Aprel
ayı Lənkəran Dövlət Universitetində abadlıq və
yaşıllaşdırma aylığı elan edilmişdir. Bununla
əlaqədar hər həftənin şənbə və bazar günləri
iməciliklər keçirmək nəzərdə tutulur. İlk
iməcilikdə 300 nəfərədək tələbə və magistrant
iştirak etmişdir.
Universitetin inzibati binasında, tədris
korpuslarında təmizlik və abadlıq işləri
görülmüş, həyətyanı sahələrdə yaşıllıqlara
qulluq göstərilmişdir. Ağacların dibləri
yumşaldılmış, ağartma işləri aparılmışdır. 1
nömrəli tədris korpusunun, magistratura şöbəsi
inzibati binasının həyətlərində 500-dən çox
müxtəlif növ ağac və gül kolu əkilmişdir.
Hacı Etibar ƏHƏDOV,
LDU-nun Mətbuat və informasiya xidmətinin
rəhbəri |