Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

1 Aprel 2011 - 12

 

Təhsil naziri ABŞ səfiri ilə görüşüb

 

Martın 29-da təhsil naziri Misir Mərdanov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza ilə görüşüb.

Öncə təhsil naziri qonağı ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edib və ona ikitərəfli əlaqələrin daha da genişləndirilməsi istiqamətindəki fəaliyyətində uğurlar arzulayıb. Səfir Metyu Brayzanı Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edən nazir Azərbaycanla ABŞ arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğulayaraq, bu əməkdaşlıqda təhsil sahəsinin də mühüm rolu olduğunu bildirib.

Təhsil naziri Misir Mərdanov son illər ölkə Prezidentinin rəhbərliyi ilə təhsil sahəsinin inkişafı istiqamətində mühüm addımların atıldığını xüsusi qeyd edib. Daha sonra Misir Mərdanov Azərbaycanla ABŞ arasındakı səmərəli təhsil əlaqələrinin müsbət nəticələrindən danışıb, bir sıra təhsil və mübadilə proqramları çərçivəsində görülən işləri diqqətə çatdırıb.

Səmimi qəbul üçün təşəkkürünü bildirən səfir Metyu Brayza ölkələrimiz arasındakı əlaqələrin daha da inkişafı baxımından lazımi səy göstərəcəyini vurğulayıb. Ölkəmizdə təhsil sahəsində aparılan islahatlar barədə məlumatlı olduğunu nəzərə çatdıran səfir öncə müvafiq mübadilə proqramları, xüsusilə Fulbrayt proqramı çərçivəsində əməkdaşlığın davam etdirilməsi, azərbaycanlı gənclərin bu proqram üzrə ABŞ universitetlərində təhsili və bununla bağlı birgə işlərin aparılmasından söz açıb. Səfir Heydər Əliyev Fondunun iki ölkənin təhsil sahəsində əməkdaşlığının gücləndirilməsi istiqamətində atdığı mühüm addımları da vurğulayıb. Metyu Brayza, həmçinin ölkəmizin regionlarında qızların peşə təhsilinə cəlb olunması təklifi ilə çıxış edib. Səfirin qeyd etdiyi məsələlərə münasibətini bildirən nazir ABŞ universitetlərində təhsil almış azərbaycanlı məzunların ölkəmizin ali məktəblərində akademik və elmi tədqiqata başlaması istiqamətində birgə əməkdaşlığın həyata keçirilməsinin məqsədəuyğunluğunu vurğulayıb.

Sonda ikitərəfli əməkdaşlığın inkişafı baxımından belə görüşlərin əhəmiyyətindən bəhs olunub, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir  mübadiləsi aparılıb.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov