Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

1 Aprel 2011 - �12

 

Pedaqoji təcrübənin başlanmasına həsr olunmuş konfrans

 

Naxçıvan Dövlət Universitetində 2010-2011-ci tədris ilinin II semestrində keçiriləcək pedaqoji təcrübənin başlanğıc   konfransı  oldu.

Konfransı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın həqiqi üzvü İsa Həbibbəyli istər pedaqoji, istərsə də istehsalat təcrübəsinin tələbələrin gələcək fəaliyyətlərinə, onlarda əsl pedaqoq və mütəxəssis vərdişlərinin formalaşması və inkişafına müsbət təsirindən  danışdı. Pedaqoji təcrübə dövründə tələbələrin və təcrübə rəhbərlərinin üzərinə düşən öhdəliklərlə, onların davamiyyəti, dərsin keçilməsi və sair məsələlərlə bağlı öz tövsiyələrini verən rektor, həm də orta ümumtəhsil məktəblərində keçirilən müxtəlif mədəni-kütləvi tədbirlərdə də fəal iştirakın zəruriliyini bildirdi, tələbələrə uğurlar dilədi.

Universitetin tədris işləri üzrə prorektoru, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Həşimli çıxış edərək sənədləşmənin aparılması qaydaları haqqında ətraflı məlumat verdi. Statistik göstəriciləri tədbir iştirakçılarının diqqətinə çatdıran natiq bu il universitetin 14 müxtəlif  xarakterli ixtisas üzrə təhsil alan 294  tələbəsinin aprelin 1-dən 28-dək Naxçıvan MR-in  ümumtəhsil məktəblərində pedaqoji təcrübə keçəcəyini bildirdi. Builki təcrübənin fərqli cəhəti isə ali məktəbin 3 kredit sistemli ixtisas  üzrə təhsil alan tələbələrinin pedaqoji təcrübəsinin  Boloniya prosesinə uyğun qaydada aparılacağı və onların təcrübə dövründəki fəaliyyətlərinin də  qeyd olunan sistem üzrə  qiymətləndiriləcəyindən  ibarətdir.

Naxçıvan MR Təhsil Nazirliyi Aparatının rəhbəri Rəşad Xudiyev bu il orta ümumtəhsil məktəblərində tətbiq olunmuş yeniliklər barəsində  məlumat verdi, təcrübəçi tələbələrə dərs prosesində daha çox yeni metodlara və informasiya texnologiyalarından istifadəyə üstünlük verməyi tövsiyə etdi, bu işdə tələbələrə uğurlar arzuladı. 

Nərmin CƏFƏROVA,
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov