Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

15 Aprel 2011 - �14

 

"İNEPO-AVRASİYA" Layihə Olimpiadasının qalibləri mükafatlandırıldı

 

Aprelin 9-da Bakı Əl Oyunları İdman Sarayında  ekologiya və təbiəti mühafizə problemlərinə həsr olunan "İNEPO-AVRASİYA" Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi oldu.    

Tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, bir sıra dövlətlərin ölkəmizdəki səfirliklərinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, respublikanın orta ümumtəhsil məktəblərinin direktorları, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri, tanınmış alim və pedaqoqlar iştirak edirdilər.

Azərbaycan Respublikasının Dövlət himni  səsləndirildikdən sonra Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi, "İNEPO-AVRASİYA" Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadasının təşkilat komitəsinin sədri Arif Gömleksiz artıq ənənəyə çevrilmiş olimpiadanın əhəmiyyətindən söz açdı. Qeyd olundu ki, dünyanın 5 qitəsindən gələn gənclər ölkəmizlə daha yaxından tanış olmaq  imkanı əldə etməklə yanaşı,  burada özlərinə yeni dostlar qazanıblar.  Arif  Gömleksiz xarici ölkələrdən gələn məktəblilərin öz vətənlərinə xoş təəssüratla dönəcəklərinə ümidvar  olduğunu  bildirdi.

Sonra mərasim iştirakçıları olimpiadanın tarixi və məzmunundan bəhs edən sənədli filmə tamaşa etdilər.

Nəhayət,  gözlənilən an gəlib çatdı. Layihə olimpiadasında yer tutan iştirakçıların adları açıqlandı. 4 kateqoriya- enerji, ətraf mühit, mühəndislik və sosial elmlər üzrə keçirilən beynəlxalq layihə olimpiadasında Azərbaycan məktəbliləri 5 qızıl, 8 gümüş və 14 bürünc medal qazandı. Digər ölkələrdən gəlmiş şagirdlər də müvafiq yerlər tutaraq medallara sahib oldular.

Qaliblərə medalları Azərbaycan Respublikasının  təhsil naziri Misir Mərdanov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Rəfiqə Hüseynzadə, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, "Azərkimya" İstehsalat Birliyi Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev, "Çağ" Öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin sədri Ənvər Özərən, İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun müavini Elman Qədirli, millət vəkilləri Qənirə Paşayeva, Fəzail Ağamalı təqdim etdilər.

Mərasimdə həmçinin ekologiya, ətraf mühitin qorunması ilə bağlı mətbuatda yazılarla çıxış edən, süjetlər hazırlayan ayrı-ayrı media nümayəndələri də mükafatlandırıldı.   

Çıxış üçün söz alan təhsil naziri Misir Mərdanov Azərbaycan  Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ərəfəsində ölkəmizdə belə bir  olimpiadanın keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirdi. Nazir ölkə başçısı cənab İlham Əliyev tərəfindən ekologiyaya diqqət verildiyini, son illər artıq həmin sahənin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini qeyd edərək bununla əlaqədar respublikamızda görülən işlər barədə məlumat verdi.   

Olimpiadanın keçirilməsində əməyi olan təşkilatlara öz təşəkkürünü bildirən təhsil naziri "Çağ" Öyrətim İşlətmələri Şirkətinin ölkəmizdəki fəaliyyətindən razılıq hissi ilə danışdı. 

Nazir Misir Mərdanov çıxışının sonunda ənənəyə çevrilmiş "İNEPO-AVRASİYA" Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasının iştirakçılarının sayının ildən-ilə artdığını, Azərbaycan məktəblilərinin ekologiya ilə bağlı  yüksək səviyyədə hazırladıqları layihələrlə bilik yarışına böyük həvəslə qatıldıqlarını müsbət qiymətləndirərək qalibləri  təbrik etdi, onlara yeni-yeni uğurlar arzuladı.   

Samirə KƏRİMOVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov