Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

15 Aprel 2011 - �14

 

Əməkdaşlıq məsələləri müzakirə olunub

 

İran İslam Respublikasının Araz Beynəlxalq Pərdis Universitetinin bir qrup nümayəndəsi Naxçıvan Dövlət Universitetində olmuşdur. Görüşdə rektor, akademik İsa Həbibbəyli qonaqları salamlamış, universitetin strukturu, professor-müəllim heyəti, tələbə kontingenti haqqında ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, müxtəlif xarici ölkələrdən 200 nəfər tələbənin, o cümlədən 19 nəfər İran İslam Respublikası vətəndaşının təhsil aldığı universitet dünya təhsil sisteminə uğurla inteqrasiya etməkdədir. Rektor bu ali məktəbin çoxşaxəli beynəlxalq əlaqələrindən, Avropanın əksər məşhur universitetləri ilə tərəfdaş olmasından danışmış, İran İslam Respublikasının Təbriz Tibb Universiteti, Urmiya və Ərdəbil universitetləri ilə əməkdaşlıq etdiyini xatırlatmışdır.

Araz Beynəlxalq Pərdis Universitetinin rektoru, Məhəmməd Hüseyn Ümid Tehran Universiteti nəzdində üç il öncə yaradılan  ali təhsil ocağı, burada tədris olunan 30 ixtisas haqqında ətraflı məlumat vermişdir. Rektor Naxçıvan Dövlət Universitetinin tədris potensialı, elmi tədqiqatların aparılması baxımından nailiyyətlər əldə etdiyini vurğulamış, əməkdaşlığın möhkəmlənməsi üçün təkliflər vermişdir.

Araz Beynəlxalq Pərdis Universitetinin prorektorları - Seyid Rza Mirayi Aştiyani və İbrahim Əmirinin də iştirak etdiyi görüşdə universitetlərarası əlaqələrin elm, təhsil, mədəniyyət və idman sahəsində inkişafı, müştərək konfrans və simpoziumların, beynəlxalq idman yarışlarının təşkili, elmi təcrübə mübadilələri kimi məsələlər müzakirə olunmuşdur. Sonra qonaqlar universitet ərazisini gəzmiş, tədris korpuslarında olmuşlar. 

Mehriban SULTAN

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov