Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

8 Aprel 2011 - 13

 

İKT üzrə treninqlər davam edir

 

"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində indiyədək ümumtəhsil məktəblərinin 43 mindən çox müəllimi təhsildə İKT-nin tətbiqi üzrə treninqlərdə iştirak edib.

Təhsil sisteminin pedaqoji heyətinə tədris prosesində İKT-dən effektiv istifadə edilməsi üçün mövcud kurikulumlar - Rİ-SOL "Müəllimlərin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi", "İntel" - "Gələcək üçün təhsil", "İnzibati idarəetmə heyəti üçün İKT-nin təhsilə tətbiqi" üzrə təlim vəsaiti və "Elektron məktəb" təlim vəsaitləri əsasında treninqlər keçirilir. Rİ-SOL "Müəllimlərin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi" təlimi prosesində müəllimlər şəxsiyyətyönümlü, interaktiv və inteqrativ təlim metodları haqqında biliklər qazanır və texnologiyaları sinifdə tədris prosesində necə tətbiq etməyi öyrənirlər.

"İntel" - "Gələcək üçün təhsil" proqramı çərçivəsində ümumtəhsil məktəblərinin və ali pedaqoji müəssisələrin müəllimləri tədris prosesində İKT-dən səmərəli istifadə etmək üçün zəruri biliklər əldə edirlər. Müəllimlər dövlət təhsil standartlarına və tədris proqramlarına uyğun layihə planı, şagird multimedia təqdimatı, nəşr və veb-sayt, qiymətləndirmə formaları və meyarları, şagirdlər üçün didaktiv və müəllimlər üçün metodik materiallarla təchiz olunurlar. Treninqlər respublikanın əksər şəhər və rayonlarında yaradılmış təlim mərkəzlərində keçirilir.

2010-cu ildə Dövlət Proqramı çərçivəsində təhsil sistemində çalışan 2 min nəfər inzibati-idarəetmə heyəti üçün təlimlərdə iştirak edib. Ümumiyyətlə, Azərbaycanda təhsil sahəsində çalışan 170 min müəllimin hamısının bu proqram çərçivəsində informasiya-kommunikasiya texnologiyalarının tədrisdə tətbiqi üzrə treninqlərdə iştirak edəcəyi proqnozlaşdırılır. 

Hicran ƏKBƏROVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov