Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

15 Aprel 2011 - �14

 

Tələbələrin XVI Respublika fənn olimpiadasının keçirilməsi haqqında
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin 31 mart 2011-ci il tarixli, 509 nömrəli qərarını nəzərə alaraq

ƏMR EDİRƏM: 

1. Tələbələrin XVI Respublika fənn olimpiadası (riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis, alman, fransız və rus dilləri fənləri üzrə) 2011-ci ilin aprel-may aylarında 2 tur üzrə keçirilsin.

2. Olimpiada keçirilən fənlərin siyahısına biologiya fənni əlavə edilsin.

3. Olimpiadanın I turu 2011-ci il 5 - 30 aprel tarixlərində ali təhsil müəssisələrində, II yekun turu cari ilin may ayında Azərbaycan Dövlət İqtisad Universitetində keçirilsin.

4. Olimpiadanın keçirilməsi məqsədilə Təşkilat Komitəsi (əlavə 1) və Münsiflər heyəti (əlavə 2)  yaradılsın.

5. "Tələbələrin XVI Respublika fənn olimpiadası haqqında Əsasnamə" təsdiq edilsin (əlavə 3).

6. Ali təhsil müəssisələrinin rektorları:

6.1. Olimpiadanın I turunun yüksək səviyyədə keçirilməsini təmin etsinlər;

6.2. Olimpiadanın I turunda qalib çıxmış və II tura vəsiqə qazanmış tələbələrin siyahısı, habelə onların hər biri üçün "Olimpiada iştirakçısının anketi" 2011-ci il 5 may tarixədək Təhsil Nazirliyinə təqdim etsinlər.

7. Olimpiadanın II turunun yüksək təşkilatçılıq səviyyəsində həyata keçirilməsinin təmin edilməsi Azərbaycan Dövlət İqtisad Universitetinin rektoruna (Ş.Hacıyev) tapşırılsın.

8. Təhsil Nazirliyinin Elm şöbəsi (G.Hüseynova):

8.1. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) ilə birgə Olimpiadanın xərclər smetasını 15 gün müddətində hazırlayıb təsdiq üçün təqdim etsin.

8.2. Ali təhsil müəssisələrində Olimpiadanın I turunun yekunlarının ümumiləşdirilməsi, müvafiq məlumat bazasının hazırlanmasını həyata keçirsin.

8.3. Olimpiadanın II turunun keçirilməsi üçün lazımi tədbirlər görsün.

8.4. Olimpiada qalibləri üçün diplomların hazırlanması və hədiyyələrin alınmasını təmin etsin.

9. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını və nazirliyin veb-saytında yerləşdirilməsini təmin etsin.

10. Ümumi şöbə (H.Məmmədova) əmrin çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.

11. "Ali məktəb tələbələrinin Respublika fənn olimpiadası haqqında Əsasnamənin təsdiqi barədə"  Azərbaycan Respublikası Təhsil Nazirliyinin 22 iyul 2004-cü il tarixli, 675 nömrəli əmri qüvvədən düşmüş hesab edilsin.

12. Əmrin icrasına nəzarət nazir müavini İ.Hüseynovaya həvalə olunsun. 

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
7 aprel 2011-ci il

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Qanunvericilik" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov