Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

1 Aprel 2011 - 12

 

ADU-da Türkiyənin Atatürk Universitetinin rektoru Hikmet Koçakla görüş

 

ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov Türkiyənin Atatürk Universitetinin rektoru, professor Hikmet Koçak və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Qonaqları salamlayan rektor Səməd Seyidov ADU ilə Atatürk Universiteti arasında əlaqələrin qurulmasına hazır olduğunu söyləyib. Universitetin tarixinə nəzər salan rektor S.Seyidov əvvəllər institut kimi fəaliyyət göstərən Azərbaycan Dillər Universitetinin keçdiyi yoldan bəhs edib. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkəmizin təhsil sistemində böyük işlər görüldüyünü və 2000-ci ildə ADU-ya universitet statusu verildiyini diqqətə çatdırıb.

Səməd Seyidov rəhbərlik etdiyi ali təhsil ocağında mövcud olan fakültələr haqqında da qonağa məlumat verib. Universitetdə yaradılmış İnformasiya Resurs Kompleksin fəaliyyətinə toxunan Səməd Seyidov bu strukturun Azərbaycan Respublikası Prezidentinin dəstəyi sayəsində açıldığını bildirib. Rektor bu nəhəng kompleksin ölkəmizdə yeganə olduğunu, təkcə universitet tələbələri üçün deyil, bütün respublika üçün mühüm əhəmiyyət kəsb etdiyini deyib. Səməd Seyidov bu kompleks vasitəsi ilə dünya universitetləri ilə distant seminarların, "dəyirmi masa"ların təşkil olunduğunu, həmçinin dərslərin aparıldığını deyib, bu sahədə ADU-da artıq müsbət təcrübə toplandığını söyləyib.

Atatürk Universitetinin rektoru, professor Hikmet Koçak səmimi qəbula görə təşəkkür edib. Hikmet Koçak Azərbaycanın ümummilli lideri, mərhum Heydər Əliyevin Atatürk Universitetinin fəxri doktoru olduğunu xatırladıb. O, həmçinin Prezident İlham Əliyevə də bu universitetin fəxri doktoru adının verildiyini qeyd edib. Atatürk Universitetinin tarixindən bəhs edən rektor Hikmet Koçak bu ali təhsil ocağının 1954-cü ildə yaradıldığını bildirib. O, universitetdə ilk olaraq ədəbiyyat fakültəsinin mövcud olduğunu  deyib. Rektor H.Koçak nəzərə çatdırıb ki, Atatürk Universitetində ümumilikdə 18 fakültə fəaliyyət göstərir, 43000 tələbə təhsil alır. Eyni zamanda universitetin 23000 distant formada təhsil alan tələbəsi var. 7 institutun fəaliyyət göstərdiyi bu ali məktəbin 2500 əməkdaşı  var.

S.Seyidov distant tədris formasının ölkəmizdə yalnız ADU, NDU və AMEA-da olduğunu deyib. ADU-nun Türkiyənin Hacettepe və Fransanın Strasburq (keçmiş Mark-Blok Universiteti) universitetləri ilə üçlük yaratdığını və bu istiqamətdə tərcümə fakültəsində tam şəkildə islahatlar aparıldığını söyləyib. ADU-nun Böyük Britaniyanın Esseks Universiteti ilə əməkdaşlığından da söz açıb.

Görüşdə həmçinin ADU ilə Atatürk Universiteti arasında distant təhsillə bağlı əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub. Müəllimlərin distant tədrisə cəlb edilməsi istiqamətində işlərin aparılması haqda fikir mübadiləsi edilib. 

 Hikmet Koçak Səməd Seyidovu bu ilin yayında Atatürk Universitetində keçiriləcək konfransa dəvət edərək bu səfərin hər iki universitetin əməkdaşlığının başlanğıcı olacağına əminliyini ifadə edib.

Sonra rektor Səməd Seyidov qonağa ADU-nun kataloqunu və Azərbaycanın xəritəsi əks olunmuş hədiyyəni təqdim edib. Hikmet Koçak isə həm Atatürk Universitetinin kataloqunu və universitetin gerbi əks olunmuş hədiyyəni S.Seyidova verib.

Sonda qonaqlar ADU-nun İnformasiya Resurs Kompleksi ilə yaxından tanış olublar. 

Şakir CƏFƏROV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov