Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

1 Aprel 2011 - 12

 

"Biz yaşıl həyat arzulayırıq"

 

Ekoloji tərbiyənin əsasını təbiətə sevgi, onun mühafizəsi işi təşkil edir. Bu gün kiçik yaşlarından uşaqları təbiətə qayğı ilə yanaşmaq ruhunda tərbiyə etmək, ekoloji şüuru və mədəniyyəti formalaşdırmaq olduqca zəruridir.  Paytaxtımızın Nərimanov rayonundakı nümunəvi tərbiyə-təlim  xidməti göstərən məktəbəqədər təhsil müəssisələrindən biri sayılan 183 nömrəli körpələr evi-uşaq bağçasında elə bu günlərdə  keçirilən  tədbir də uşaqların təbiətə olan sevgisinin, onlarla aparılan ekoloji tərbiyə işlərinin necə öz uğurlu həllini tapdığını bir daha göstərdi.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Ekologiya İdarəsinin dəstəyi və adıçəkilən məktəbəqədər təhsil müəssisəsinin nəzdində fəaliyyət göstərən "Valideyn-tərbiyəçilərin təhsilə yardımı" İctimai Birliyinin  xətti ilə "Biz yaşıl həyat arzulayırıq" adlı tədbirdə öncə qonaqlar ekologiya mövzusuna dair balaca fidanların əl işlərindən ibarət sərgi ilə tanış oldular. Sonra bağçanın geniş, yüksək tərtibatı ilə gözoxşayan, bahar ətri  duyulan zalında "Ekologiya - mənim evim" mövzusunda məşğələnin təqdimatı oldu. "Valideyn-tərbiyəçilərin təhsilə yardımı" İctimai Birliyinin  prezidenti Gülnar Rəhimovanın təbiət, ekologiya, ətraf mühitin qorunması, dünyada qlobal problemlərdən biri olan ekoloji tarazlığın pozulması və digər məsələlərlə bağlı məlumatları, həmçinin onun çıxışının informasiya yönümlü slaydlar üzərində qurulması və ekranda göruntülərin əks olunması hamının böyük marağına səbəb oldu. Balacaların ekologiya, təbiətin qorunması mövzusunda hazırladıqları bir-birindən maraqlı  şeir və musiqi nömrələri onların valideynləri və qonaqlar tərəfindən alqışlarla qarşılandı. Uşaqlara "Ekologiya - bizim evimizdir", "Torpağa məhəbbət, insana qüvvət", "Ekologiya adlanan evimizdə kimlər və daha nələr yaşanır" mövzularında videoçarx və sənədli film nümayiş etdirildi. Rəngarəng milli və  nağıl qəhrəmanlarının  geyimlərində olan balacalar təbiətin qorunması, ekologiyanın və ətraf mühitin mühafizəsi işində "Biz birlikdə güclüyük" devizi altında simvolik olaraq  birləşdilər. Mövzu ilə bağlı müxtəlif hadisələrin səhnələşdirilməsi və həmin səhnəciklərin öhdəsindən uşaqların məharətlə gəlmələri, hazırlanmış xüsusi musiqili kompozisiyalar isə hamıda xoş təəssürat oyatdı. Hamının rəğbətini qazanan balacalara ARDNŞ-ın Ekologiya İdarəsinin hədiyyələri təqdim olundu.

Tədbirdə iştirak edən qonaqlar - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Ekologiya İdarəsinin şöbə rəisi Füzuli Hacıyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  Məktəbəqədər təhsil sektorunun müdiri Leyla İmanova, Estetik Tərbiyə üzrə Respublika Tədris Metodik Mərkəzin direktoru Nazim Məmmədbəyov tərbiyəçilərin, uşaqların və onların valideynlərinin birgə işinin nəticəsi olan bu tədbiri yüksək səviyyədə və eyni zamanda belə bir maraqlı tərtibatla təşkil etdiklərinə görə 183 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Sədaqət Qurbanovaya və onun rəhbərlik etdiyi kollektivə minnətdarlıq etdilər.

Məktəbəqədər təhsil müəssisəsinin müdiri Sədaqət Qurbanova bağçada bir sıra layihələrin  uğurla həyata keçirildiyini və bu işlərdə hər zaman valideynlərin yaxından iştirak etdiyini söylədi. Onu da qeyd etdi ki, bugünkü tədbir  uşaqlarda ətraf mühiti qorumaq hissinin formalaşdırılmasında, onların artıq kiçik yaşlarından dünyanın qlobal problemlərindən biri olan ekologiyanın çirklənməsinə diqqətlərinin yönəldilməsinə, nəticə etibarı ilə isə balacalarda ekoloji tərbiyənin yaranması və inkişafına öz müsbət təsirini göstərəcəkdir. Sədaqət Qurbanova tədbirin keçirilməsində əməyi olan, onları dəstəkləyən hər bir kəsə öz təşəkkürünü bildirdi.

Tədbir sonra uşaqların valideynləri ilə birgə həmin bağçanın həyətyanı sahəsində ARDNŞ-ın Ekologiya İdarəsi  tərəfindən onlara verilən 30-dan artıq ağacın əkilməsi ilə davam etdi. Hər bir ağacın üzərində həmin ağacın əkilməsində iştirak edən uşağın adı və soyadı qeyd olunan xüsusi vərəqlər bərkidildi.  

Samirə KƏRİMOVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov