Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

15 Aprel 2011 - �14

 

"Türkiyədə təhsil və Baxçaşəhər Universiteti" mövzusunda seminar keçirilib

 

Aprelin 11-də "Landmark" biznes mərkəzində "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin (TUMİB), Türkiyənin Baxçaşəhər Uğur Təhsil Qurumlarının (BUTQ) və Baxçaşəhər Universitetinin birgə təşkilatçılığı ilə "Türkiyədə təhsil və Baxçaşəhər Universiteti" mövzusunda seminar keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə Təhsil Nazirliyinin, Türkiyənin Bakıdakı səfirliyinin nümayəndələri, Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, ziyalılar, qardaş ölkə universitetlərinin məzunları, Azərbaycanın bəzi ali məktəblərinin müəllimləri, tələbələr və başqaları iştirak etmişlər.

TUMİB-in rəhbəri Çingiz Bayramov tədbiri açaraq əsas məqsədin seminar vasitəsilə dost və qardaş ölkələrimiz arasında təhsil sahəsində əlaqələri daha da möhkəmləndirmək olduğunu bildirmişdir.

Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub, Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Musa Quliyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin müavini Məhəmməd Bayramov, Azərbaycan Texniki Universitetinin prorektoru Mustafa Babanlı və başqaları çıxış edərək tədbirin Türkiyə və Azərbaycan birliyinə bariz nümunə olduğunu diqqətə çatdırmışlar. Türkiyə və Azərbaycanın qardaşlığından, dövlətimizin təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan, azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil almaları üçün hər cür şəraitin yaradılmasından bəhs edən natiqlər vaxtilə ümummilli lider Heydər Əliyevin azərbaycanlı tələbələri dünyanın aparıcı universitetlərində təhsil almaq üçün xaricə göndərdiyini qeyd etmişlər.

Türkiyənin Baxçaşəhər Universitetinin dünyada və qardaş ölkədə tanınmış, nüfuzlu ali təhsil ocaqlarından biri olduğu vurğulanmışdır.

Seminarda çıxış edən Baxçaşəhər Universitetinin rektoru, professor Yılmaz Əsmər rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyəti haqqında ətraflı məlumat vermişdir. Rektor bildirmişdir ki, universitet dünyanın 152 ali məktəbi ilə əməkdaşlıq edir. Gələcəkdə universitetdə təhsil almaq üçün göndəriləcək azərbaycanlı tələbələrə xüsusi qayğı göstəriləcəkdir. Rektor Türkiyə və Azərbaycandakı universitetlər arasındakı əlaqələrin daha da inkişaf edəcəyinə inandığını söyləmişdir.

Ulu öndərlər - müasir Türkiyənin qurucusu Mustafa Kamal Atatürk və müstəqil Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyevin ortaq cəhətlərindən birinin də elm və təhsilin inkişafına qayğı göstərmək olduğunu diqqətə çatdıran BUTQ idarə heyətinin sədri Ənvər Yücəl elm və təhsil əlaqələrimizin dərinləşdirilməsinin vacibliyini vurğulamışdır. Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov