Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

18 Mart 2011 - �11

 

Bir qrup təhsil işçisi Türkiyədə səfərdə olub

Dərsliklərin qiymətləndirilməsi ilə bağlı qardaş ölkənin təcrübəsi öyrənilib

 

Elm və texnikanın sürətlə inkişaf etdiyi, tələbatın dəyişdiyi informasiya əsri, bütün sahələrdə olduğu kimi təhsil sahəsində də əsaslı dəyişikliklərin aparılmasını tələb edir. Bu məqsədlə təhsil sahəsində bir sıra islahatlar həyata keçirilir ki, belə mühüm işlərdən biri də dərsliklərin dövlətin, cəmiyyətin tələblərinə uyğun olaraq yüksək səviyyədə tərtibi, nəşr edilməsi və şagirdlərin istifadəsi üçün vaxtında yerlərə çatdırılmasıdır.

Azərbaycan Respublikası Təhsil Nazirliyi dərslik hazırlığı prosesini hər zaman diqqət mərkəzində saxlayır. Bu məqsədlə artıq bir neçə ildir ümumtəhsil məktəbləri üçün yazılan dərsliklərin qəbulu tender əsasında aparılır.

Nazirliyin Dərslik və nəşriyyat şöbəsi yeni dərsliklərin hazırlanması, onların seçimi zamanı obyektivliyin təmin edilməsi və şagirdlərin istifadəsinə layiqli dərsliklərin verilməsi ilə bağlı öhdəsinə düşən bütün işləri şərəflə yerinə yetirməyə çalışır. Görülən işlərdən biri də tender prosesində dərsliklərin qiymətləndirilməsi məqsədilə ekspert komissiyasının yaradılması və onun tərkibinə yüksək səviyyəli peşəkar müəllimlərin daxil edilməsindən ibarətdir. Ekspertlərin qiymətləndirmə bacarığının daha da artırılması və təkmilləşdirilməsi məsələlərinə şöbə dərin həssaslıqla yanaşır. Belə ki, bu sahədə qardaş Türkiyə Respublikasının zəngin təcrübəsinin öyrənilməsi artıq bir ənənə halını almışdır.

Bu işin davamı olaraq 13-19 fevral 2011-ci il tarixində 16 nəfərdən ibarət işçi qrupu Türkiyə Respublikası Təhsil Nazirliyi Təlim-Tərbiyə Kuruluna ezam olunmuşdur. Qrupun tərkibinə Faiq Şahbazlı (Dərslik və nəşriyyat şöbəsinin müdiri), Elmir Həsənov (Təhsil Nazirliyi hüquq sektorunun müdiri), Oqtay Alxasov (Dərslikləri Qiymətləndirmə Şurasının sədr müavini), Vüsalə Həsənova (Dərslik və nəşriyyat şöbəsinin aparıcı məsləhətçisi), ayrı-ayrı məktəblərin qabaqcıl və "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuş 12 nəfər müəllim daxil edilmişdi.

İşçi qrupumuz Təhsil Nazirliyi və Təlim-Tərbiyə Kurulu əməkdaşları tərəfindən mehribanlıqla qarşılanmışdır. Bütün xərcləri öz üzərinə götürən Türkiyə Təhsil Nazirliyi səmərəli fəaliyyətimiz üçün bütün tədbirləri görmüşdür.

Səfərimiz Atatürkün məzarını ziyarətlə başladı və Türkiyə müstəqillik tarixinə virtual ekskursiya edildi.

Təlim-Tərbiyə Kurulundakı ilk günümüzdə  işçi qrupu üzvlərinin ixtisaslarına uyğun qiymətləndirmə komissiyalarına ("Türkcə", "Riyaziyyat", "Həyat bilgisi", "Coğrafiya", "Tarix", "Ədəbiyyat", "Biologiya", "İngilis dili") bölgüsü aparıldı və dərhal işə başlanıldı. Son dərəcə maraqlı, məhsuldar, yeniliklərlə dolu və olduqca işgüzar keçən hər günümüz müvafiq qiymətləndirmə komissiyalarında çalışma ilə başlayır və gündəlik fəaliyyətin müzakirəsi ilə başa çatdırılırdı. Müzakirələr zamanı aktivlik nümayiş etdirən qrup üzvləri dərslikləri qiymətləndirmə prosesinin bütün incəliklərini öyrənməyə çalışır və böyük həvəslə fikir mübadiləsi aparırdılar.

Onu da qeyd edim ki, bizim arzumuzla Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin III sinifləri üçün hazırlanmış "Azərbaycan dili", "Riyaziyyat", "İnformatika", "İngilis dili", "Texnologiya" dərslik komplektləri də  qiymətləndirilmə obyektinə çevrilmiş və böyük marağa səbəb olmuşdur. Komissiyanın təqdim edilən dərslik komplektləri haqqında müsbət fikirdə olması sevindirici hallardan biridir.

Həmçinin məktəblərdə dərsliklərin tətbiqi məsələləri ilə bağlı Metin Emiroğlu adına məktəbdə müəllimlərlə görüş olmuş, keçilən dərslər dinlənilmiş və "dəyirmi masa" zamanı təcrübə mübadiləsi aparılmışdır. Türk müəllimləri böyük həvəslə onları maraqlandıran suallarla qrup üzvlərinə müraciət edirdilər. "Ən yaxşı müəllim" müsabiqəsini bəyəndiklərini və belə bir müsabiqənin onlarda da keçirilməsi arzusunda olduqlarını qeyd edən Türkiyə müəllimləri Azərbaycan təcrübəsini öyrənmək istədiklərini də bildirdilər.

Kurulda keçirdiyimiz son gündə, həftə müddətində görülən işlər yekunlaşdırılmış və işçi qrupunun hər bir üzvünə sertifikat təqdim edilmişdir.

Ümumiyyətlə, səfər müddətində işçi qrupu böyük fəallıq nümayiş etdirmişdir. Yalnız qiymətləndirmə təcrübəsini öyrənməklə kifayətlənməyən qrup üzvləri nəşriyyat nümayəndələri ilə görüşmüş, dərsliklərin elektron disk variantları ilə də tanış olmuşlar.

Əminik ki, əldə edilən bacarıq, təcrübə çətin və məsuliyyətli olduğu qədər də şərəfli olan qalib dərslik seçimində bizə çox  yardımçı olacaq, nəticədə şagirdlərimizə layiqli dərsliklər verəcəyik. 

Vüsalə HƏSƏNOVA,
Dərslik və nəşriyyat şöbəsinin aparıcı məsləhətçisi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov