Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

1 Aprel 2011 - �12

 

Beynəlxalq simpozium

 

Naxçıvan Dövlət Universitetində "Araz çayı hövzəsi parazitar xəstəliklər" mövzusunda I beynəlxalq simpozium keçirilmişdir. Qars Qafqaz Universiteti ilə birgə gerçəkləşdirilən simpoziuma AMEA-nın Naxçıvan Bölməsi, Türkiyə Cümhuriyyətinin Ərzurum Atatürk Universiteti və Elazıq Fırat Universitetinin təmsilçiləri də qatılmışdı.

Simpoziumu giriş sözü ilə açan NDU-nun rektoru, akademik İsa Həbibbəyli türk xalqlarının sarsılmaz birliyindən, tarixi köklərindən, ortaq milli mənəvi dəyərlərindən danışmışdır. Vurğulanmışdır ki, çoxşaxəli beynəlxalq əlaqələrə malik universitetin qardaş Türkiyənin əksər tanınmış ali təhsil ocaqları ilə dayanıqlı tərəfdaşlığı "Bir millət, iki dövlət" siyasətinin bariz təntənəsidir. Araz çayının iki qardaş ölkənin əbədi birlik simvolu olduğunu xatırladan rektor simpoziumun sosial, ekoloji, iqtisadi əhəmiyyətindən söhbət açmışdır.

Qars Qafqaz Universitetinin prorektoru, professor Mitat Şahin universitetlərarası əlaqələrin dünya elm, təhsil sisteminə inteqrasiya baxımından faydasından danışmış, bu əməkdaşlığın gələcək inkişafı istiqamətində qarşıda duran vəzifələrdən, simpoziumun elmi-praktik əhəmiyyətindən bəhs etmişdir.

Ərzurum Atatürk Universitetinin veterinar fakültəsinin dekanı, professor Mustafa Atasevər çıxışında qeyd etmişdir ki, mövzu ilə bağlı aktual problemlərin həllində ortaq elmi tədqiqatların, təcrübələrin aparılması, gənc mütəxəssislərin yetişdirilməsi böyük rol oynayacaq.

Sonra Qars Qafqaz Universitetinin veterinar fakültəsinin Parazitologiya kafedrasının müdiri, professor Mükremin Özkan Arslanın "Türkiyənin Kuzey Doğusunda intestinal protozoon enfeksiyonları", NDU-nun Baytarlıq kafedrasının müdiri, baytarlıq elmləri namizədi Etibar Məmmədovun "Naxçıvan Muxtar Respublikasının Arazboyu düzənlik ərazilərində gövşəyənlərin anoplosefalyatoz törədicilərinin aralıq sahiblərinin yayılması" mövzusunda məruzələri dinlənilmişdir.

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tarıyel Talıbov Araz çayı hövzəsində geniş yayılmış flora və fauna üçün xüsusi zərərli parazitlər, onlara qarşı bioloji mübarizə yolları barədə məlumat vermişdir. Çıxışlarda Ermənistanın Araz çayını sənaye tullantıları ilə qəsdən çirkləndirməsi nəticəsində çayın hövzəsindəki mikrofaunaya ciddi zərər vurması və buna qarşı birgə mübarizə məsələlərinə də toxunulmuşdur.

Növbəti gün simpozium bölmə iclasları ilə işini davam etdirmişdir.

Yekun iclasda millət vəkili, akademik İsa Həbibbəyli, Qars Qafqaz Universitetinin rektoru, professor Mitat Şahin simpoziumun işini yüksək  dəyərləndirmiş,  qlobal ekoloji,  bioloji,  coğrafi problemlərin həlli məqsədilə müştərək fəaliyyətin gələcəkdə də davam etdiriləcəyinə əminliklərini bildirmişlər.  Bölmə  rəhbərlərinin hesabatları,  çıxışlar  dinlənildikdən  sonra təkliflər müzakirə olunmuşdur.

Simpozium Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin müəllim və tələbələrinin rəngarəng konsert proqramı ilə başa çatmışdır. Müxtəlif ölkələrin nümayəndələrinin, eləcə də türkiyəli tələbələrin də iştirak etdiyi professional ifalar tədbir iştirakçılarına xoş bayram ovqatı bəxş etmişdir. Novruz bayramı münasibətilə tələbələrin əl işlərindən və rəsm əsərlərindən ibarət sərgi qonaqlarda xüsusi maraq doğurmuşdur. 

Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov