Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

1 Aprel 2011 - 12

 

 Dünya təhsili

IELTS proqramı haqqında nə bilirik?

 

IELTS (International English Language Testing System - Beynəlxalq İngilis Dilini Yoxlama Sistemi) proqramı ingilis dilinin istifadə olunduğu ölkələrdə təhsil almaq və işləmək istəyən namizədlərin ingilis dili biliyini 4 meyar üzrə qiymətləndirmək üçün müəyyənləşdirilmiş imtahandır.

IELTS imtahanında iştirakçılar 9 ballıq sistemlə qiymətləndirilir. Dünyanın 500 test mərkəzində həyata keçirilən imtahanların keyfiyyətinə nəzarət ən yüksək səviyyədə təşkil edilir.

IELTS imtahanı 2 formada həyata keçirilir:

* Akademik - bakalavriat, yaxud magistratura pilləsində ingilis dilində bilik qabiliyyətinin yoxlanılması üçün;

* Ümumi təlim - bakalavriat pilləsindən aşağı səviyyədə öyrənmək, yaxud  işləmək məqsədi ilə ingilisdilli ölkələrə getmək üçün. Bu formaya daha  çox İngiltərə, Kanada, Avstraliya və Yeni Zelandiya kimi ölkələrdəki təşkilatlara müraciət olunduğu zaman üstünlük verilir.

IELTS "British Council", Başqa Dildə Danışanlar üçün İngilis Kembric Univeristeti (ESOL) və Avstraliya Universitetlərinin Beynəlxalq İnkişaf Proqramı Təşkilatı (IDP) kimi 3 böyük qurum tərəfindən yaradılmış dil imtahan proqramıdır. İmtahanın effektivliyi 1989-cu ildən daha da artmağa başlayıb.

"British Council" - təhsil sahəsində Böyük Britaniyanın imkanlarını dünyanın digər ölkələrində yaşayan insanlarla bölüşür. İngiltərə ilə digər ölkələr arasında uzunmüddətli təhsil əlaqələrinin qurulmasına şərait yaradan "British Council" dünyanın 109 ölkəsində fəaliyyət göstərən beynəlxalq təşkilatdır.

IDP IELTS -  Avstraliya beynəlxalq tələbə mərkəzlərini təklif edən, ingilis dili təlimləri, test xidmətləri və hökumət adından beynəlxalq yardım layihələrini idarə edən dünyanın aparıcı beynəlxalq təşkilatlarından biridir. IDP 1969-cu ildə Avstraliya universitetləri tərəfindən yaradılıb və Avstraliya ali təhsil müəssisələrinə daha çox xarici tələbənin yerləşdirilməsinə xidmət edir. IDP "IELTS Avstraliya" vasitəsilə 30-dan çox ölkədə IELTS test mərkəzləri şəbəkəsini idarə edir.

Kembric Universiteti (ESOL) dünyada ingilis dilini öyrənənlər üçün imtahanlar təşkil edən aparıcı təşkilatdır. Bu təşkilat hər il 135 ölkədə 1,4 milyon insan üçün imtahan keçirir.

IELTS imtahanları Bakıda da təşkil olunur. Bu imtahanda iştirak etmək üçün "British Council"in ofisinə müraciət etmək lazımdır. IELTS proqramının rəsmi İnternet ünvanı  www.ielts.org saytıdır.

IELTS-in nəticələri Avstraliya, Kanada, Yeni Zelandiya, Türkiyə, İngiltərə və Amerika Birləşmiş Ştatları kimi ölkələrdəki şirkətlər və universitetlər tərəfindən qəbul edilir. Azərbaycanda da bu imtahanın nəticəsi getdikcə daha çox tanınmağa başlayır. Artıq özəl qurumlarla yanaşı, dövlət müəssisələri də IELTS imtahanının nəticələrini tanıyırlar.

IELTS imtahanını dünyanın 6000-dən,  ABŞ-ın isə 1400-dən çox universiteti və dövlət qurumları qəbul edir. İmtahanda iştirak edənlərə özlərini yenidən sınamaq imkanı verilir. IELTS dünya üzrə dil səviyyəsinin müəyyənləşdirilməsində ən yüksək beynəlxalq nüfuza malikdir.

IELTS imtahanında tam şəffaflığın təmin edilməsi məqsədilə müvafiq araşdırmalara da imkan verilir. IELTS Avstraliya və "British Council" tərəfindən maliyyələşdirilən IELTS Birgə Araşdırma Proqramı əhatəli və rabitəli qaydada imtahanın ümumi təhlilini və obyektivliyinin təmin olunmasını həyata keçirir. 

İmtahanın formatı 

IELTS imtahanı dinləmək (listening), oxumaq (reading), yazmaq (writing), danışmaq (speaking) bölmələrindən ibarətdir.

Danışmaq bölməsini çıxmaq şərti ilə ümumi imtahan vaxtı 2 saat 45 dəqiqədir. Belə ki, bu bölmə digərlərindən fərqli olaraq əvvəlcədən təyin olunmuş başqa tarixdə keçirilir. İngilis dilində danışmaq qabiliyyəti test proqramına uyğun olaraq canlı söhbətlə müəyyənləşdirilir. 

İmtahan üçün qeydiyyat 

IELTS imtahanında iştirak üçün qeydiyyatdan keçmək çox vacibdir. Öncə imtahanda iştirak etmək arzusunda olanlar yaxınlıqdakı test mərkəzinə gedib uyğun olan tarixləri nəzərdən keçirirlər. Daha sonra isə imtahan (Akademik, yaxud Ümumi təlim) yeri müəyyənləşdirilir. IELTS-in ərizə formasını test mərkəzindən alıb doldurmaq mümkündür. Eləcə də namizədlər test mərkəzinin elektron ünvanına daxil olaraq onlayn formada qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat üçün maksimum 6 ay əvvəl çəkilmiş şəkillərin arxası imzalanmaqla təqdim edilməlidir. Şəkillərlə yanaşı şəxsiyyət vəsiqəsinin və yaxud kimlik kartının surətini də göndərmək lazımdır.

Qeyd etdiyimiz kimi, IELTS imtahanının "danışmaq" bölməsi digərlərindən fərqli vaxtda icra edilir. Odur ki, "danışmaq" imtahanının tarixini imtahan günündən 7 gün əvvələ, yaxud da sonraya müəyyənləşdirmək daha yaxşı olardı.

Akademik və Ümumi təlim imtahan formalarının hər ikisi üçün ödəniş məbləği eynidir. Ödəməni birbaşa test mərkəzində də aparmaq mümkündür. Onlayn qeydiyyat zamanı isə ödənişin digər formalarından da yararlanmaq olar. 

İmtahan günləri 

IELTS imtahanının verilməsi üçün il ərzində keyfiyyət və təhlükəsizlik baxımından ən yüksək səviyyədə təmin edilən 48 gün müəyyənləşdirilir. Bir il üçün nəzərdə tutulmuş günlər əvvəlcədən cədvəl formasında hazırlanır və saytda yerləşdirilir. Lakin hər hansı bir səbəbdən imtahan həmin gün keçirilməzsə, bu barədə məlumat dərhal iştirakçıların nəzərinə çatdırılır. Onu da qeyd edək ki, bu cədvəl IELTS imtahanı təşkil edilən bütün ölkələr üçün nəzərdə tutulur.

Akademik məzmunda imtahan günləri "A" hərfi ilə (48 gün), Ümumi təlim məzmununda imtahan günləri isə "Ü" hərfi ilə (24 gün) işarələnib. Məlumat üçün qeyd edək ki, Avstraliyada Ümumi təlim məzmununda imtahan verənlər üçün 27 yanvar, 26 fevral, 20 avqust, 29 oktyabr və 26 noyabr tarixləri əlavə olaraq müəyyənləşdirilib və bu cədvəldə qeyd olunmayıb.

2011-ci ildə keçiriləcək IELTS imtahanının günləri (A-Akademik, Ü-Ümumi təlim)

 
Yanvar 8 (A) 15 (A) (Ü) 22 (A) (Ü) 27 (A)
Fevral 12 (A) (Ü) 17 (A) (Ü) 19 (A) 26 (A)
Mart 5 (A) (Ü) 10 (A) 12 (A) 19 (A) (Ü)
Aprel 2 (A) (Ü) 16 (A) (Ü) 28  (A) 30 (A)
May 7 (A) (Ü) 14 (A) 19 (A) (Ü) 28 (A)
İyun 4 (A) 11 (A) (Ü) 23 (A) 25 (A) (Ü)
İyul 9 (A) (Ü) 16  (A) 28 (A) 30 (A)
Avqsut 13 (A) (Ü) 16 (A) 25 (A) (Ü) 27 (A)
Sentyabr 3 (A) (Ü) 15 (A) 17 (A) 24 (A) (Ü)
Oktyabr 8 (A) (Ü) 20 (A) 22 (A) (Ü) 29 (A)
Noyabr 5 (A) (Ü) 17 (A) (Ü) 19 (A) 26 (A)
Dekabr 1 (A) (Ü) 3 (A) (Ü) 10 (A) (Ü) 17 (A)
 

İmtahanın nəticələri 

İmtahandan təxminən 13 gün sonra IELTS testinin nəticəsi poçt vasitəsi ilə ünvanınıza göndərilir. Cavab kartında 4 bölmə üzrə ayrı-ayrılıqda 0-9 ballıq qiymətləndirmə və yekun bal əks olunur.

IELTS imtahanının nəticələri iki il müddətində etibarlı sayılır. İki ildən əvvəl əldə olunmuş imtahan nəticələri, ancaq namizədin ingilis dili təcrübəsini aktiv şəkildə artırdığına sübutlar gətirdiyi halda qəbul oluna bilər. 

Mükafatlar və qrant 

Karolin Klafam IELTS Magistratura mükafatı ildə bir dəfə dil imtahanının inkişafı sahəsində verdiyi töhfəyə görə ingilis dilində ən yaxşı dissertasiya işi və tezislər nominasiyaları üzrə təqdim edilir.

Onu da qeyd edək ki, "British Council", Kembric Universiteti (ESOL) və Avstraliya Universitetlərinin Beynəlxalq İnkişaf Proqramı (IDP) IELTS imtahanlarının təkmilləşdirilməsi ilə bağlı tədqiqat layihələrində iştirak edən tələbələrə, eləcə də xarici tədqiqatçılara müvafiq materiallar, test bazası və maddi baxımdan dəstək olurlar.

Ceyran EYVAZZADƏ,
Təhsil Nazirliyinin İctimaiyyətlə
əlaqə şöbəsinin məsləhətçisi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov