Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

1 Aprel 2011 - �12

 

"Xalqın Mübariz oğlu"

 

Bu günlərdə Bakının Biləcəri qəsəbəsində yerləşən Rizvan Pirnəzərov adına  299 nömrəli məktəb-liseydə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsini yad etmək məqsədilə anım mərasimi keçirildi.

Tədbir iştirakçıları əvvəlcə məktəbdə yaradılan gənclərin çağırışaqədərki hazırlığı kabineti və Milli Qəhrəman Mübariz İbrahimova aid stendlə tanış oldular, şəklinin önünə tər qərənfillər düzdülər.

Akt zalında təşkil olunan tədbirə öncə Dövlət bayrağı  gətirildi. "Xalqın Mübariz oğlu" adlı tədbirdə məktəbin yuxarı sinif şagirdləri Azərbaycanın Dövlət himnini ifa etdilər. Torpaqlarımızın azadlığı uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Milli Qəhrəmanın həyat və döyüş yolundan bəhs edən videogörüntülər izlənildi.

Təhsil ocağının direktoru Solmaz Kazımova tədbiri açaraq vətənpərvərlik ruhunda olan tədbirin mahiyyəti barədə iştirakçılara məlumat verdi,  Milli Qəhrəman Mübariz İbrahimovun rəşadətindən söhbət açdı.  Bildirdi ki, vətənimiz olduqca hiyləgər, mənfur düşmənlə üz-üzədir. Ermənilər  torpaqlarımızın 20 faizdən çoxunu işğal ediblər. Xalqımıza, millətimizə  qarşı sonsuz sayda vəhşiliklər törədiblər.  Bu gün Azərbaycan xalqı sevinir ki, vətənimizin Mübariz kimi qeyrətli oğulları var. İnanırıq ki, belə qəhrəman oğullarımızın gücü sayəsində torpaqlarımız yağı düşməndən azad olunacaq, xalqımız sülh içində firavan yaşayacaqdır.

Gecənin aparıcıları döyüşdə igidlik göstərmiş xalqımızın fəxri Mübariz İbrahimovun qəhrəmanlığından  danışdılar. Bildirdilər ki, bu gün ürəklərdə yaşayan, adı dillər əzbəri olan,haqqında şeirlər, mahnılar yazılan, filmlər çəkilən Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsi hər bir azərbaycanlının yaddaşında əbədi yaşayacaqdır.

Məktəbin onuncu  və onbirinci sinif şagirdləri Milli Qəhrəman Mübariz İbrahimova aid səhnəcik nümayiş etdirdilər. Şagirdlər əsgər paltarında Milli Qəhrəmanın valideynlərinə yazdığı son məktubu oxudular.

Şagirdlərdən Sadiq, Gülnaz, Sevinc, Heydər, Fəxriyyə, İbrahim, Nəzrin  Milli Qəhrəmana həsr olunan şeirlərlə, mahnılarla onun ən yüksək zirvədə - qəhrəmanlıq zirvəsində olduğunu söylədilər.

Məktəbin VIII sinif şagirdi Atanur Nəbiyeva Mübariz İbrahimovun xatirəsinə bəstələdiyi "Vətənə qayıdış" mahnısını iştirakçılara təqdim etdi.

Çıxış edən qonaqlar da Mübarizin mübarizliyindən danışaraq onun misilsiz qəhrəmanlığının hər bir azərbaycanlı gəncə örnək olduğunu dedilər. Onlar belə tədbirlərin təhsil ocaqlarında keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirdilər, gecənin yüksək səviyyədə hazırlanmasından məmnun qaldıqlarını bildirdilər.

Tədbir Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş filmin nümayişi ilə başa çatdı.

Rəşad ZİYADOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov