Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

1 Aprel 2011 - �12

 

Təhsil Nazirliyinin struktur bölmə rəhbərlərinin təqdimat-məruzələri dinlənilib

 

 Martın 30-da Təhsil Nazirliyində nazirliyin bir neçə struktur bölmə rəhbərinin təqdimat-məruzəsi dinlənilib.

Öncə Təhsil Nazirliyinin Hüquq sektorunun müdiri Elmir Həsənov "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi" mövzusunda təqdimat edib. E.Həsənov müvafiq qanuna uyğun olaraq hazırlanmış bir çox sənədin Nazirlər Kabineti tərəfindən təsdiq olunduğunu bildirib və qeyd edib ki, daha 5 sənəd isə təsdiq olunma mərhələsindədir. Sektor müdiri "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə  əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən  Təhsil Nazirliyinin Əsasnaməsinə edilən əlavə və dəyişikliklər barədə məlumat verib. Həmin dəyişikliklərin hər biri haqqında danışan E.Həsənov, eyni zamanda 21 dekabr 2010-cu il tarixdə təsdiq olunmuş "Normativ-hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunundan da bəhs edib.

Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı 13-19 fevral 2011-ci il tarixlərində 16 nəfərdən ibarət nümayəndə heyətinin Türkiyə Respublikasına səfəri barədə təqdimat-məruzə ilə çıxış edib. Nümayəndə heyətinin tərkibindən söz açan F.Şahbazlı bildirib ki, dərsliklərin qiymətləndirilməsi təcrübəsinin öyrənilməsi məqsədilə Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin Təlim-Tərbiyə Kurulunda olublar. Təlim-Tərbiyə Kurulunun əsas fəaliyyət istiqamətləri, keçirilmiş görüşlər barədə məlumat verən şöbə müdiri daha sonra nümayəndə heyəti üzvlərinin ixtisaslarına uyğun olaraq müvafiq komissiyalar üzrə bölünməklə iş apardıqlarını vurğulayıb. F.Şahbazlı Türkiyədə olduqları müddətdə dərslik komplektlərinin hazırlanma proseduru, onların qiymətləndirilməsi, qiymətləndirmə üçün daxil olmuş kitabların kodlaşdırılması və bu kimi digər məsələlər üzrə zəngin təcrübə qazandıqlarını nəzərə çatdırıb. Ümumtəhsil məktəblərinin III sinifləri üçün hazırlanmış bir neçə dərslik komplektinin rəy bildirilməsi məqsədilə Təlim-Tərbiyə Kuruluna təqdim edildiyini açıqlayan şöbə müdiri bu kitablar haqqında müsbət fikirlər söylənildiyini, eləcə də bir sıra qeydlərin vurğulandığını deyib.

F.Şahbazlı səfər çərçivəsində Türkiyədə müəllim və şagirdlərlə keçirilmiş görüşlər, aparılmış təcrübə mübadiləsi haqda məlumat verib.  Səfərin sonunda heyət üzvlərinin hər birinə sertifikat verildiyini bildirən şöbə müdiri görülən işlərin davamlılığı və qarşılıqlı əməkdaşlığın inkişafı baxımından Təlim-Tərbiyə Kurulunun bir qrup əməkdaşının cari ilin aprelində ölkəmizə səfər edəcəyini nəzərə çatdırıb.

Tədbirdə Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov bu günlərdə Almaniya Federativ Respublikasına etdikləri səfər çərçivəsində keçirilmiş görüşlər və əldə olunmuş təcrübədən danışıb. "Almaniya Federativ Respublikası Baden-Vürttenberq Torpağının peşə təhsili sisteminin strukturu" mövzusunda təqdimat edən N.Məmmədov bu inzibati ərazi vahidi haqqında ümumi məlumat verib, burada peşə hazırlığı istiqamətində görülən işləri, dual peşə təhsili sisteminin mövcudluğunu və onun əsas məqsədlərini diqqətə çatdırıb. N.Məmmədov səfərin yekunu olaraq rəhbərlik etdiyi sahə üzrə bir sıra təkliflər irəli sürüb.

Təhsil naziri Misir Mərdanov hər üç təqdimatda qeyd olunan məsələlər barədə fikirlərini bildirib və görülmüş işlərin daha da inkişaf etdirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov