Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

1 Aprel 2011 - �12

 

Gənc həmvətənimiz Rusiya elm şəhərində uğur qazanıb

 

AzərTAc xəbər verir ki, gənc həmvətənimiz, Moskva vilayətinin Çernoqolovka şəhərindəki 82 nömrəli məktəbin altıncı sinif şagirdi Cəfər Mirişli Rusiyanın bu elm şəhərində keçirilmiş tədqiqat-layihə işlərinin elmi-praktiki konfransının məktəb turunun qalibi və VI şəhər konfransının mükafatçısı olmuşdur. Konfransın münsiflər heyəti onun kriobiologiya sahəsinə aid "Bioloji obyektlərin donmanın zərərli təsirindən müdafiəsi" mövzusunda işini yüksək qiymətləndirmişdir.

Gənc tədqiqatçının elmi rəhbərləri Rusiya Elmlər Akademiyası Kimyəvi Fizika İnstitutunun laboratoriya müdiri, kimya elmləri namizədi Aleksey Terentyev və Cəfərin atası, həmin institutun aspiranturasının məzunu Mir Asəf Mirişlidir.

Rusiyanın elmi mərkəzlərindən biri sayılan Çernoqolovka şəhərində bir neçə tanınmış elmi-tədqiqat institutu yerləşir, həmin institutlarda məşhur alimlər işləyir. Məsələn, 2010-cu ildə fizika üzrə Nobel mükafatı laureatı olmuş Konstantin Novoselov Çernoqolovka şəhərindəndir. Bu baxımdan, Cəfərin elmi uğurları xüsusi əhəmiyyət kəsb edir.

Mayın 3-də Obninsk şəhərində tədqiqat və layihə işlərinin Ümumrusiya müsabiqəsi keçiriləcəkdir. Cəfər Mirişli şəhər müsabiqəsinin mükafatçısı kimi öz işini bu tura təqdim edəcəkdir.

Müsabiqənin təşkilatçıları Ümumrusiya "Kiçik Elmlər Akademiyası. Gələcəyin intellekti" ictimai təşkilatıdır. Mütəmadi olaraq müxtəlif səviyyəli - məktəb miqyasından başlamış Ümumrusiya səviyyəsinə qədər müsabiqələr keçirən bu təşkilat təhsil sisteminin yaxşılaşdırılmasına və elmdə ilk addımlarını atan istedadlı uşaqların öz potensialını üzə çıxarmaqda, intellektual inkişaf səylərini istiqamətləndirməkdə kömək edir. "Rusiyanın intellektual - yaradıcı potensialı" adlı milli təhsil proqramını həyata keçirən bu təşkilat Rusiyanın intellektual - yaradıcı təhsil sahəsində liderlərdən biridir.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov