Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

18 Mart 2011 - �11

 

"Cəsurlar" hərbi-idman və turizm oyunlarına start verilib

 

 Xalqımızın igid oğlu, Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş məktəblilərin "Cəsurlar" hərbi-idman və turizm oyunlarına strart verilib. Bu hərbi idman oyunları gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində böyük önəm kəsb edir.

Həmişə olduğu kimi, bu il də "Cəsurlar" oyunu Novruz bayramı ərəfəsində keçirilir. Artıq ilkin mərhələ olaraq orta məktəblərdə komandalar (siniflər) arasında yarışlar başlayıb.

Belə yarışlardan biri Bakının Nərimanov rayonundakı 304 nömrəli məktəb-liseydə təşkil olunmuşdur.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin metodisti Rafiq Axundov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Tariyel İsmayılov, rayonun hərbi komissarı, polkovnik-leytenant Qəşəm Mahmudov, kapitan Abdin Rüstəmov, Böyük Vətən müharibəsi veteranı Boris Balasiyev, məktəb-liseyin direktoru İradə Hüseynova iştirak edirdilər.

Məktəbin gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbəri Pənah Ağabalayev idman meydançasında cərgəyə düzülmüş VI "a", VI "c", VII "a", VII "c", VIII "a" siniflərinin şagirdlərinə "Düzlən! Fərəqət!" komandası verdi. Sonra Azərbaycanın Dövlət himninin sədaları altında Dövlət bayrağı meydançaya gətirildi. Komandaların kapitanları  oyunlara hazır olmaları barədə baş hakimə, rayonun hərbi komissarına məruzə etdilər. Hərbi komissar oyunların başlanmasına icazə verdi.

Məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Lalə Babayeva Milli Qəhrəman Mübariz İbrahimovun həyatı və döyüş yolu, qəhrəmanlıqları barədə danışdı. Qeyd etdi ki, Mübariz İbrahimovun qəhrəmanlığı xalqın vətənpərvərlik ruhunun yüksəlməsində böyük rol oynamışdır.

VIII sinif şagirdi Əlisəfa Əliyev əsgər formasında Mübarizin ailəsinə yazdığı son məktubunu oxuduqdan sonra qəhrəmana həsr edilmiş film nümayiş etdirildi və Mübariz İbrahimovun xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Liseyin şagirdləri vətənpərvərlik mövzusunda mahnılar oxudular, rəqs etdilər. Məktəbin idman zalında hazırlanmış sərgidə isə M.İbrahimova həsr olunmuş divar qəzetləri, şagirdlərin çəkdiyi şəkillər, hərbi geyimlər nümayiş etdirildi.

Fasilədən sonra siniflər arasında yarış başlandı.

Hərbi-idman oyunlarının formatına uyğun olaraq, şagirdlər kanatdan keçmək, pilləkənlə dırmaşmaq, maneələri dəf etmək, əleyhqazdan istifadə qaydaları və xərəklə xilasetmə əməliyyatları üzrə hərəkətləri icra etdilər.

Yarış başa çatdıqdan sonra münsiflər heyəti qalibləri müəyyənləşdirdi. VIII "a" sinfinin komandası  I, VII "a" sinfi II, VII "c" sinfinin komandası isə III yerləri bölüşdülər. Qaliblərə üzərində Mübariz İbrahimovun fotoşəkli olan Fəxri fərman və hədiyyələr təqdim edildi. 

Y.MÖHÜBBƏTQIZI

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"İdman" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov