Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

1 Aprel 2011 - �12

 

31 Mart - Azərbaycanlıların soyqırımı günü təhsil müəssisələrində qeyd olundu

 

 Azərbaycan Texniki Universitetində 31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş geniş tədbir keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə AzTU-nun foyesində ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış büstün önünə təzə-tər gül-çiçək dəstələri düzmüşlər.

Sonra tədbir universitetin böyük iclas zalında davam etdirilmişdir. Tədbiri giriş sözü ilə universitetin rektoru, texnika elmləri doktoru, professor Havar Məmmədov açmışdır. Onun təklifi ilə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Professor Havar Məmmədov çıxış edərək XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı etdikləri vəhşiliklərdən, soyqırımından, xüsusilə də Azərbaycan tarixinin ən dəhşətli faciəsi olan Xocalı soyqırımından ürək ağrısı ilə danışmış, bu qanlı faciəyə öz münasibətini bildirmişdir.

Sonra Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi, tarix elmləri doktoru Ataxan Paşayev geniş məruzə etmiş, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı haqqında tələbələrə ətraflı məlumat vermişdir. Daha sonra AzTU-nun xarici tələbələrin təhsili fakültəsinin tələbəsi V.Çelik və AzTU Tələbə Gənclər Təşkilatının sədr müavini, radiotexnika və rabitə fakültəsinin tələbəsi Azər Abdullayev çıxış etmişlər.

***

Nərimanov rayonundakı Bağça-məktəb-lisey kompleksində 31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbirlər - konfranslar, ədəbi-bədii gecələr, müzakirələr keçirildi, rəsm sərgiləri, stend və guşələr hazırlandı. Təhsil ocağında olarkən görülmüş işlərlə tanış olduqdan sonra III "ç" sinfində keçirilən tədbirdə iştirak etdik.

Sinif otağı mövzuya uyğun tərtib olunmuş, divar qəzeti, 1918-ci ilin mart hadisələrini, eləcə də 1992-ci ildə baş verən Xocalı faciəsini əks etdirən fotostendlər, rəsm sərgisi hazırlanmış, hər tərəfə qırmızı qərənfillər düzülmüşdü.

Sinif müəllimi Rəmziyyə Babayeva məlumat verdi ki, hələ yaz tətilindən qabaq şagirdlərə ermənilərin vəhşiliyi nəticəsində xalqımızın tarix boyu üzləşdiyi faciələrdən bəhs edən rəsm çəkməyi tapşırmış, onlardan ən yaxşıları sərgidə nümayiş etdirmək üçün seçilmişdir.

Azərbaycan Respublikasının Dövlət himni ilə açılan mərasimdə 1918-ci ildə törədilən qırğınlarda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Əkrəm, Nərmin, Leyla, Fidan, Cavidan, Əli, İranə, Samir və digər şagirdlər həzin musiqi sədaları altında Vətən həsrətli şeirlər dedilər, kədərli notlarla köklənmiş mahnılar ifa etdilər, XX əsrdə azərbaycanlılara qarşı yeridilən soyqırımı siyasəti ilə bağlı fikirlərini səsləndirdilər. Üçüncülərin nümayiş etdirdiyi "Bu qan yerdə qalan deyil" adlı ədəbi-bədii kompozisiya tədbir iştirakçılarını daha çox mütəəssir etdi.

Mərasimin sonunda çıxış edən Rəmziyyə Babayeva dedi: "Ermənilərin zaman-zaman xalqımızın başına gətirdikləri müsibətləri hamı bilməli və gələcək nəslə çatdırmalıdır. Bəlkə də tarixi unutqanlığımız ucbatından təkcə ötən əsrdə azərbaycanlılara qarşı 4 dəfə soyqırımı aktı və deportasiya həyata keçirilmişdir. 31 Mart - Azərbaycanlıların soyqırımı günü ərəfəsində bütün siniflərdə şagirdlərə bu hadisələrin baş verdiyi dövr, tarixi şərait, ermənilərin xalqımıza qarşı yürütdüyü təcavüz siyasətinin ayrı-ayrı mərhələləri və s. haqqında məlumat verilir. Lakin bu dəhşətlərin bir daha təkrarlanmaması üçün faciəni təkcə mart ayında deyil, ilboyu xatırlamalıyıq, öyrənməliyik. Başımıza gələnlərin tarixini araşdırıb əsl həqiqətləri üzə çıxarmaq üçün hələ çox iş görməliyik. Yaddan çıxarmamalıyıq ki, bu bizim həlak olanların xatirəsinə ehtiramımızdır".

III "ç" sinfində 31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir Üzeyir Hacıbəylinin qəhrəmanlığa və mübarizəyə səsləyən "Uvertüra"sının sədaları altında başa çatdı.

***

Bakıdakı fizika-riyaziyyat və informatika təmayüllü liseydə keçirilən tədbirdə direktor müavini  Valeh Bəyalıyev  geniş  məruzə ilə  çıxış etdi. O, xatırlatdı ki,  ümummilli lider Heydər Əliyevin  "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli  fərmanında  xüsusi  vurğulanır ki, "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyasılı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin  Bakıdan başlanan vəhşilikləri  Azərbaycanı və indiki Ermənistan ərazisindəki  Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. 

Tarixi faktlar  göstərir ki, 1905-1907-ci illərdə  silahlı erməni dəstələri Bakıda,Tiflisdə, İrəvanda, Naxçıvanda, Gəncədə  və s. şəhərlərdə kütləvi şəkildə  azərbaycanlılara divan tutmuş, yaşayış məskənlərini  yandırmış, uşaqları, qocaları qəddarcasına  öldürmüşlər. Həmin dövrdə  təkcə Şuşa, Cavanşir, Cəbrayıl, və Zəngəzur qəzalarında 75  Azərbaycan kəndi viran qoyulmuş, İrəvan və Cəncə  quberniyalarında  isə 200-dən  artıq  kənd yer üzündən silinmişdir.

Müəllimlər İsmət  Əliyeva, Nadir Mədətov, İdrak Əliyev, Allahverdi Məmmədov və  Sərvinaz Əkbərova  da çıxışlarında  həmin dövrlərdə  erməni qəsbkarlarının törətdikləri vəhşiliklərdən, ağıla sığmayan cinayət əməllərindən  söz açdılar.

Sonda  sagirdlər  Ülkər Əliyeva və Şəhla Kərimlinin  faciə ilə bağlı  nümayiş etdirdikləri  kompozisiyalar tədbir iştirakçılarını  kövrəltdi.

***

Martın 31-də Bakıda yerləşən Laçın rayon 10 nömrəli məktəbdə 31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş anım mərasimi keçirildi. Tədbirdə məktəbin müəllim-şagird kollektivi ilə birgə Laçın Rayon Təhsil Şöbəsinin müdir müavini Adil Alıyev və digər qonaqlar iştirak edirdilər. Mərasim iştirakçıları soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Gülşən Tağıyeva Azərbaycan xalqının əsrlərlə erməni təcavüzünə məruz qaldığını, soydaşlarımızın dəfələrlə ermənilər tərəfindən soyqırımına düçar olduğunu diqqətə çatdırdı. Bildirildi ki, azərbaycanlılara qarşı soyqırımı siyasəti erməni millətçiləri tərəfindən yüz illər boyu planlı surətdə həyata keçirilmişdir. O, ulu öndər Heydər Əliyevin bu faciələrə siyasi qiymət  verdiyini və xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırdığını qeyd etdi.

Tədbirdə məktəbin tarix müəllimləri Siyavuş Əmirov və Ruhiyyə Rəsulova çıxış edərək 1918-ci il mart hadisələri ilə bağlı tarixi faktları  iştirakçıların nəzərinə bir daha çatdırdılar. Qeyd edildi ki, ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı 1918-ci il martın 31-də daha geniş miqyas almış, bolşevik hakimiyyətini bərqərar etmək adı altında erməni daşnakları mart, aprel və may aylarında Azərbaycanda  on minlərlə azərbaycanlını məhv etmişlər. Təsadüfi deyil ki, ermənilər təkcə Şamaxıda 58, Qubada isə 122 kəndi darmadağın edərək dinc əhalini vəhşicəsinə qətlə yetirmişlər. Bildirildi ki, ermənilər tərəfindən  Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə yönəldilmiş soyqırımlar tarixdə qara ləkə, qanlı cinayətlərdir.

Tədbir şagirdlərin söylədikləri şeirlər və nümayiş etdirdikləri kompozisiyalarla başa çatdı.

***

Martın 31-də Bakının Nəsimi rayonunda yerləşən 35 nömrəli orta məktəbdə 31 Mart - Azərbaycanlıların soyqırımı günü münasibətilə tarix fənnindən "açıq dərs" keçirildi.

Əvvəlcə tədbir iştirakçıları məktəbin foyesində soyqırımına aid şəkillərdən açılmış sərgi ilə tanış oldular. Məktəbin direktoru Rəna Naibova tədris ocağında təhsilin keyfiyyətini yüksəltmək üçün görülən işlər, yeni kurikulumların tətbiqi vəziyyəti barədə məlumat verdi. R.Naibova müəllimlərin nə kimi problemlərlə üzləşdiklərini söylədi və qazanılmış təcrübəni nümayiş etdirmək  üçün tədris ocağında tez-tez "açıq dərs"lərin keçirildiyini dedi. Eyni zamanda bugünkü  "açıq dərs"in də 31 Mart  - Azərbaycanlıların soyqırımı gününə həsr olunduğunu bildirdi. 

Sonra V "b" sinfində təşkil olunan "açıq dərs"də əvvəlcə şagirdlərin ifasında Dövlət himni səsləndi və  soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Məktəbin tarix müəllimi Zinaida Musayeva isə tarixi mənbələrə əsaslanaraq ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklər barədə iştirakçılara məlumat verdi və şagirdləri qruplara bölərək onlara soyqırımı barədə müxtəlif suallar verdi. Şagirdlər də soyqırımla bağlı öz biliklərini nümayiş etdirdilər.

Qruplar 1918-ci il  mart hadisələrini əks etdirən səhnəciklər göstərərək "açıq dərs"i daha da maraqlı etdilər.

Sonda soyqırımına aid 5  dəqiqəlik film göstərildi.

Dərs başa çatdıqdan sonra onun müzakirəsi keçirildi. Dinləyənlər tərəfindən müəllimin 45 dəqiqəlik fəaliyyəti yüksək qiymətləndirildi. Müzakirədə çıxış edənlər dərsdə müasir təlim metodlarından, resurslardan gen-bol və yerli-yerində istifadə olunduğunu deyərək  bəzi təklif, tövsiyələrini bildirdilər.

***

Bakıdakı 32 nömrəli uşaq bağçasında 31 Mart - Azərbaycanlıların  soyqırımı  gününə həsr edilmiş  mərasim keçirildi. Öncə  faciə qurbanlarının xatirəsi bir  dəqiqəlik  sükutla yad edildi. Bağçanın müdiri Afina  Axundova qeyd etdi ki, 1918-ci ilin martında ermənilər minlərlə vətəndaşımızı qanına qəltan etmiş, şəhər, rayon  və kəndlərimizi xarabazara çevirmişlər. Ən dəhşətlisi o idi ki,  uşaq, yeniyetmə və gənclərimiz  milli mənsubiyyətlərinə  görə  qətlə yetirildilər.

Tərbiyəçilər  Məlahət Məlikova, Şəfəq Əhmədova, Gülşən Abdullayeva  və Fərqanə Səmədova çıxış edərək  ermənilərin məkrli  siyasətlərini pislədilər,  balaca fidanlara isə firavan həyat, sülh, əmin-amanlıq, xalqımıza  səadət, mətanət və dəyanət arzuladılar.

Mərasimin sonunda Elnur,  Nüşabə, Röya, Aydan  çəkdikləri   rəsmləri  nümayiş etdirdilər.   

"Azərbaycan müəllimi"

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov