Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

18 Mart 2011 - 11

 

Alman Akademik Mübadilə Xidmətinin proqram rəhbəri ADU-da olub

 

Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə proqram rəhbəri Manja Hussner Azərbaycan Dillər Universitetinin alman dili fakültəsinin dekanı, dosent Ulduz Aslanova ilə görüşüb.  Görüşdə bir sıra maraq doğuran məsələlər, o cümlədən DAAD ilə əməkdaşlıq məsələləri müzakirə olunub.  Çalışdığı təşkilatın fəaliyyətindən danışan Manja Hussner bildirib ki, DAAD xaricdə alman universitetlərini təmsil edir və 20 ildən artıqdır ki, fəaliyyət göstərir.  Təşkilatın müxtəlif ölkələrdə 14 nümayəndəliyinin olduğunu deyən proqram rəhbəri, bununla yanaşı  50-yə yaxın IC-Lektoratlıq və ümumilikdə 400-dən artıq lektorun bütün dünya üzrə sıx əməkdaşlıq şəbəkəsi təşkil etdiyini sözlərinə əlavə edib. 

Azərbaycanda yerli lektoratlıq kimi 1997-ci ildə fəaliyyətə başlayan təşkilatın nümayəndəliyi 2004-cü ildən Bakı Məlumat Mərkəzinə çevrilib. Onun sözlərinə görə, təşkilat  dil kursu, təhsil, gənc aspirantlar və elmi işçilər üçün, eləcə də  elmi dərəcəli ali məktəb müəllimləri üçün tədqiqat təqaüdləri təklif edir.  İndiyədək Azərbaycanda təşkilatın maliyyələşdirdiyi  proqramlardan 70 nəfər yararlanıb.  Bununla yanaşı, Azərbaycan hökumətinin ayırdığı maliyyə vəsaiti hesabına 50 nəfər bu proqramlarda iştirak edib.  M.Hussner qeyd edib ki, DAAD əsasən tibb, təbiət, eləcə də son iki ildə iqtisadiyyat elmləri istiqamətində aparılan tədqiqatlara üstünlük verir. 

Almaniyalı qonaq ADU ilə  alman universitetləri arasında qarşılıqlı əlaqələrin yaradılmasına yardım göstərəcəyini diqqətə çatdırıb. Proqram rəhbəri DAAD-ın bir sıra yeni proqramlar istiqamətində Azərbaycan universitetləri, xüsusən də ADU ilə  əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb. Təşkilat tərəfindən  doktorluq işinin müdafiəsi üçün qısamüddətli təqaüd (1-3 ay), bakalavr və magistrlər üçün 3 aylıq yekun təqaüd proqramlarının həyata keçirildiyini söyləyib. Qonaq ADU müəllimlərinin elmi məqalələrinin ölkəsində çap edilməsində münbit şəraitin yaradılmasında imkanlarını əsirgəməyəcəyini önə çəkib.

Alman dili fakültəsinin dekanı Ulduz Asla

nova isə ADU ilə Almaniya universitetləri arasında mövcud əməkdaşlıq proqramlarından danışıb. Dekan  universitetin koordinatoru olduğu TEMPUS layihəsi çərçivəsində Leypsiq Universiteti ilə sıx əlaqələrin qurulduğunu deyib. Eyni zamanda ADU Frayburq universiteti ilə də təcrübə mübadiləsi aparır.  U.Aslanova DAAD ilə təklif olunan yeni təqaüd proqramları çərçivəsində əməkdaşlıq etməkdə maraqlı olduqlarını və bunun təşkilatla əlaqələrin möhkəmlənməsində zəruri olduğunu vurğulayıb.  

Şakir CƏFƏROV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov