informatika müəllimi Sədaqət Veysovanın əməyi böyükdür. Məktəbin tarix müəllimi Səbinə Məmmədovanın IX "a", Azərbaycan dili və ədəbiyyat müəllimi Gülər Quluyevanın X "a",  riyaziyyat müəllimi Sevil Abilovanın X "d" siniflərində və digər müəllimlərin "açıq dərs"ləri maraqla dinlənilib.

Tədbirin proqramına uyğun olaraq keçirilən "açıq dərs"lər  müzakirə edildi. Tədbir iştirakçıları  məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Arzu Hüseynovanın IX "a" sinfində "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda keçdiyi "açıq dərs"lə tanış oldular.

Müzakirələrdə dərslərin kurikulumun tələblərinə uyğun keçdiyi, müəllimlərin müasir təlim metod və resurslarından səmərəli istifadə etdikləri  vurğulandı.   

Rəşad ZİYADOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov