Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

8 Aprel 2011 - �13

 

"İNEPO-AVRASİYA" Layihə Olimpiadası başlandı

 

Bakı  şəhərində ekologiya və təbiəti  mühafizə problemlərinə həsr olunan "İNEPO-AVRASİYA" Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadası başlandı. Bu münasibətlə aprelin 5-də "Çağ" Öyrətim İşlətmələri Şirkətində KİV nümayəndələri üçün  mətbuat konfransı keçirildi. Tədbiri Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi,  "İNEPO-AVRASİYA" Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadasının təşkilat komitəsinin sədri Arif Gömleksiz açaraq KİV nümayəndələrinə bu yarış haqqında məlumat verdi. Qeyd olundu ki, 8-9 aprel tarixlərində keçiriləcək olimpiada Azərbaycan Respublikası Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər  Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, İctimai Televiziya və Radio Yayımları Şirkətinin dəstəyi, "Çağ" Öyrətim İşlətmələri Şirkətinin və "İNEPO-AVRASİYA" Ekologiya  İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının  20-ci ildönümünə həsr olunan builki olimpiadada 35 ölkədən 300-dək iştirakçı yarışacaqdır. Olimpiadanın əsas məqsədinin ekoloji problemlərin həlli və ətraf mühitin mühafizəsi istiqamətində gənc nəsli məlumatlandırmaq, onlarda ətraf mühitə qarşı həssas münasibət formalaşdırmaq, təbii, mədəni, tarixi və sosial-estetik dəyərlərin qorunması ruhunu yaratmaq olduğunu deyən Arif Gömleksiz yarışa qatılan ölkələrin sayının ildən-ilə artdığını, şagirdlərin təqdim etdikləri layihələrin daha keyfiyyətli və yüksək səviyyədə hazırlandığını söylədi.

"Çağ" Öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin sədri Ənvər Özərən ümummilli liderimiz Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayan Azərbaycan-Türkiyə Özəl Liseylərinin uğurla fəaliyyət göstərməsindən, şagirdlərin dünya olimpiadalarında əldə etdikləri nailiyyətlərdən danışdı. O, xarici ölkələrdə keçirilən mötəbər bilik yarışlarında azərbaycanlı şagirdlərin yüksək intellekt  və bacarıq nümayiş etdirdiklərini və Vətənə çoxlu sayda medalla döndüklərini qürur hissi ilə qeyd etdi. Azərbaycanda geniş miqyasda keçirilən və artıq bir ənənəyə çevrilmiş "İNEPO-AVRASİYA" Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasının əhəmiyyətinə toxunan Ənvər Özərən  bütün iştirakçılara uğurlar arzuladı, tədbirin təşkilində əməyi olanlara isə öz minnətdarlığını bildirdi.

Qeyd edək ki, aprelin 8-də olimpiadanın açılışı olacaq, iştirakçılar  öz ölkələri haqqında stendləri və layihələrini nümayiş etdirəcəklər. Həmin gün olimpiada iştirakçıları tərəfindən təqdim olunan layihələri münsiflər heyəti  diqqətlə nəzərdən keçirərək ətraflı təhlil edəcək və sonda qaliblər müəyyənləşdiriləcəkdir. Aprelin 9-da isə Bakı  Əl Oyunları İdman Sarayında beynəlxalq olimpiadanın qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcəkdir.  

Samirə KƏRİMOVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov