Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

8 Aprel 2011 - �13

 

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva "Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi"nin
açılışında iştirak edib

 

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva aprelin 5-də Heydər Əliyev Fondunun və Rusiyanın "Uralsib" maliyyə korporasiyasının birgə əməkdaşlıq layihəsi çərçivəsində Yeni Günəşli yaşayış massivində inşa edilmiş "Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi"nin açılışında iştirak etmişdir.

Mərkəzlə tanışlıq zamanı Mehriban xanıma məlumat verilmişdir ki, təxminən 1700 kvadratmetr sahəsi olan tibb ocağı ən müasir standartlara uyğun tikilmiş və ən son avadanlıqla təchiz olunmuşdur. Mərkəzdə uşaqların müalicəsi üçün dünya psixoterapiya praktikasında çox populyar olan qum terapiyası üsulundan istifadə edilir. Müalicəvi idman və fiziki tərbiyə reabilitasiya prosesində əsas üsullardan biridir.

Mərkəzdə bütün otaqlarda müşahidə kameraları quraşdırılmışdır. Alınan videogörüntü mərkəzin hollundakı böyük monitorlara ötürülür. Bu, valideynlərə uşaq və yeniyetmələrin reabilitasiya prosesini müşahidə etmək imkanı verir.

Reabilitasiya prosesi müalicəvi vannalar vasitəsilə də aparılır. Bu prosedurlar əzələ ağrılarını və əzələ spazmalarını azaldır, yerli və ümumi qan dövranını gücləndirir və nəticədə əzələ funksiyasını yaxşılaşdırır. Daha bir müalicə növü artterapiyadır. Uşaqlarla sosial mühit oriyentasiyası tədrisi aparılır, onlara müstəqil yaşamaq vərdişləri öyrədilir.

Psixoloji sərbəstlik - sensor terapiya kabineti psixoemosional vəziyyəti yaxşılaşdırmaq, narahatlıq və aqressiyanı azaltmaq, qorxu və sinir gərginliyini aradan götürmək, normal yuxunu bərpa etmək, psixoloq və uşaq arasında etibarlı kontakt yaratmaq məqsədi daşıyır.

Fondun prezidentinə bildirilmişdir ki, mərkəzdə dünyada populyar olan balneoterapiya da həyata keçiriləcəkdir. Bu, uşaq serebral iflicindən əziyyət çəkənlərə müsbət təsir göstərən bir terapiyadır. Hovuzda uşaqların çəkisi iki dəfə azaldığından, onlar hərəkət etməyə qorxmurlar. Nəticədə hətta ağır xəstələr də sərbəst üzməyi öyrənə bilir və bu da onlara hərəkət sevinci, həyat eşqi bəxş edir. Bu terapiyanın daha səmərəli olmağı üçün gələcəkdə hovuza xüsusi qaldırıcı qurğunun alınması planlaşdırılır ki, hərəkət etməyən uşaqlar da bu terapiyadan istifadə etsinlər.

Mərkəzdə müalicə ilə yanaşı, tədris işləri də aparılacaqdır. Uyğunlaşma tədrisi otağında uşaq və yeniyetmələrin tədrisi oyun və oyuncaqlar vasitəsilə, yəni əyləncəvi formada həyata keçiriləcəkdir.

Mərkəzdə uşaqların psixoloji və fiziki imkanlarının qiymətləndirilməsi də həyata keçirilir. Bunun üçün ayrılan xüsusi otaqda müayinə və qiymətləndirmə 3 mütəxəssis - pediatr, nevroloq və psixoloq tərəfindən aparılır.

Müalicə ocağının həyətində açıq idman meydançası da yaradılmışdır. Uşaqlar burada müxtəlif idman növləri ilə - futbol, voleybol, basketbolla məşğul ola biləcəklər. Mərkəzin həyətində əyləncə meydançası da vardır.

Uşaqların müxtəlif peşələrə istiqamətləndirilməsi, vaxtında və düzgün qidalandırılması da diqqət mərkəzindədir.

Mərkəzlə tanışlıqdan sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva uşaqların buraya gətirilməsi, sonradan isə evlərinə qaytarılması üçün hədiyyə olunmuş "Hyundai" markalı avtobusun açarlarını mərkəzə təqdim etmişdir.

Mərkəzin açılışında "Uralsib" maliyyə korporasiyasının direktorlar şurasının sədri Nikolay Svetkov da iştirak etmişdir.

***

Sonra Heydər Əliyev Fondunda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Rusiyanın "Uralsib" maliyyə korporasiyasının nümayəndə heyəti ilə görüşmüşdür.  

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Heydər Əliyev Fondu" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov