Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

8 Aprel 2011 - �13

 

Təhsil naziri "Zəngi" liseyində olub

 

Aprelin 2-də təhsil naziri Misir Mərdanov Təhsil Nazirliyinin tabeliyindəki "Zəngi" liseyində olub, bu tədris ocağının Valideyn-Müəllim Assosiasiyası İdarə Heyətinin üzvləri ilə görüşüb. Görüşdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifova, İdarə Heyətinin üzvləri iştirak ediblər.

Nazir liseylə tanış olub, burada yaradılmış təhsil mühiti ilə maraqlanıb. Sonra "dəyirmi masa" arxasında lisey Valideyn-Müəllim Assosiasiyasının fəaliyyəti haqqında hesabat dinlənilərək müzakirə olunub.

Öncə "Zəngi" liseyinin direktoru Bayram Heydərov liseyin fəaliyyəti haqqında geniş təqdimat edib. Təqdimatına liseyin tarixinə qısa ekskursla başlayan direktor onun Azərbaycan MEA-nın köməyi ilə təxminən 20 il öncə intellektual cəhətdən istedadlı uşaqların inkişafına kömək məqsədi ilə yaradıldığını və ötən müddət ərzində bu məqsədi gerçəkləşdirmək üçün məqsədyönlü fəaliyyət göstərdiyini bildirib, əldə olunan uğurlardan danışıb. Direktor habelə liseydə yaradılmış təhsil şəraitindən, tədris ocağının iştirak etdiyi pilot layihələrdən söz açıb, təhsilin idarəedilməsi, tərbiyəvi işlərin aparılması ilə bağlı bəzi mülahizələrini və təkliflərini bildirib.

Görüşdə liseydə hazırlanmış elektron dərs cədvəlinin də təqdimatı keçirilib. Layihə barədə cədvəlin tərtibatçısı, "Zəngi" liseyinin Valideyn-Müəllim Assosiasiyası İdarə Heyətinin üzvü, "Azsoft" şirkətinin rəhbəri Elman Məcidov məlumat verib.

"Zəngi" liseyi Valideyn-Müəllim Assosiasiyasının prezidenti, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə tədbirdə assosiasiyanın fəaliyyəti barədə hesabat təqdimatı ilə çıxış edib. "Zəngi" liseyində 2009-cu ildə yaradılmış VMA-nın İdarə Heyətində ən nümunəvi 7 valideyn və 6 müəllimin təmsil olunduğunu, qurumun 5 nəfər ştatlı işçisi olduğunu deyən V.Rəhimzadə hesabat məruzəsində lisey VMA-sının iş prinsipləri, fəaliyyətdə olduğu təxminən ilyarımlıq müddətdə görülmüş işlər barədə geniş məlumat verib.

"Zəngi" liseyi VMA İdarə Heyətinin üzvü, Azərbaycan Prezidenti Administrasiyasının məsul işçisi Ərəstun Mehdiyev də görüşdə söz alaraq ölkəmizdə təhsilə, təhsil işçilərinə göstərilən diqqət və qayğıdan danışıb, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan addımları yüksək qiymətləndirib.

Görüşdə çıxış edən Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifova VMA-ya göstərdiyi diqqət və qayğıya, qurumun rastlaşdığı çətinliklərin aradan qaldırılmasına, irəli sürülən təkliflərə sayğı ilə yanaşdığına, vaxtaşırı olaraq idarə heyətinin üzvləri ilə  görüşdüyünə görə təhsil naziri cənab Misir Mərdanova təşəkkür edib. T.Şərifova "Zəngi" liseyi VMA-nın fəaliyyətini xüsusilə yüksək qiymətləndirib və onun işinin, burada toplanmış müsbət təcrübənin digər məktəblərin VMA-ları üçün örnək olduğunu vurğulayıb.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov tədbirdə çıxış edərək VMA üzvləri ilə növbəti görüş üçün onların rayonundakı təhsil ocağını seçdiyinə görə təhsil naziri Misir Mərdanova minnətdarlığını bildirib. Nizami rayonunun təhsil sahəsindəki uğurlarından söz açıb.

Görüşdə çıxış edən təhsil naziri Misir Mərdanov onun çox faydalı olduğunu, liseydə gördüklərindən məmnun qaldığını bildirib. Təhsil naziri liseyin Valideyn-Müəllim Assosiasiyasının fəaliyyətini yüksək qiymətləndirərək, onun işinin yüksək səviyyədə qurulduğunu qeyd edib. Çıxışında liseylə bağlı bəzi məsələlərə toxunan nazir burada şagirdlərin sayının çox olduğunu bildirib, liseyin direktoru və kollektivinə şagird kontingentinin say artımına yol verilməməsini tövsiyə edib.

Təhsil naziri liseydə ən müasir tələblərə cavab verən akt və idman zalları tikilməsinin, eyni zamanda istilik sisteminin qaydaya salınmasının vacibliyini bildirib.

Görüşün sonunda təhsil naziri və tədbirin digər iştirakçıları liseyin xor kollektivinin çıxışlarını dinləyib və "Azsoft" şirkətinin köməyi ilə liseydə İKT üzrə təşkil  olunmuş "Biləyən" kursunun ilk məzunlarına sertifikatlar və hədiyyələr təqdim olunub. 

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov