Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

1 Aprel 2011 - �12

 

Ötən əsrin ən dəhşətli soyqırımlarından biri

 

Martın 30-da Qafqaz Universitetində 31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş konfrans keçirildi. Tədbir açıq elan edildikdən sonra soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Konfransda açılış sözü söyləyən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç dünya tarixində soyqırımı adlandırılan hadisələrin çox olduğunu, lakin türkdilli xalqların qəniminə çevrilmiş ermənilərin 1918-ci ilin martında Azərbaycanın paytaxtı Bakıda, habelə Şamaxıda, Qubada və digər şəhərlərdə törətdikləri qətliamın tarixdə misli-bərabəri olmadığını bildirdi. Qeyd etdi ki, 1918-ci ilin yanvar-mart aylarında erməni daşnaklarının xalqımızın başına gətirdiyi fəlakətlər nəticəsində on minlərlə insan qətlə yetirilmiş, yüzlərlə kənd, minlərlə ev məhv edilmişdir. Rektor belə bir soyqırımının ermənilər tərəfindən 1914-cü ildə Anadoluda da törədildiyini diqqətə çatdırdı. Natiq bildirdi ki, tarix boyu xalqımız çox savaşlarda iştirak etmiş, lakin heç birində azərbaycanlı, türk əsgəri qocalara, qadınlara əl qaldırmamışdır. Bu baxımdan tariximizin heç bir çağında belə qara ləkə yoxdur. Bunu türk dünyasının böyüklüyü kimi qiymətləndirən A.Saniç, əksinə, erməni tarixində belə qara ləkələrin çox olduğunu, təkcə ötən əsrdə xalqımızın ermənilər tərəfindən 4 dəfə soyqırımına məruz qaldığını söylədi.

Düşmənin bu gün də öz mənfur niyyətlərindən, sərsəm "Böyük Ermənistan" yaratmaq planlarından əl çəkmədiyini, ermənilərin xalqımıza qarşı soyqırımı davam etdirdiklərini, ötən əsrin 90-cı illərinin əvvəllərində Xocalıda öz miqyasına görə heç də 18-ci ilin mart qırğınlarından geri qalmayan qətliam törətdiklərini vurğulayan rektor bütün bunlara son qoyulması üçün xalqımızın başına gətirilmiş həmin fəlakətlərin dünya ictimaiyyətinə çatdırılmasını vacib saydı, hər kəsi bu sahədə gücü çatan fəaliyyətə səslədi.

Konfransda AMEA-nın əməkdaşı, 1918-ci il soyqırımı hadisələrinin araşdırıcısı, professor Solmaz Rüstəmova - Tohidi həmin dövrdə baş verən hadisələr, ermənilər tərəfindən törədilmiş qətliamlar barədə geniş məruzə etdi. 1918-ci ilin martında azərbaycanlıların məruz qaldığı soyqırımının ondan bir neçə il öncə Türkiyədə baş vermiş soyqırımının davamı olduğunu vurğulayan məruzəçi həmin hadisələrin səbəbləri, ermənilərin soyqırımı törətmək niyyətləri və bunun üçün apardıqları hazırlıq işləri, Azərbaycanın paytaxtı və regionlarında dinc əhaliyə qarşı törədilmiş soyqırımının acı nəticələri barədə ətraflı məlumat verdi.

Professor S.Rüstəmova-Tohidi çıxışının sonunda həmin hadisələrdən bəhs edən kitablarını universitetə hədiyyə etdi.

Y.ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov