Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

1 Aprel 2011 - �12

 

"Muğam aləmi" II Beynəlxalq muğam festivalına yekun vurulub

 

Bir həftə ərzində Bakı "Muğam aləmi" II Beynəlxalq muğam festivalına ev sahibliyi etmişdir. Milli mədəniyyətimizin və xalq sənətimizin qorunması və inkişafına yüksək diqqət və qayğı göstərən Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünyanın 20-dən çox ölkəsinin muğam biliciləri və ifaçıları Beynəlxalq muğam festivalında bir araya gəlmişlər. Martın 21-də Heydər Əliyev Sarayında festivalın təntənəli bağlanış mərasiminə həsr edilən konsert olmuşdur.

Martın 14-dən 21-dək Şərq dünyasının ən qiymətli incisi sayılan muğam dünya ictimaiyyətinin nəzərlərini bir daha Azərbaycana yönəltmişdir. Festival çərçivəsində muğama həsr olunan müzakirələr, klassik və simfonik muğamların gözəl ifaları, Beynəlxalq muğam müsabiqəsi qaliblərinin unudulmaz çıxışları, məşhur musiqiçilərin konsertləri qədim və həmişəyaşar muğam sənətinin bütün zənginliyini nümayiş etdirərək, festival proqramını həm rəngarəng, həm də yaddaqalan etmişdir.

Martın 17-dən 20-dək Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında keçirilən Beynəlxalq muğam müsabiqəsi isə əsl sənət yarışmasına çevrilmişdir. Müsabiqədə Azərbaycan, Türkiyə, Özbəkistan, Çin, Hindistan, İordaniya, İran, Küveyt və Mərakeşdən olan 20-yə yaxın ən istedadlı ifaçının çıxışları münsiflər heyətinin işini çətinləşdirsə də, seçimin nəticəsindən hamı - ifaçılar da, münsiflər heyətinin bütün üzvləri də, tamaşaçılar da razı qalmışlar. Müsabiqədə azərbaycanlı xanəndə Ehtiram Hüseynov və İranın Tehran "Sepehr" ansamblı birinci, Çin Xalq Respublikasının Urumçi şəhərindən olan musiqi qrupu ikinci, Mərakeşin "Makam" və İordaniyanın "Şərq-bənd" ansamblları isə üçüncü yerlərə layiq görülmüşlər.

Festivalın təntənəli bağlanış mərasiminə həsr edilən konserti Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri açmışdır. Orkestr Üzeyir Hacıbəylinin "Koroğlu" operasından uvertüranı ifa etmişdir.

Gecədə tanınmış Azərbaycan bəstəkarlarının əsərləri dinlənilmişdir. Həmçinin II Beynəlxalq muğam müsabiqəsinin laureatları - Çin Xalq Respublikasının Urumçi şəhərindən olan musiqi qrupu və "Qarabağ şikəstəsi"nin ən yaxşı  ifaçısı  nominasiyası üzrə mükafatçı türkiyəli müğənni Yeşim Köksal  da  çıxış  etmişlər.

"Muğam aləmi" II Beynəlxalq muğam festivalının bağlanış mərasiminə həsr edilən konsert proqramı zənginliyi ilə fərqlənmişdir. Hər bir ifa sürəkli alqışlarla qarşılanmışdır.

Beləliklə, Azərbaycanda martın 14-dən başlayan "Muğam aləmi" II Beynəlxalq muğam festivalına martın 21-də yekun vurulmuşdur.

Bakı Caz Mərkəzində keçirilən caz axşamları da festivala bir rəngarənglik gətirmişdir. Eyni zamanda ilk dəfə festival çərçivəsində keçirilmiş ustad dərsləri də gənc muğam ifaçılarına bu sənətin sirlərini daha dərindən mənimsəməyə böyük imkanlar yaratmışdır.

Bütövlükdə "Muğam aləmi" II Beynəlxalq muğam festivalı mədəniyyətin, incəsənətin, musiqinin, ən əsası muğamın bayramına çevrilmiş, ayrı-ayrı xalqların nümayəndələrini bir araya gətirmək baxımından özünü misilsiz bir tədbir kimi təsdiq etmiş, xalqların daha da yaxınlaşmasına mühüm bir töhfə olmuşdur.

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov