Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

1 Aprel 2011 - 12

 

Direktor yeni məktəblərində uğurların daha çox olacağına əmindir

 

İmişli rayonundakı Nurlu kənd tam orta məktəbinin direktoru Bəşir Məmmədovla ötən il tikilib istifadəyə verilmiş yeni məktəbdə görüşdüm. Salam-kəlamdan sonra soruşdum ki, Bəşir müəllim, şagirdlərin təlim-tərbiyəsnə ömür həsr etmək sizin yeganə arzunuz olub, yoxsa hansısa istəyinizi reallaşdırmaq mümkün olmadığından bu sahəyə gəlmisiniz?

Xarakterinə məxsus mehribanlıqla gülümsündü və bir an da olsa düşünmədən sözə başladı:

- Mən müəllimliyi özüm seçmişəm. Və bu gün də öz seçimimdən çox razıyam. Bir vaxtlar özüm də elə bu təhsil müəssisəsində - İmişli rayonunun A.Bayramov adına Nurlu kənd orta məktəbində oxumuşam. 1991-ci ildə orta təhsil müəssisəsini bitirib sənədlərimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika fakültəsinə verəndə əmin idim ki, mütləq tələbə adını qazana biləcəyəm. İnamım özünü doğrultdu. Atam Cavad müəllim 30 ildən çoxdur ki, gənc nəslin təlim-tərbiyəsi ilə məşğuldur. Belə demək mümkünsə, mən ata yolunu davam etdirirəm.

1995-ci ildə ali təhsilini başa vuran Bəşir Məmmədova fərqlənmə diplomu verildi. O, ilk əmək fəaliyyətinə Respublika Olimpiya İdman liseyində başladı. Dərin biliyi, əməksevərliyi, təşəbbüskarlığı ilə diqqəti cəlb etdi. Və günlərin bir günü doğma rayon onu özünə çəkdi. Müəllimlik fəaliyyətini məzunu  olduğu Nurlu kənd orta məktəbində davam etdirməyə başladı. Bir neçə il müəllimlik etdikdən sonra rayon təhsil şöbəsinin rəhbərliyi onu məktəb direktorluğuna irəli çəkdi. Artıq 3 ildir ki, bu vəzifədə çalışmaqdadır.

Onun rəhbərlik etdiyi Nurlu kənd məktəbinin son illərdəki uğurları, bu uğurlar haqqında eşidən hər kəsdə məmnunluq hissi yaradır. Təhsilin müasir forma və texnologiyalarına ciddi önəm verən pedaqoji kollektivin üzvləri ildən-ilə öz nəticələrini yaxşılaşdırırlar. Hər il məktəbin məzunlarının təxminən yarısı qəbul imtahanlarında yüksək bal toplayaraq respublikanın ən nüfuzlu ali məktəblərinə daxil olurlar.

Məktəbdə hazırda 107 şagird təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 17 müəllim məşğul olur. Kollektivdə yaradılmış sağlam ab-hava, ciddi nizam-intizam diqqət çəkir. Şübhəsiz ki, əldə edilmiş nailiyyətlər daha yüksək olardı. Ancaq məktəbin maddi-texniki bazası çox zəif və primitiv idi. Sevindirici haldır ki, istər kənd camaatını, istərsə də şagird və müəllimləri narahat edən bu problem artıq öz həllini tapıb. Bu barədə məktəbin direktoru Bəşir Məmmədov belə deyir:

- Ölkəmizdə gedən quruculuq və abadlıq işləri xoş təəssürat doğurur. Məktəb tikintisi ölkə Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın daim diqqət mərkəzindədir. Dövlətimizin, habelə Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdikləri möhtəşəm işlər hər birimizin ürəyincədir. Çox şükürlər ki, bu işlərdən bizə də pay düşüb. Ötən il kəndimizdə yeni məktəb binası tikilərək istifadəyə verilib. Dövlət vəsaiti hesabına inşa olunmuş 180 şagird yerlik məktəbimizin geniş idman, akt zalları, qazanxanası var. Şübhəsiz ki, bu hədiyyə bizi ürəkdən sevindirir. Buna görə bu işdə əməyi olanlara "çox sağ olun" deyirik. 

İsrafil QULİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov