Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

1 Aprel 2011 - �12

 

Elmi praktik konfrans

 

Azərbaycan Müəllimlər İnstitutu Sumqayıt filialının təşkilatçılığı ilə filialın dislokasiyasında olan Siyəzən rayonunun 6 nömrəli məktəbində "Pedaqoji kadrların ixtisasının artırılması günün başlıca tələbidir" mövzusunda seminar keçirildi. Konfransda  Təhsil Nazirliyinin baş məsləhətçisi M.Əhmədov, Azərbaycan Müəllimlər İnstitutunun prorektoru R.Əzizov və Sumqayıt filialının əlavə təhsil üzrə əməkdaşları iştirak edirdilər.

Konfransı giriş sözü ilə Siyəzən Rayon Təhsil Şöbəsinin müdiri R.Hacıyev açaraq rayon təhsil işçilərinin ixtisasartırma təhsilinin səmərəli təşkili üçün belə tədbirlərin xüsusi əhəmiyyət kəsb etdiyini söylədi.

İxtisasartırma təhsilində mövcud vəziyyət və problemlər mövzusunda çıxış edən M.Əhmədov Azərbaycanın təhsil sistemində ixtisasartırma və təkmilləşmə təhsil mərhələsinin səmərəli təşkili ilə bağlı mövcud vəziyyət və qarşıda duran problemlərdən, onların həlli yollarından danışdı.

Azərbaycan Müəllimlər İnstitutunun prorektoru R.Əzizov ümumtəhsil müəssisələri və orada fəaliyyət göstərən dayaq məntəqələrində məşğələlərin təşkili mexanizmindən söz açdı. Qeyd etdi ki, dayaq məntəqələrində məşğələlərin təşkili üçün fəaliyyətdə olan mexanizmlərin yeniləşməsi və müasirləşdirilməsinə ehtiyac vardır. Bunun üçün dayaq məntəqə rəhbərləri və müəllimlərin rəy və təkliflərinin öyrənilməsi vacibdir.

AMİ-nin Strateji araşdırmalar mərkəzinin metodisti Z.Vəliyeva əlavə təhsil sistemində göstərilən metodiki xidmətin təşkili vəziyyəti və onun yaxşılaşdırılması üçün görülən tədbirlərdən danışdı. Qeyd etdi ki, metodiki yardım göstərmək məqsədilə ayrı-ayrı filiallarda olmuş və tövsiyələrini vermişdir.

Siyəzən Rayon Təhsil Şöbəsinin metodkabinet müdiri Əminə Hacıyeva rayonun ümumtəhsil məktəbləri müəllimlərinin ixtisasartırma kurslarında olmaları barədə məlumat verdi, bu məsələ ilə bağlı Sumqayıt filialının əlavə təhsil şöbəsində müasir tələblər səviyyəsində görülən işlərdən danışdı.

AMİ-nin Sumqayıt filialının əməkdaşı H.İbrahimov filialda əlavə təhsilin təşkili və Sumqayıt, Xızı, Siyəzən, Abşeron və Qubadlı rayon təhsil şöbələri ilə bu istiqamətdə aparılan məqsədyönlü işlərdən danışdı. Seminarda digər çıxış edənlər müəllimlərin əlavə təhsilinin təşkilində səmərəliliyin daha da artırılmasından söz açdılar. 

M.İSMAYILZADƏ,
AMİ-nin Sumqayıt filialının metodisti

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov