Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

1 Aprel 2011 - �12

 

Ötən il Kurikulum Mərkəzi üzrə aparılmış elmi-tədqiqat işlərinin nəticələri

 

2010-cu ildə Kurikulum Mərkəzində aparılmış elmi-tədqiqat işlərindən aşağıdakı nəticələr əldə olunmuşdur:

1. Məktəbəqədər təhsil üzrə nəticəyönümlü standart və kurikulumların hazırlanması qloballaşma şəraitində ən müasir təhsil texnologiyalarının nəzərə alınmasını, ən başlıcası geniş ictimai fikrə, cəmiyyətdəki maraqlı tərəflərin arzu və tələblərinə əsaslanmağı tələb edir. 

2. Məktəbəqədər təhsilin kurikulumunun konseptual xarakteri strateji əhəmiyyət daşıyır və təhsilin məqsədlərinin, uşaqların hazırlığına verilən tələblərin (bacarıq və vərdişlərin, yaxud kompetensiyaların), təhsilin məzmunu, təşkili, qiymətləndirilməsi kimi  məsələlərin əhatə olunmasını tələb edir.

3. Araşdırmalar zamanı məktəbəqədər təhsil mərhələsində (müxtəlif yaş qrupları əhatə olunmaqla) aşağıdakı istiqamətlər üzrə standartların (məzmun) müəyyən olunması qərarına gəlinmişdir:

- fiziki inkişaf və sağlamlıq;

- təhlükəsizlik;

- dil və ünsiyyət;

- idrak inkişafı;

- sosial və emosional inkişaf;

- mədəni inkişaf və yaradıcılıq.

4. Məktəbəqədər təhsilin məzmununun fəaliyyətlərə əsaslanan nəticələr formasında ifadə olunması inkişafını izləmək təlim işindəki nailiyyətləri obyektiv qiymətləndirmək baxımından əhəmiyyətli hesab edilir.

5. Kurikulumun tərkib hissələri arasında standartlar ilkin formalaşdırılan komponent kimi baza rolunu oynayır. Təlim strategiyalarının, qiymətləndirmə və idarəolunma məsələlərinin ona əsasən sistemləşdirilməsi üçün imkan yaranır.

6. Nəticələrin əsas və onların ehtiva etdiyi alt-standartlar formasında ifadə olunaraq kurikuluma daxil edilməsi, əldə olunacaq təlim nailiyyətlərinin daha konkret təsəvvür olunması, müvafiq təlim materiallarının və strategiyaların seçilməsi baxımından əhəmiyyət daşıyır.

7. Azərbaycanda məktəbəqədər təhsilin dünyanın inkişaf etmiş ölkələrinin təhsil standartlarına uyğunlaşması, onların səviyyəsinə çatdırılması, varislik prinsipinə əməl edilməsi, bilik və bacarıqların məntiqi ardıcıllıqla, müvafiq sistemlə məzmuna daxil edilməsi, inteqrativ xarakterdə olması, uşaqların yaş xüsusiyyətlərinin nəzərə alınması məqsədəuyğun hesab edilir.

8. Qloballaşan dünyada təhsil əlaqələrini qurmaq, tərbiyəçi, uşaq mübadilələrini tənzimləmək məqsədilə uyğun təhsil modellərinin, vasitələrin qəbul edilməsini və iş prosesində  tətbiq olunmasını bir zərurət kimi qarşıya qoyur. 

9. Məktəbəqədər təhsilin keyfiyyətinin idarə olunması xüsusi problemdir. Ənənəvi qaydada həyata keçirilən məktəbəqədər təhsil işində belə bir idarəetmə mexanizmi olmamışdır. Məktəbəqədər təhsil üzrə yeni strategiyalar müəyyən olunarkən tədris və təlim texnologiyaları ilə yanaşı, yeni idarəetmə mexanizmlərinin hazırlanması məktəbəqədər təhsil kurikulumunun əsas komponentlərindən biri kimi nəzərə alınmışdır.

10. Məzmun standartlarının mənimsəmə səviyyəsini öyrənmək məqsədilə şagirdlər arasında keçirilən testlərin və müəllimlərin dərslərinin dinlənilməsi, onlarla aparılan anket sorğularının nəticələri, "dəyirmi masa"larda müəllimlər tərəfindən deyilən fikirlər, valideynlərlə aparılmış söhbətlər aşağıdakı nəticələrə gəlməyə imkan vermişdir:

- ənənəvi kurikulumlardan fərqli olaraq yeni fənn kurikulumlarının tələblərinə əsasən aparılan dərslərdə şagirdlərin öyrənmə marağı, bilik və bacarıqlarının səviyyəsi, təlim prosesində fəallığı, yaradıcı işlərə meyilliliyi daha yüksək olur;

- bəzi müəllimlər interaktiv təlim üsulları ilə dərs aparmaqda çətinlik çəkir, onların bu sahədə peşəkarlığı kifayət qədər formalaşmayıb (bu hal xarici dil müəllimlərində özünü daha çox büruzə verir), dərs prosesində tələb olunan resurslar çatışmır, mövcud resurslardan ustalıqla istifadə olunmur;

- valideynlər yeni fənn kurikulumlarının tətbiqini, xüsusilə dərsdə istifadə olunan yeni priyom və üsulları faydalı hesab edirlər.

11. Azərbaycan dili fənnindən yazı və dil qaydaları üzrə məzmun standartlarına müvafiq olaraq meyarlar müəyyənləşdirilmiş, II sinif şagirdləri arasında test tapşırıqları aparılmışdır. Şagirdlərin əksəriyyəti müəyyənləşdirilmiş meyarlar əsasında hazırlanmış test tapşırıqlarını düzgün həll etmişlər, lakin lüğətlərdən istifadə zamanı zəif bacarıqlar nümayiş etdirmişlər. Təhlil zamanı bunun zəruri resurs kimi tədris lüğətlərinin çatışmazlığı ilə bağlı olduğu aşkar edilmişdir. 

12. Müasir kurikulumlara uyğun yeni normativlərin olmaması da müəllimlərin tədris fəaliyyətinin düzgün qurulmasında çətinliklər yaradır. Müəllim və şagirdlər üçün ana dili üzrə müvafiq resursların hazırlanması hazırkı şəraitdə zəruri hesab edilir.

13. Həyat bilgisi ilə bağlı məzmunun mənimsəmə səviyyəsini öyrənmək məqsədilə  258 şagird arasında keçirilən testdə iştirak edənlərin 90-100%-i sağlam həyat tərzinin əsas şərtlərini, sağlamlıq və onun mühafizəsi qaydalarını bildiyini, nəqliyyat vasitələrini tanıdığını və onları xüsusiyyətlərinə görə fərqləndirdiyini, varlıq və hadisələri əlamətlərinə görə qruplaşdırdığını, hava durumuna  uyğun geyim seçə, təbii fəlakətlərin adlarını sadalaya, ətraf mühiti çirkləndirən mənbələri fərqləndirə  bildiyini nümayiş etdirmişlər. Lakin bəzi şagirdlər müəyyən məsələlərdə, xüsusən texnogen və təbii fövqəladə halları bir-birindən ayırmaqda, yabanı və mədəni bitkiləri fərqləndirməkdə çətinlik çəkmişlər.

14. Təlim digər dillərdə olan məktəblərdə Azərbaycan dili fənni üzrə 4.1.3. (75%), 4.1.2. (80%), 4.1.1. (95%) məzmun standartlarının mənimsənilməsi səviyyəsini öyrənmək məqsədilə 200 şagirdlə yazı işi aparılmışdır. Müəyyən edilmişdir ki, onlar hərfləri və sözləri, söz birləşmələri və cümlələri düzgün oxumaq, yeni öyrəndiyi  sözlərin mənasını lüğət vasitəsilə tapmaq, yeni öyrəndiyi sözlərlə kiçik cümlələr qurmaq bacarıqlarına yiyələnmişlər. Eyni zamanda öz yazılarında xüsusi səliqəlilik və məsuliyyət nümayiş etdirmişlər.

15. Dərslərdə İKT vasitələrindən, bəzi məktəblərdə elektron vasitələrdən istifadə olunmamasının təlim keyfiyyətinə ciddi şəkildə təsir göstərdiyi müşahidə edilmişdir. Müasir texnologiyalardan istifadə olunduğu interaktivlik şəraitində təlim marağının yüksəldiyi diqqəti cəlb etmişdir.

16. Araşdırmalar onu da göstərmişdir ki, müəllimlərin dərslərdə məzmun standartlarına uyğun  təlim məqsədini seçməsi,  məqsədin reallaşmasına xidmət edən fəal təlim üsullarından, müxtəlif  təlim fəaliyyətləri, rəngarəng resurslardan istifadə etməsi onların peşəkarlığının artmasını göstərən əlamət kimi çıxış edir və təlimin keyfiyyətinin yüksəlməsində həlledici rol oynayır. Bu baxımdan işini düzgün quran müəllimlər təlim prosesində yüksək nailiyyətlər əldə edə bilirlər. 

17. Araşdırmalar zamanı dərslərdə şagirdlərin açıq tipli suallara cavab verməkdə, fikirlərini izah etməkdə çətinlik çəkməsi, deklarativ xarakterli suallara cavab verməyə meyilli olması müşahidə edilmişdir. Məlum olmuşdur ki, bəzi müəllimlər interaktiv təlim forma və üsullarından gündəlik dərslərdə deyil, sadəcə "nümunəvi" dərslərdə istifadə edirlər. Belə yanaşma tərzi təhsilin yeni məzmununa uyğun olmadığından təlim prosesinə mənfi təsir göstərir və şagirdlərin öyrənmə marağının aşağı düşməsi ilə nəticələnir.

18. Müşahidələr, müəllimlərlə aparılan fərdi söhbətlər zamanı müəyyən edilmişdir ki, onlar dərsə hazırlaşarkən  müəllim üçün metodik vəsaitdəki nümunəvi dərs planlarına üstünlük verir, dərslərini ona uyğun qurmağa çalışır, dərsin planlaşdırılmasına  yaradıcı yanaşmırlar. 

19. Tədqiqat zamanı müəyyən edilmişdir ki, müəllimlər formativ qiymətləndirməyə dair qeydlərin aparılma metodikasını aydın təsəvvür etmədiklərindən qiymətləndirmə zamanı çətinlik çəkirlər. Bu onların həmin sahədə peşəkarlığının və formativ qiymətləndirmə ilə bağlı tövsiyələrin kifayət qədər olmamasından irəli gəlir.

20. Valideynlərlə aparılan sorğuların nəticələrinin təhlili göstərir ki, onların əksəriyyəti tətbiq olunan yeni fənn kurikulumlarından razı qaldıqlarını bildirir, fikirlərini müasir tələblərə müvafiq keçilən dərslərin təlimin keyfiyyətində dönüş yaratması, uşaqların fəallaşması, təlimə maraqlarının artması ilə izah edirlər. Bəzi valideynlər isə kurikulum islahatı, xüsusilə yeni qiymətləndirmə mexanizmi haqqında az məlumata malik olduqlarından onu qiymətləndirməkdə çətinlik çəkirlər. Bu isə valideynlərlə ardıcıl və sistemli şəkildə maarifləndirmə işlərinin aparılmasını tələb edir.    

21. Xarici dili, informatikanı və təlim digər dillərdə aparılan məktəblərdə Azərbaycan dili fənnini tədris edən müəllimlər yeni fənn kurikulumları ilə əlaqədar təşkil olunmuş təlim kurslarına cəlb olunmadıqlarından standartın seçilməsində, təlim məqsədinin müəyyənləşdirilməsində, qiymətləndirmənin aparılmasında çətinliklə üzləşirlər. 

22. İşçi qruplarının iclaslarında ibtidai siniflər üçün dərslik komplektləri təhlil edilmiş, eyni zamanda "dəyirmi masa"larda, müəllimlərlə fərdi görüşlərdə dərslik komplektlərinə münasibətlər öyrənilmişdir. Deyilən fikirlər ümumiləşdirilmiş və aşağıdakı nəticələr əldə edilmişdir:

a) II siniflər üçün hazırlanmış "Azərbaycan dili" dərslik komplektinin təhlili göstərir ki, məzmun standartında tələb olunmadığı halda dərslikdə həddindən çox qrammatik qayda (34 qrammatik qayda), təlim materialı verilmişdir. Məsələn, II sinif "Ana dili" fənn kurikulumunda "Bədii mətnləri janrlara görə (şeir, hekayə, təmsil, nağıl) fərqləndirir" (standart 2.2.2.) dörd janr nəzərdə tutulduğu halda dərslik müəllifləri digər janrları da (tapmacalar, sanamalar, oyunlar, atalar sözləri, laylalar, bayatılar və yanıltmaclar) dərsliyə daxil etmişlər.

b) II siniflər üçün tərtib olunmuş "Riyaziyyat" dərsliyinə şagirdlərin yaş səviyyəsinə uyğun olmayan, çətinliklə başa düşdükləri mövzular salınmışdır. Məsələn, Venn diaqramı, simmetriya, kub, düzbucaqlı prizma, konus, silindr həndəsi fiqurları.

c) II siniflər üçün tərtib olunmuş "Riyaziyyat" dərsliyində verilmiş tapşırıqlar iş dəftəri ilə uyğun gəlmir. Məsələn, dərslikdə bölmə üzrə verilən "vurma vərdişləri" verildiyi halda, iş dəftərində bölməyə aid tapşırıqlar verilmişdir.

ç) "Azərbaycan dili" və "Riyaziyyat" dərsliklərində standartların reallaşması ilə bağlı çoxlu tapşırıqlar verildiyi halda, iş dəftərində də yenidən əlavə tapşırıqlar verilir. Bu, dərslik komplektinin yüklü olmasına gətirib çıxarır. Dərsliklərin və iş dəftərlərinin tapşırıqlarla yüklü olması dərs prosesində çətinlik törədir.

d) II siniflər üçün yeni fənn kurikulumu əsasında yazılmış "Həyat bilgisi"  dərslik komplektinin təhlili göstərir ki, fənn kurikulumunda reallaşdırılması nəzərdə tutulan məzmun standartları dərslikdə verilmiş təlim materiallarında, əsasən, öz əksini tapmışdır. Mətnlərin həcmi, məzmunla bağlı çəkilmiş illüstrasiyalar şagirdlərin yaş səviyyəsinə uyğundur. Amma şagirdlər üçün iş dəftərində, eləcə də müəllim üçün metodik vəsaitdə verilmiş dərs nümunələrindəki tapşırıqların əksəriyyəti yaradıcı və tənqidi təfəkkürün inkişaf etdirilməsinə deyil, hafizənin, yaddaşın formalaşmasına xidmət edir.

e) ümumtəhsil məktəblərinin III sinfinə dair fiziki tərbiyə fənni üzrə müəllim üçün vəsait çap edilmişdir. Müsahibələr və sorğular zamanı bu fənn üzrə dərsliyə ehtiyac duyulduğu qeyd edilmişdir.

ə) musiqi fənnindən dərslik, eləcə də müəllim üçün vəsaitdə verilmiş mahnıların CD forması olmadığından müəllimlər həmin fənni tədris etməkdə çətinlik çəkirlər. Mahnıların CD variantının müəllimlərə çatdırılması təklif edilir.

23. V-XI siniflərdə tədris olunan fənlərin yeni kurikulum modellərinin hazırlanmasında nəticəyönümlülük və şagirdyönümlülük əsas prinsiplər kimi diqqət mərkəzində saxlanılmışdır. Bu prinsiplər ümumtəhsilin səviyyələrinə aid ümumi nəticələrdə və hər sinif üçün məzmun xətlərinə uyğun müəyyən edilmiş konkret nəticələrdə ifadə edilmişdir. Nəticələrin əvvəlcədən müəyyən olunması onlara aid fəaliyyətlərin inkişafını izləməyə və istiqamətləndirməyə, bu fəaliyyətləri ardıcıl qiymətləndirməyə imkan yaradır.

24. Yeni kurikulumlarda təlimin məzmununun inteqrativ şəkildə hazırlanmasına xüsusi diqqət yetirilmişdir. Bilik və bacarıqları özündə ehtiva edən məzmun standartlarının inteqrasiyası əsasən üç istiqamətdə ifadə edilmişdir:

- təhsil səviyyələri üzrə təlim nəticələrinin fəndaxili inteqrasiyası;

- standartların  siniflərarası və sinifdaxili inteqrasiyası;

- fənlər arasında əlaqə yaradan standartların inteqrasiyası (fənlərarası inteqrasiya).

Fənlərin məzmunun müəyyənləşdirilməsində inteqrativ yanaşma anlayışlarının, faktların və hadisələrin  hərtərəfli, bütöv halda dərk olunmasını təmin etmək və insanın (şagirdin) idraki inkişafını dolğun şəkildə inkişaf etdirmək baxımından əhəmiyyətli hesab edilir.

25. Fənlər üzrə standartlarda bilik, bacarıq və vərdişlərin müəyyən edilməsi və reallaşdırılması  iki istiqamətdə diqqət mərkəzində saxlanılmışdır: 1) təlim prosesində mənimsənilmiş bilik, bacarıq və vərdişlərə davamlı müraciət olunması; 2) qazanılmış bilik və bacarıqlardan praktik  fəaliyyətdə istifadə edilməsi. Məktəb təcrübəsinin (yeni kurikulumların tətbiq olunduğu ibtidai siniflərdə) öyrənilməsi göstərir ki, yalnız bu şərtlər daxilində nəzəri biliklər, praktik bacarıqlar və əməli fəaliyyətlərin vəhdəti təmin edilmiş olur və öyrənilən tədris materialı daha uzun müddətə yadda qalır.

26. Fənnin məzmununun mənimsədilməsində və təhsil alanın bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsində təlim strategiyalarının böyük rolu vardır. Müasir dövrdə təlim prosesinin şagirdlərdə müstəqil olaraq bilik və bacarıqlar əldə etmək, ətraf aləmdə baş verən hadisələri təhlil edərək nəticələr çıxarmaq, ümumiləşdirmək və qiymətləndirmək, onlara tənqidi yanaşaraq düzgün qərarlar qəbul etmək kimi qabiliyyətlərin inkişaf etdirməsinə üstünlük verilir. Ona görə də bu cəhətlər nəzərə alınmış, fənn kurikulumlarında yeni iş formaları və üsullarını əhatə edən strategiyalar hazırlanmışdır.

27. 2009-2010-cu dərs ilinin I yarımilində fənlər üzrə məzmun standartlarının mətbuatda çap olunmuş layihə variantının 38 rayonda müzakirəsi kecirilmiş, onların nəticələri rəy və təkliflər şəklində Kurikulum Mərkəzinə göndərilmişdir. Həmin rəy və təkliflərin təhlili və ümumiləşdirilməsi zamanı aşağıdakı nəticələrə gəlinmişdir:

- 2009-cu ilin dekabrından 2010-cu ilin may ayınadək "Azərbaycan müəllimi" qəzetində 7 fənn ("Ana dili", "Azərbaycan dili" dövlət dili kimi, "Xarici dil", "İnformatika", "Biologiya", "Fiziki tərbiyə", "Texnologiya") kurikulumu (giriş və məzmun hissəsi) layihəsinin nəşr olunmasına baxmayaraq, respublikanın şəhər təhsil şöbələri (o cümlədən Bakı, Gəncə, Sumqayıt) həmin layihələri müzakirə edərək onlara münasibət bildirməmişlər:

- rayonlardan göndərilən rəy və təklifləri bir neçə qrupa bölmək olar: a) layihələri qənaətbəxş hesab edənlər (20-25 RTŞ) - onlar kurikulumların müasir dövrün, yeni cəmiyyətin tələblərinə uyğun olduğunu qeyd  edirlər; b) məzmun standartlarına məqsədəuyğun əlavələr təklif edənlər (10-12 RTŞ) - bu rayonlarda müəllimlər alt-standartların kifayət qədər olmadığı qənaətindədirlər, bunu aradan qaldırmaq üçün onlar ayrı-ayrı məzmun xətləri üzrə müəyyənləşdirilmiş əsas standartların daha əhatəli olması üçün öz təkliflərini vermişlər; c) başqa bir qrup müəllimlər məzmun standartlarının praktikada tətbiqini reallaşdırmaq üçün çox məktəblərdə tələb olunan ən vacib əyani vəsaitlərin, təlim resurslarının olmadığını yazır və bu barədə öz təkliflərini verirlər.

28. Fənn müəllimləri, məktəb rəhbərləri və valideynlərlə görüşlər, söhbətlər və aparılan anket sorğularının təhlili göstərir ki, kurikulumların mahiyyəti və məzmunu pedaqoji işçilərin xeyli hissəsi (xüsusilə də rəhbər təhsil işçiləri və məktəb rəhbərləri) və valideynlər tərəfindən hələ də kifayət qədər dərk edilməyib. Bunun aradan qaldırılması üçün yerlərdə geniş ictimaiyyətin maarifləndirilməsi üzrə işlər davam etdirilməli və genişləndirilməlidir.

29. Hazırlanmış kurikulumları inkişaf etdirmək, onları ehtiyaca uyğun  səviyyəyə çatdırmaq məqsədi ilə təhsilin yeni məzmununa, təlim strategiyalarına,  qiymətləndirmə sisteminə aid nəzəri-konseptual xarakterli araşdırmaların  aparılmasına  ehtiyac vardır.

30. Kurikulumun uğurlu həyata keçirilməsi  üçün maarifləndirmə işlərinə ciddi ehtiyac vardır. Bu ehtiyac nəzərə alınmaqla xüsusi fəaliyyət planına əsasən zonalar üzrə müxtəlif formalı tədbirlərdən istifadə olunmalı, sistemli maarifləndirmə işləri aparılmalı, müvafiq resursların, metodik işləmələrin, istiqamətverici vəsaitlərin hazırlanması məqsədəmüvafiq hesab edilir. 

Ənvər ABBASOV,
TPİ-nin direktor müavini,
Kurikulum Mərkəzinin direktoru

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov