Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

18 Mart 2011 - �11

 

Novruz gəlir, yaz gəlir

 

Martın 15-də - ilaxır çərşənbə günü Azərbaycanın hər bir guşəşində olduğu kimi, Bakının Ramana qəsəbəsindəki E.Ağayev adına 198 nömrəli orta məktəbdə də Novruz bayramı təntənəli şəkildə qeyd olundu. Tədbir Ramana qəsəbə mədəniyyət evinin nümayəndələrinin iştirakı ilə qəsəbədəki XIV əsrin yadigarı  olan qədim qalada keçirildi.

Tədbiri giriş sözü ilə 198 nömrəli məktəbin direktoru Şəlalə Nadirova açaraq qonaqları, iştirakçıları və qəsəbə sakinlərini bayram münasibətilə təbrik etdi. "Cəngi"nin sədaları altında tonqallar alovlandı. Bahar qızı, Kosa, Keçəl hamını salamladılar. Milli paltar geyinmiş qızlar xalça-palaz üstündə oturaraq bayram şirniyyatları hazırlayır, yuxa yayır, bayram xonçaları bəzəyirdilər. Bayram xonçalarının nemətləri bütün tədbir iştirakçılarına paylandı.

Məktəbin "Leyla" rəqs qrupunun üzvləri milli rəqslərlə, gənc meyxanaçılar bayram təbriki ilə çıxış etdilər.

Tədbir iştirakçılarına ilin dörd çərşənbəsinin rəmzi əlamətləri haqqında məlumat verildi.

Tədbirdə BŞTİ-nin "AzGerNeft"şirkətinin, Təhsil Problemləri İnstitutunun nümayəndələri, qonşu məktəblərin direktorları və digər qonaqlar iştirak edirdilər. Çıxış edənlər bayram təbriklərini çatdırdılar və tədbirdən məmnun olduqlarını bildirdilər.

Aynur DADAŞOVA, 
AMİ-nin Mingəçevir filialının 
Tələbə Elmi Cəmiyyətinin sədri

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov