Ağsu şəhərindəki 1 nömrəli məktəb-liseyin
müəllimi Fikrət Mirzəyev ötən il "Ən yaxşı
müəllim" müsabiqəsində qalib gəlmiş, 2009-cu
ildə isə "Əməkdar müəllim" fəxri adına layiq
görülmüşdür. Bu günlərdə Fikrət müəllimin IX
sinifdə "açıq dərs"i dinlənilib. "Açıq dərs"də
rayonun Azərbaycan dili və ədəbiyyat
müəllimləri, təhsil şöbəsinin işçiləri iştirak
ediblər.
"Açıq dərs"in mövzusu Məmməd Arazın "Bu gecə
yuxumda Arazı gördüm" şeiri olub.
Dərsdə qruplara bölünən şagirdlər M.Araz
yaradıcılığı ilə bağlı biliklərini nümayiş
etdiriblər. Dərs prosesində müəllim elektron
dərs vəsaitlərindən, filmlərdən və digər
üsullardan istifadə edib.
Müəllimlər "açıq dərs"i geniş müzakirə edərək
yüksək qiymətləndiriblər.
Şakir CƏFƏROV |