Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

1 Aprel 2011 - �12

 

Soyqırımı qurbanları yad edildi

 

Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda 31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş elmi-praktik konfrans keçirildi.

İnstitutun rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov tədbir iştirakçılarını salamladıqdan sonra 31 Mart soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra rektor məruzəsində tarixə qısa ekskursiya etdi. O bildirdi ki, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırımı və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusən genişlənmişdir. Azərbaycan xalqını yer üzündən tam silmək kimi mənfur niyyətini həyata keçirməyə çalışan  ermənilər həm də xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənini dağıdıb viran etmiş, "Saxta Ermənistan tarixi"ni nəinki yazmağa, hətta dünyanı buna inandırmağa çalışmışlar. Lakin tarix, tarix olaraq qalır.

XX əsrin əvvəllərində ermənilər təkcə bu gün Ermənistan adlanan ərazini deyil, Bakı quberniyasının Bakı, Şamaxı, Quba, Göyçay, Qarabağ, Zəngəzur və  Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçiriblər. Erməni faşistləri bu ərazilərdə on minlərlə dinc azərbaycanlı əhalini - qadını, uşağı,  qocanı  yalnız  milli  mənsubiyyətlərinə  görə  vəhşicəsinə  qətlə  yetirmiş,  yaşayış  yerlərini  talan  edərək  yandırıb viran qoymuş, xalqımızın milli mədəniyyət abidələrini,  məscidləri  dağıtmış  və  yandırmışlar.

Tarixi sənədlərdəki faktlar Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və ölkənin digər ərazilərində azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndlərın talan edilərək dağıdıldığını sübut edir.

1918-ci il martın 30-da Bakıda erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəşi açdı. 31 mart səhər tezdən bolşevik daşnak dəstələri azərbaycanlılar yaşayan məhəllələri havadan təyyarələr, dənizdən hərbi gəmilər bombalamağa başladılar. Ermənilər rusları inandırmışdılar  ki, guya İçərişəhərdə rusları qırıblar. Matroslar bunun yalan olduğunu biləndə atəşi dayandırsalar da, artıq gec idi. 

Rektor məruzəsində həmçinin İosif Stalinin hakimiyyəti illərində qədim İrəvan torpağından azərbaycanlıların köçürülmə prosesinin sürətlə aparıldığından söz açdı.

 Asəf müəllim ümummilli lider Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli fərmanının əhəmiyyətindən, həmçinin bu gün ölkəmizin hərtərəfli inkişafı üçün aparılan uğurlu siyasətdən danışdı.

Tədbirdə İctimai elmlər kafedrasının dosent Aydın Aslanov, kitabxananın müdiri Güldanə Mehdiyeva, Psixologiya kafedrasının müdiri Hökumə Əliyeva və digərləri məruzələrlə çıxış etdilər.

Sifai SƏFƏROVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov