Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

15 Aprel 2011 - �14

 

"İnnovasiyaya doğru" mövzusunda seminar

 

Bu günlərdə Almaniyanın  Mitra təşkilatının nümayəndələri  paytaxtımızın qabaqcıl təhsil müəssisələrindən biri olan 7 nömrəli orta məktəbin dəvəti ilə  şəhərimizə  qonaq gəlib.  Qonaqlar  təhsil ocağı ilə tanış olduqdan sonra  Fəxri xiyabanda  ulu öndərimiz Heydər Əliyevin  məzarını  və Şəhidlər xiyabanını ziyarət ediblər. Almaniyalı qonaqlar məktəbin müxtəlif  siniflərində dərslərdə  iştirak edib istedadlı uşaqların əl işləri, rəsm əsərləri və  bədii özfəaliyyət kollektivi ilə  tanış olublar. Daha sonra qonaqlara  20 Yanvar və Xocalı faciəsi haqqında film nümayiş etdirilib və baş verən dəhşətli  hadisələr barədə  məlumat verilib. Azərbaycan təhsilinə maraq göstərən qonaqlar ADU-ya, Almaniyanın Azərbaycandakı səfirliyinə, Qala-Etimologiya muzeyinə, Qobustana səfər edib, şəhərin  tarixi, mədəniyyəti  və incəsənəti  ilə  tanış olublar.

Aprelin 5-də  məktəbdə "İnnovasiyaya doğru" mövzusunda   seminar keçirilib. Məktəbin direktoru Gülnaz Mehdizadə  Azərbaycan təhsilinin  dünya təhsilinə inteqrasiyası  məqsədilə "Almaniya - Azərbaycan məktəblərinin   əməkdaşlıq körpüsünün yaradılması" layihəsi haqqında ətraflı   məlumat verərək  qonaqları  tədbir iştirakçılarına  təqdim edib. Layihənin təsisçisi xanım Marina Burd gördükləri iş haqqında  geniş məlumat verərək bildirib ki, layihə çərçivəsində  2  məktəb, 8 uşaq  bağçası fəaliyyət göstərir. Bu təhsil ocaqlarında dərslər rus və alman dillərində  aparılır. Yeni dərs ilinə 2 məktəb, 2 uşaq bağçası açmaq da nəzərdə tutulur.  Xanım Burd   çıxışında onu da qeyd edib ki, layihənin əsas məqsədi  Avropa ölkələrində, o cümlədən  müxtəlif məktəblərdə  şagird və müəllimlərin  təcrübə mübadiləsini təşkil etməkdir.

Marina Burd çıxışının sonunda  7 nömrəli məktəbin  şagird və müəllimlərindən ibarət  bir qrup nümayəndəni  bu ilin noyabr ayında Berlində keçiriləcək olimpiadada iştirak etmək üçün Almaniyaya dəvət edib.

Mitra təşkilatının məktəblər üzrə  iş sektorunun müdiri Aleksandr Ott layihənin bütün Avropada  böyük maraq doğurduğunu  və bir çox dövlətlərdə  həyata keçirildiyini bildirib. O, öz  çıxışında  7 nömrəli məktəblə də  birgə əməkdaşlığın əhəmiyyətindən danışıb.

Çıxış üçün söz alan millət vəkili  Ziyad Səmədzadə  Azərbaycan təhsil sistemində  son illərdə qazanılan uğurlardan, aparılan təhsil islahatlarının mahiyyətindən, təhsilin inkişafının  dövlətin prioritetlərindən biri olduğundan bəhs edib.  Layihənin əhəmiyyətli  olduğunu  söyləyən millət vəkili  öz tərəfindən bu  əməkdaşlığa dəstək olacağını  da vurğulayıb. Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova da  çıxışında həyata keçirilən layihəni bəyəndiyini və bu işdə  məktəbə yardımçı olacağını qeyd edib.

Sonra qonaqlara verilən suallar  cavablandırılıb.   

Sifai SƏFƏROVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov