Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

8 Aprel 2011 - 13

 

Məqsəd dərsliklərin qiymətləndirilməsi təcrübəsinin öyrənilməsidir

 

 Aprelin 5-də təhsil naziri Misir Mərdanov Türkiyə Respublikası Milli Təhsil Nazirliyi Təlim və Tərbiyə Kurulunun rəhbəri Merdan Tufanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edən nazir Azərbaycanla Türkiyə arasındakı qarşılıqlı dostluq, qardaşlıq münasibətlərindən söz açıb. İki ölkənin təhsil sahəsində çoxtərəfli və inkişaf etmiş əlaqələrinin mövcudluğunu önə çəkən nazir yaradılmış əməkdaşlığın daha da möhkəmləndirilməsi və genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Sonra Misir Mərdanov bu günlərdə Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin Təlim və Tərbiyə Kuruluna ezam olunmuş Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndə heyətinin uğurlu səfəri və onların səmərəli təcrübə mübadiləsi apardıqları barədə danışıb. Səfərin dərsliklərin qiymətləndirilməsi təcrübəsinin öyrənilməsi məqsədi daşıdığını qeyd edən nazir nümayəndə heyətinin keçirdiyi görüşlərin gələcəkdə bu istiqamətdə aparılacaq işlərdə mühüm rolu olacağını diqqətə çatdırıb. Nazir həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin müvafiq qurumlarının dərsliklərin hazırlanması proseduru və onların qiymətləndirilməsi ilə bağlı son 3 il ərzindəki əməkdaşlığından razı qaldığını bildirib.

Türkiyə Respublikası Milli Təhsil Nazirl

iyi Təlim və Tərbiyə Kurulunun rəhbəri Merdan Tufan səmimi qəbula və münasibətə görə təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirib. Azərbaycanla Türkiyə arasındakı dostluq münasibətlərində təhsil sahəsinin xüsusi yeri olduğunu qeyd edən qonaq bu görüşün qarşılıqlı əməkdaşlığa töhfə verəcəyini inamla vurğulayıb.

Rəhbəri olduğu qurumun fəaliyyət istiqamətləri, burada çalışan əməkdaşların vəzifələri, müxtəlif fənlər üzrə komissiyalar barədə məlumat verən Merdan Tufan, eyni zamanda birgə işlərin davam etdirilməsi istiqamətində bundan sonra da lazımi dəstək göstərməyə hazır olduqlarını vurğulayıb.

Görüşdə o da qeyd olunub ki, Türkiyə Respublikası nümayəndə heyəti ilə dərslik komplektlərinin hazırlanma proseduru, onların qiymətləndirilməsi və bu kimi digər məsələlərlə bağlı müvafiq iş aparılacaq.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov