Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

8 Aprel 2011 - �13

 

NDU-nun tələbə sosial xidmət mərkəzi fəaliyyətə başladı

 

Naxçıvan Dövlət Universitetinin tələbə sosial xidmət mərkəzində ilk tədbir keçirildi.

Universitetin rektoru, akademik İsa Həbibbəyli çıxış edərək Azərbaycanda,  eləcə də muxtar respublikada elmin, təhsilin inkişafına göstərilən dövlət qayğısından danışdı. Qeyd olundu ki, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun iştirakı ilə universitetdə yenicə istifadəyə verilmiş 456 yerlik yataqxana binası, ən müasir otellər səviyyəsində tikilmiş, dünya standartlarına cavab verən qonaq evi, üçmərtəbəli tələbə sosial xidmət mərkəzi buna bariz nümunədir. Rektor tələbə sosial xidmət mərkəzini ölkədə analoqu olmayan, dünya ali təhsil sistemi üçün örnək ola biləcək bir mərkəz kimi dəyərləndirdi. "Gəmiqaya" şirkətinin məsul işçisi Elşad Məmmədov yerli tikinti məhsullarından istifadə olunmaqla, müasir Qərb və klassik Şərq memarlıq üslubunda tikilmiş binada yüksək sosial xidmət göstəriləcəyini, uyğun qiymətlərlə satış təşkil olunacağını bildirdi.

Banqladeş Respublikasından olan, beynəlxalq münasibətlər ixtisası üzrə II kurs tələbəsi Khairuz Zaman, gömrük işinin təşkili ixtisası üzrə IV kurs tələbəsi Adilə Ramazanova tələbələr adından ölkə başçısına, muxtar respublika və universitet rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

Sonra mərkəzlə tanışlıq oldu. Qeyd edək ki, gündən-günü abadlaşan və böyüyən, 110 hektarlıq ərazini əhatə edən universitet şəhərciyində çoxsaylı kollektivin, tələbələrin sosial tələbatlarının, gündəlik məişət qayğılarının ödənilməsi üçün bu mərkəz əvəzolunmazdır. Binada kafeteriya, yeməkxana, bərbərxana, poçt, əczaxana, foto, dəftərxana məhsullarının və yeni kitabların, ali məktəb tələbələri üçün nəzərdə tutulmuş vahid formaların satışı mağazası, satış-sərgi salonu, qadın gözəllik salonu və yerli ərzaq məhsullarının satışı mağazası fəaliyyət göstərəcək. Müasir memarlıq üslubunda tikilmiş, rəngarəng ornamentlərlə bəzədilmiş bina füsunkar gözəlliyi  ilə də göz oxşayır. Rektor, akademik İsa Həbibbəyli mərkəzin fəaliyyəti ilə bağlı tövsiyə və tapşırıqlar verdi.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov