Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

18 Mart 2011 - �11

 

Yüksək peşəkarlıq uğurlara meydan açır

 

Son illər ölkəmizdə idmanın bütün növlərinə maraq və diqqət artmışdır. Dövlət tərəfindən göstərilən qayğı nəticəsində respublikamızda  idmanın inkişafı üçün geniş maddi-texniki bazalar yaradılmış, olimpiya kompleksləri tikilib istifadəyə verilmişdir. Görülən işlərin məntiqi nəticəsi olaraq idmançılarımız beynəlxalq səviyyəli turnirlərdə ölkəmizi layiqincə təmsil edirlər.  Bu uğurların qazanılmasında təbii ki, idman məktəblərinin və orada çalışan məşqçi-müəllimlərin əməyi danılmazdır. Belə məktəblərdən biri də "Təhsil" Respublika İdman Mərkəzinin Uşaq-Gənclər Futbol Məktəbidir.

Məktəb 1997-ci ilə kimi Azərbaycan "Ehtiyat Əmək Qüvvələri" İdman Cəmiyyətinin nəzdində fəaliyyət göstərib. 1997- ci ildən isə  "Təhsil" Respubika İdman Mərkəzi yaradılmış və məktəb mərkəzin Bakı filialı kimi adlandırılmışdır. "Təhsil" Respublika İdman Mərkəzinin Uşaq-Gənclər Futbol Məktəbi adı altında isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədilə imzaladığı müvafiq sərəncama əsasən Azərbaycan Respublikası təhsil nazirinin 2010-cu il tarixli əmri ilə yaradılmışdır.

"Təhsil" Respublika İdman Mərkəzinin Uşaq-Gənclər Futbol Məktəbi məktəbdənkənar sosial məqsədyönlü müəssisədir. Fəaliyyətini uşaq, yeniyetmə və gənclərin ahəngdar inkişafına, bədən tərbiyəsi, futbol və başqa idman növləri vasitəsilə sağlamlığın, fiziki hazırlığın möhkəmləndirilməsinə, ümumtəhsil məktəbləri ilə fiziki tərbiyə işində istiqamətləndirici rol oynamasına yönəldən məktəb, respublikada yüksək səviyyəli idmançıların hazırlanmasını əsas vəzifəsi hesab edir.

UGFM futbol və digər idman növlərinin maddi-texniki bazasını, maliyyə vəsaitini nəzərə alaraq fəaliyyət proqramı hazırlayır və kollektivin pedaqoji şurasında müzakirə edərək təsdiq edir. Məktəbdə futbol idman növü ilə yanaşı atletika, otüstü xokkey və akrobatika növləri də  fəaliyyət göstərir. UGFM-nin qrupları ümumtəhsil məktəblərinin, ilk peşə-ixtisas təhsili müəssisələrinin, orta ixtisas və ali təhsil müəssisələrinin şagird, tələbələrindən və gənclərdən komplektləşdirilir.

Tədrisin mərhələlərinə uyğun olaraq qəbul olunanların yaş həddi, say tərkibi, dərəcə tələbi, həftəlik dərs yükünün miqdarı  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən təsdiq olunan normativlərə əsasən müəyyən olunur və həyata keçirilir.

Təlim-məşq qrupları ibtidai hazırlıq keçmiş, ümumi fiziki hazırlıq və xüsusi idman hazırlığı üzrə qəbul normativlərinin tələblərini yerinə yetirmiş uşaq və yeniyetmələrdən təşkil olunur. Yüksək idman ustalığı qrupları bundan əvvəlki hazırlıq mərhələlərini keçmiş və respublika milli yığma komandasına namizəd tələblərinə uyğun gələn idmançılardan komplektləşdirilir. İdmançılar növbəti ilin tədris qrupuna ümumi və fiziki hazırlıq üzrə test normativ göstəricilərinə və müvafiq dərəcə tələblərini ödəməsinə görə məşqçilər şurasının qərarı ilə keçirilir. Bir qayda olaraq, həmin tələbləri yerinə yetirməyən idmançılar növbəti tədris ilinə keçirilmir. Bəzi hallarda məşqçilər şurasının qərarı ilə təkrar tədrisə icazə verilə bilər, lakin təkrar tədris həmin hazırlıq mərhələsində bir dəfədən çox olmamalıdır. Müəyyən olunmuş yaşa çatmayan, lakin əvvəlki tədris ilinin normativ tələblərini yerinə yetirmiş ayrı-ayrı şagirdlər həkimin razılığı və pedaqoji şuranın qərarı ilə vaxtından əvvəl növbəti tədris ilinə keçirilə bilər. UG Futbol Məktəbinin məşqçi-müəllimlərinin həftəlik dərs yükü qanunvericiliyə uyğun olaraq hər il sentyabrın 15-dək məktəb rəhbərliyi tərəfindən təsdiq edilir. UG Futbol Məktəbinə qəbul sentyabr-oktyabr aylarında həyata keçirilir. Bütün hazırlıq mərhələlərini keçmiş və buraxılış normativlərini ödəmiş şagirdlər idman məktəbini bitirmiş hesab olunurlar.

UG Futbol Məktəbinin yetirmələri idman ustalığını artırmaq üçün müqavilə əsasında idman təmayüllü internat-məktəbə, yüksək idman ustalığı məktəbinə, ustalardan ibarət futbol və digər idman növləri üzrə komandalara göndərilirlər.

Uşaq-Gənclər Futbol Məktəbində fəaliyyət göstərən 4 bölmədə (futbol, atletika, otüstü xokkey və akrobatika) 50 məşqçi-müəllim 1475 uşaqla məşğul olur. Məktəbə Fərid Heydərli rəhbərlik edir. Məşqçi-müəllimlərdən Adil Mahmudov (futbol),  Soltan Babayev (atletika), Akif Məlikov (otüstü xokkey), Adıgözəl Rəcəbov (akrobatika) və başqaları gənclərə idmanın sirlərini mükəmməl şəkildə öyrədirlər. Qısa müddət ərzində fəaliyyət göstərmələrinə baxmayaraq, məktəb ölkəmizin idman həyatında bir çox uğurlara imza atıb. Belə ki, məktəbin yetirmələri istər respublika daxilində, istərsə də beynəlxalq turnirlərdə fərqlənirlər. Təsadüfi deyil ki, 2010-cu ildə məktəbin idmançıları  25 qızıl, 33 gümüş və 43 bürünc medal əldə ediblər.

FUTBOL. Məktəbin gənclərdən ibarət U-13 və U-14 komandaları hər il AFFA tərəfindən keçirilən yarışlarda müntəzəm olaraq iştirak edir və yüksək nəticələr əldə olunur. Üzvlər futbol klubları tərəfindən komandalara cəlb edilir. Məktəbin müxtəlif yaş qrupunda olan futbol komandaları Azərbaycan birinciliyində, Bakı çempionatında və digər turnirlərdə uğurla çıxış edərək I, II və III yerləri tutmuşlar. Hazırda məktəbin yetirmələrindən bir neçəsi respublikanın nüfuzlu klublarının və yığma komandaların üzvləridir.

Məktəb həmçinin respublika daxilində keçirilən bir neçə yarışın təşkilatçısıdır. Məktəbin təşkil etdiyi "Məhəllə kuboku"nda Bakı şəhərində yerləşən 7 bələdiyyədən 315 uşaq iştirak etmiş və istedadlı uşaqlar seçilərək məktəbə cəlb olunmuşdur. "Məhəllə kuboku" ictimaiyyət tərəfindən müsbət qarşılanmışdır. 

AKROBATİKA. Məktəbdə çalışan akrobatika gimnastikası mütəxəssisləri əsasən Beynəlxalq Gimnastika Federasiyasının keçirdiyi  treninqlərdə iştirak edərək təlim metodikalarından bəhrələnirlər. Onlar perspektivli idmançıları aşkar edərək ustalıqlarının artırılmasına çalışırlar. Təsadüfi deyil ki, təkcə 2010-cu ildə məktəbin yetirmələrindən Zöhrə Ağamirova, Kamran Ağazadə və Əli Ağayev Bakı və Azərbaycan birinciliyinin qalibi olmuş, Samir Kərimov isə II yerə layiq görülmüşdür. Məktəbin yetirmələri müxtəlif illərdə akrobatika, bədii və idman gimnastikaları üzrə keçirilən yarışların mükafatçıları sırasında olmuşlar.

OTÜSTÜ XOKKEY. Təlim-məşq qrupları təşkil edən məşqçilər seçim etdikdən sonra idmançıları Bakı və respublika miqyaslı yarışlara hazırlayırlar. Otüstü xokkey bölməsi üzrə məşqçi-müəllimlər 2 və 3 nömrəli uşaq evlərində olaraq oğlan və qızlardan ibarət komandalar yaratmışlar. 2004-cü ildə məktəbin komandası kişilər arasında birinci dəstədə çempion olmuş, yüksək dəstəyə vəsiqə qazanmışdır. Yüksək dəstədə uğurlu çıxış edən komanda IV yeri tutmuşdur. Hazırda məktəbin oğlanlardan ibarət komandası Azərbaycan çempionatında iştirak edir. Komandanın oyunçuları Cəmil Nəzirov və Dmitri Yayiçnikov Azərbaycan yığmasının üzvüdürlər.

ATLETİKA. Bölmədə olimpiya məşəlini daşımış ilk azərbaycanlı atlet Sadıq Sadıqov kimi məşqçi-müəllim işləyir. Başqa bölmələrdə olduğu kimi atletika bölməsi də öz işini müasir tələblər səviyyəsində qurur. Məktəbin yetirmələri qaçış, tullanma, yadro itələmə və s. üzrə keçirilən yarışlarda iştirak edirlər. İdmançılar yarışlarda müntəzəm olaraq I, II, III yerlərə layiq görülürlər. Məşqçilərin apardıqları uğurlu seçmə işləri nəticəsində aşkar olunan şagirdlər etimadı doğruldurlar. Belə ki,   bir çox uğurlarla yanaşı, məktəbin yetirməsi Tofiq Məmmədov yadro itələmə üzrə Azərbaycan rekordçusudur.

Niyazi RƏHİMOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"İdman" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov