Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

1 Aprel 2011 - 12

 

"Mən fransız dilində danışıram" mövzusunda müsabiqə başa çatıb

 

Martın 29-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Kainat" Gənclik Mərkəzinin təşkilatçılığı, "Total Azerbaijan B.V." şirkətinin dəstəyi və Fransanın ölkəmizdəki səfirliyinin iştirakı ilə respublika məktəblilərinin "Mən fransız dilində danışıram" mövzusunda ənənəvi müsabiqəsinin final mərhələsi keçirilib.

Məlumat üçün deyək ki, müsabiqənin ilkin turu martın 5-də olmuş, həmin turun nəticələrinə əsasən iki yaş qrupu üzrə (10-13 və 14-16) 33 şagird finala vəsiqə qazanmışdır.

Müsabiqənin təşkilatçıları tərəfindən müxtəlif nominasiyalar üzrə mükafatlar təsis edilmişdir. Artıq davamlı olaraq 9 ildir ki, keçirilən müsabiqənin münsiflər heyətinin tərkibinə təcrübəli pedaqoqlarla yanaşı, "Total Azerbaijan B.V." şirkətinin mütəxəssisləri də daxil edilmişlər.

Final turunda hər şagirdə 5 sual təqdim olunmuş və onlara bu tapşırıqları cavablandırmaqdan ötrü 20 dəqiqə vaxt verilmişdir.

Tapşırıqların icrası başa çatandan sonra münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdirilmiş və onlara mükafatlar təqdim olunmuşdur. Müsabiqənin "Qran-pri" mükafatını 160 nömrəli məktəbin şagirdi Fatimə Fətəliyeva qazanmışdır. 10-13 yaş qrupu üzrə Bakı Oksford Məktəbinin şagirdləri İranə Hacıyeva I, Selin Çıraqzadə II, Nəzrin Eyyubova III yerləri tutmuşlar.

14-16 yaş qrupuna daxil olan şagirdlərin müsabiqəsində isə həmin məktəbin şagirdləri Ayaz Hacıyev I, Nərmin İslami II, Orxan Cahangirli III yerlərə layiq görülmüşlər. Müsabiqənin şərtlərinə uyğun olaraq daha 5 şagird həvəsləndirici mükafat almışdır.

Y.ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov