Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

18 Mart 2011 - 11

 

Lənkəran Dövlət Universitetində beynəlxalq olimpiada keçirildi

 

Lənkəran Dövlət Universitetində informasiya texnologiyalarına dair beynəlxalq olimpiada keçirildi. Olimpiadadan əvvəl keçirilən plenar iclasda universitetin rektoru, fizika-riyaziyyat  elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf  İsgəndərov   tədbirin məqsəd və vəzifələrindən danışdı, iştirakçıları maraqlandıran suallara cavab verdi. Rektor son illərdə Lənkəran Dövlət Universitetində informasiya texnologiyalarına diqqətin daha da artırıldığını bildirdi.

Plenar iclasda "İnformasiya texnologiyaları dünən, bu gün və sabah" mövzusunda məruzələr dinlənildi. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Analitik və fiziki kimya kafedrasının dosenti Əli Zalov, Gəncə Dövlət Universitetinin Riyazi analiz kafedrasının baş müəllimi Nazim Nemətov, Azərbaycan Texniki Universitetinin İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının baş müəllimi Rəfael Əhmədov Azərbaycanda formalaşan informasiya cəmiyyəti və elektron hökumət, elektron imza, İKT-nin təhsildə tətbiqi barədə danışdılar.

Tədbirdə olimpiadanın iki turda keçirildiyi qeyd edildi. Bildirildi ki, birinci tur respublikanın müxtəlif ali məktəblərində keçirilib. Qaliblər Lənkəran Dövlət Universitetində keçirilən yekun turunda istirak etmək hüququnu qazanıblar.

Olimpiadada məqsəd gənc mütəxəssislərin və tələbə-gənclərin informasiya texnologiyalarından istifadəyə və onların innovativ fəaliyyətin məqsədyönlü formada aparılması prosesinə yaxından cəlb olunmasına diqqəti daha da artırmaqdır. Olimpiadada respublikanın 8 ali məktəbindən 50-dən çox gənc iştirak edirdi. Müsabiqə iştirakçılarının informasiya texnologiyalarından bilikləri yoxlanıldı. Qaliblər komissiya üzvlərinin rəyinə əsasən səsvermə nəticəsində müəyyənləşdi.

Olimpiada Azərbaycan Respublikası Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, AMEA Lənkəran Regional Elm Mərkəzi, Avrasiya Universitetləri  Assosiasiyası, Xəzəryanı Ölkələr Universitetləri Assosiasiyasının dəstəyi ilə həyata keçirilirdi.

Beynəlxalq  olimpiadanın iştirakçıları həmin gün universitetin Heydər Əliyev muzeyi, Lənkəran tarix-diyarşünaşlıq muzeyi, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ev-muzeyi və rayonun görməli yerləri ilə də tanış oldular. 

Hacı Etibar ƏHƏDOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov