Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

8 Aprel 2011 - �13

 

Türkiyə universitetləri ilə sarsılmaz əlaqələr

 

Naxçıvan Dövlət Universiteti çoxşaxəli beynəlxalq  əməkdaşlığa, xüsusilə də qardaş Türkiyə Cümhuriyyətinin əksər tanınmış ali məktəbləri ilə dayanıqlı tərəfdaşlığa malikdir. Bu əlaqələrdə Qars Qafqaz  və Ankara universitetlərinin xüsusi yeri var.

Qars Qafqaz Universiteti ilə 1999-cu ildən qurulan əlaqələr universitetlərin ən müxtəlif sahələrdə inkişafı üçün əsaslı zəmin yaratmışdır. Bu ali təhsil ocağında "Azərbaycan dili və ədəbiyyatı" ixtisasının açılmasında, türk xalqının böyük oğlu Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən mərkəzin yaradılmasında və Azərbaycan dilində lazımi ədəbiyyatlarla təmin olunmasında akademik İsa Həbibbəylinin xüsusi səy və təşəbbüsü olmuşdur.

Qarşılıqlı əlaqələrin möhkəmlənməsində Qars Qafqaz Universitetinin sabiq rektorları Necati Kaya və Abamüslüm Güvenin xüsusi əməyi var. Qars Qafqaz Universitetinin təşəbbüsü ilə Bakı-Tbilisi-Ərdahan-Qars dəmiryolu üzərində yerləşən ali məktəblərin əməkdaşlığı layihəsi uğurla həyata keçirilir. NDU-nun baytarlıq ixtisası tələbələrinin mütəxəssis kimi yetişməsində Qars Qafqaz Universitetinin baytarlıq fakültəsinin mühüm xidmətləri var. Yeni  seçilmiş rektor, professor doktor Sami Özcan isə ilk səfərini məhz Naxçıvan Dövlət Universitetinə etmiş, "Araz çayı hövzəsi parazitar xəstəliklər" mövzusunda müştərək beynəlxalq simpozium keçirilmişdir.

Bu yaxınlarda isə Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəylinin başçılığı ilə 20 nəfərlik heyət Türkiyə Cümhuriyyətinin Qars Qafqaz Universitetində səfərdə olmuşdur. Öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Qarsdakı büstü ziyarət edilmiş, büstün önünə tər çiçək dəstələri qoyulmuşdur.

Universitetlə ilkin tanışlıqdan sonra prorektorlar, fakültə dekanları və müəllimlər müvafiq ixtisaslar üzrə universitetin iqtisadiyyat və idarəetmə, ədəbiyyat, baytarlıq, pedaqoji fakültələrində, konservatoriyada və rektorluqda olmuşlar. Qars Qafqaz Universitetində yaradılmış Heydər Əliyev Mərkəzinə ənənəvi olaraq dahi öndərin həyat və fəaliyyətindən, müasir Azərbaycanın sosial-iqtisadi inkişafından bəhs edən yeni kitablar təqdim olunmuşdur.

Yekunda Senat zalında heyətlərarası görüş keçirilmiş, gələcək əməkdaşlıq məsələləri - müştərək simpozium və konfransların keçiriməsi, elmi araşdırmalar aparılması,  bakalavr, magistratura, doktorantura təhsil pillələri üzrə elmi-pedaqoji kadr və tələbə mübadiləsi məsələləri müzakirə olunmuşdur. Sonra çoxcəhətli əməkdaşlıq haqqında beşillik müqavilə imzalanmışdır. Müqavilədə tədris, təhsil sahəsində tərəfdaşlıq, müştərək elmi nəşrlərin həyata keçirilməsi, NDU-nun baytarlıq fakültəsinin tələbələrinin Qars Qafqaz Universitetində istehsalat təcrübələri və ixtisasartırma kursları keçmələri, elm, mədəniyyət, idman sahəsində müştərək tədbirlərin təşkili nəzərdə tutulur. On maddədən ibarət müqaviləyə əsasən virtual tərəfdaşlığın inkişafına xüsusi diqqət yetiriləcək, online dərslər, təcrübi məşğələlər, konfrans və seminarlar gerçəkləşdiriləcək.

Görüşdə qardaş şəhərlərin və universitetlərin ortaq marşlarının hazırlanması haqqında birgə işlər görüldüyü vurğulanmışdır. Naxçıvan Dövlət Universitetinin müəllimi, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, tarix elmləri üzrə fəlsəfə doktoru, şair-publisist Vaqif Məmmədov müəllifi olduğu "Naxçıvan-Qars", "Qars Qafqaz Naxçıvan Universiteti" marşlarını oxumuşdur.

Səfər çərçivəsində qonaqlar 1921-ci ildə Qars müqaviləsinin imzalandığı binada olmuşlar. 1883-cü ildə Baltik memarlıq üslubunda tikilmiş bina tarixi-memarlıq abidəsi olmaqla yanaşı, Azərbaycan və Türkiyənin birlik və siyasi müttəfiqlik rəmzi olan, Naxçıvan Müxtar Respublikasının müqəddəratında əvəzsiz rol oynayan Qars müqaviləsinin imzalandığı yer kimi də mühüm tarixi əhəmiyyət kəsb edir. 83 il vilayət valisinin iqamətgahı kimi istifadə olunmuş, 2005-2010-cu ildə təmir və bərpa işləri aparılmış bina hazırda muzeyə çevrilmişdir.

1877-1878-ci illər rus-osmanlı müharibəsində Qafqaz cəbhəsinin komandanı olmuş görkəmli hərbiçi, ictimai-siyasi xadim, yazıçı, maarifpərvər ziyalı Qazi Əhməd Muxtar Paşanın (1839-1919) ev-muzeyindəki nadir tarixi sənədlər, eksponatlarla tanışlıq ayrıca maraq doğurmuşdur. Naxçıvanlı qonaqlar Sarıqamış şəhidlik abidəsini ziyarət zamanı 96 il əvvəl şəhid olmuş 90 min türk əsgərinin xatirəsini ehtiramla yad etmişlər.

Rektor, akademik İsa Həbibbəyli Türkiyə səfəri zamanı Ankara Universitetində də olmuşdur. Xatırladaq ki,  Naxçıvan Dövlət Universitetinin Türkiyənin məşhur ali təhsil ocaqlarından olan Ankara Universiteti ilə tərəfdaşlığının on beş illik bir tarixçəsi var. Universitetin dil, tarix və coğrafiya, filologiya, hüquq, iqtisadiyyat, tibb fakültələrində tədris prosesi ilə, aparılan elmi tədqiqatlarla yaxından tanışlıqdan sonra universitetlərarası müqavilə imzalanmışdır. Burada elm, təhsil, mədəniyyət və idman sahəsində müştərək tədbirlərin keçirilməsi, kadr və təcrübə mübadiləsi öz əksini tapmışdır. Müqavilədə NDU-nun tibb fakültəsinin tələbələrinin mükəmməl tibb mütəxəssisləri hazırlayan, əczaçılıq, diş həkimliyi kimi fakültələrə, zəngin xəstəxanaya malik Ankara Universitetində istehsalat təcrübələri, ixtisasartırma kursları keçmələri nəzərdə tutulur. Rektorlar -  akademik İsa Həbibbəyli və professor doktor Camal Taluğ bu ali təhsil ocaqları arasında əlaqalərin daha da inkişaf etdiriləcəyini vurğulamışlar. Səfər zamanı rektor, akademik İsa Həbibbəyli Bilkənd Universitetində də olmuş, Türkiyə Cümhuriyyəti Ali Məktəb Rektorları Şurasının ilk sədri, dünya şöhrətli rediatr, Bilkənd Universitetinin heyət sədri işləmiş mərhum İhsan Doğramacının universitet ərazisində ucaldılmış abidəsini ziyarət etmişdir.  

Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri,
Naxçıvan Mətbuat Şurasının İdarə Heyətinin üzvü

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov