Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

8 Aprel 2011 - 13

 

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Suraxanı rayonunun
Yeni Günəşli yaşayış massivində yenidən qurulmuş 2 nömrəli uşaq evi ilə tanış olub

 

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva aprelin 5-də Fondun təşəbbüsü ilə Suraxanı rayonunun Yeni Günəşli yaşayış massivində yenidən qurulmuş 2 nömrəli uşaq evi ilə tanış olmuşdur.

2000-ci ildən fəaliyyət göstərən uşaq evi Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində yenidən qurulmuşdur. Burada 3 yaşından 16 yaşınadək 126 nəfər yetim və valideyn himayəsindən məhrum uşaq təlim-tərbiyə alır.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun himayəsi altında olan bu uşaq müəssisəsini həmişə diqqət mərkəzində saxlamışdır. Fondun dəstəyi ilə burada təmir və abadlıq işləri aparılmış, müasir avadanlıqla, kompüterlərlə təmin olunmuşdur. Fondun uşaq evinə növbəti hədiyyəsi burada əsaslı yenidənqurma işlərinin aparılması olmuşdur. Əsas korpusda yerləşən uşaq evi, habelə məktəbəqədər uşaqlar üçün nəzərdə tutulan günərzi qayğı mərkəzi, kitabxana, akt salonu, yeməkxana, psixoloq, loqoped, stomatoloq kabinetləri yüksək səviyyədə təmir olunmuş, həyətdəki əyləncə və idman meydançaları təzələnmişdir. Heydər Əliyev Fondu tərəfindən uşaq evinə kompüterlər, plazma televizorları, kondisionerlər hədiyyə edilmişdir.

Artıq altıncı dəfə bu uşaq evinə gələn Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva günərzi qayğı mərkəzi ilə tanış olmuş, balacaların təhsildəki ilk addımları ilə maraqlanmışdır. Mehriban xanım müəssisənin daha nəyə ehtiyacı olduğunu da soruşmuşdur. Azərbaycanın birinci xanımına bildirilmişdir ki, uşaq evinin yeni korpusa ehtiyacı vardır. "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"na uyğun olaraq, Xəzər və Suraxanı rayonları pilot rayonlar kimi seçilmişdir. Respublikada ilk dəfə olaraq 2009-cu ilin yanvarından 2 nömrəli uşaq evində həyata keçirilməyə başlayan pilot layihəsinin məqsədi gələcəkdə risk qrupuna aid ailələrin uşaqlarının, habelə tək valideyni olan, əlil ailələrin övladlarının günərzi qayğı mərkəzinə qəbul edilməsidir. Bu uşaqlar mərkəzdə 12 saat ərzində qalacaqlar. Onlar məktəblərə aparılacaq və gətiriləcək, mərkəzdə gün ərzində qidalanacaq, axşamlar isə evlərə qayıdacaqlar.

Heydər Əliyev Fondunun prezidenti uşaqların ailələrindəki sosial vəziyyətlə də maraqlanmışdır.

Mehriban xanım Fondun adından uşaq evinə 28 yerlik avtobus hədiyyə etmişdir. 

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Heydər Əliyev Fondu" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov