Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

18 Mart 2011 - �11

 

Uşaq bağçasında Novruz şənliyi

 

 Milli bayramımız, baharın müjdəçisi Novruzu uşaqlar daha çox sevir və gəlişini səbirsizliklə gözləyirlər. Hər il bu əziz bayram şərəfinə təhsil müəssisələrində bir-birindən maraqlı, yaddaqalan mərasimlər təşkil olunur. Bu il də Novruzun gəlişini uşaqlar böyük sevinclə qarşılayırlar.

Paytaxtımızın Sabunçu rayonunda yerləşən 3 nömrəli "Səadət" uşaq bağçasında keçirilən bayram şənliyində bunun şahidi olduq. Al-əlvan geyimli uşaqlar üçün bağçanın həyətində düzənlənmiş mərasimdə çoxlu qonaq və valideynlər də iştirak edirdilər. Onlar öncə əsaslı təmir olunmuş, hazırda gözəl tərtibat işləri aparılan bağçanı gəzib uşaqların təlim-tərbiyəsi üçün yaradılmış nümunəvi şəraitlə tanış oldular. Zövqlə hazırlanmış və bağçanın fəaliyyətinin bəzi məqamlarını əks etdirən stendlər, nağıllarımızın personajlarının maketlərindən ibarət guşələr, Novruzun rəmzləri olan səmənilər, xonçalar onlarda xoş ovqat yaratdı. Hazırda bağçada 6 qrupda 140 uşaq ictimai tərbiyə ilə əhatə olunub. Bura uşaq axınının çoxluğu nəzərə alınaraq bu ilin yanvarından bağçada daha bir qrup - sayca 6-cı qrup açılıb.

Mərasimi bağçanın müdiri Şahnaz Abdullayeva açaraq uşaqları, bağçanın pedaqoji kollektiv üzvlərini, tədbirin digər iştirakçılarını  Novruz bayramı münasibətilə təbrik etdi, onlara həmişə bayram əhvali-ruhiyyəsi arzuladı.

Sonra uşaqlar bayram şənliyi üçün hazırladıqları maraqlı ədəbi-musiqili proqramı təqdim etdilər. Novruzun, baharın şəninə şeirlər, mahnılar ifa olundu, səhnəciklər nümayiş etdirildi. Bağçanın xor kollektivinin çıxışları, balaca Aysunun, Səmanın, Dilarənin ifa etdikləri mahnılar mərasim iştirakçıları tərəfindən alqışlarla qarşılandı. Şənliyin ən maraqlı anları isə, şübhəsiz, Kosa ilə Keçəlin çıxışları oldu. Onlar öz məzəli sözləri, hərəkətləri ilə uşaqlara sevincli anlar yaşatdılar.

Sonda Kosa və Keçəl uşaqlara bayram hədiyyələri verib, onlarla şəkil çəkdirdilər. 

Y.ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov