Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

15 Aprel 2011 - 14

 

"Uşaq Qaynar Xətt" xidmətinə başqa ölkələrdən də müraciət olunur

 

Məlum olduğu kimi, ötən ilin fevral ayından ölkəmizdə "Uşaq Qaynar Xətt" xidməti yaradılıb. Təhsil Nazirliyinin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəhbərliyi altında fəaliyyət göstərən bu xidmət uşaqlara psixoloji yardım etmək məqsədi daşıyır. "Uşaq Qaynar Xətt" (012) 480 22 80; (051) 880-11-80; (050) 680-22-80. E-mail ünvanı: yardim@usaqxətti.az) xidməti nömrələrinə daxil olan zənglər pulsuzdur və xidmət 24 saat fəaliyyət göstərir. "Uşaq Qaynar Xətt"inə uşaqlar ehtiyacları olduğu zaman müraciət edərək onları narahat edən mövzu haqqında danışa bilərlər. Xidmətin əməkdaşları zənglərin anonimliyini qoruyur və yalnız uşağın arzusu əsasında problemin həlli ilə bağlı müvafiq qurumlar qarşısında vəsatət qaldıra bilərlər.

"Uşaq Qaynar Xətt" xidmətində çalışan 3 əməkdaş-psixoloq, sosial işçi və komanda rəhbəri uşağa ilkin psixoloji yardım göstərir. Onlar müraciətlər əsasında uşaqları və valideynləri birbaşa psixoloji, hüquqi, təhsil, səhiyyə, sosial müdafiə xidmətləri haqqında məlumatlandırır və yönəldir.

Uşaq köməksiz qaldığı hallarda onun vaxtında aşkarlanması, zərərli hallardan qorunması və müdafiə olunması üçün "Uşaq Qaynar Xətt" xidməti mini-avtobus ilə təmin edilmişdir. Zərurət yarandıqda psixoloq və sosial işçilərdən ibarət mobil qrup uşağın yanına gedərək ona yerindəcə kömək etmək imkanına malikdir.

Bu xidmətin fəaliyyətini genişləndirmək məqsədilə 2011-ci ilin yanvar ayından başlayaraq Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhərinin ümumtəhsil məktəblərində məlumatlandırma kampaniyası keçirilir. Tədris ilinin sonunadək davam etdirilməsi nəzərdə tutulan kampaniyanın keçirilməsində  əsas məqsəd uşaqlara, valideynlərə, müəllimlərə, fəaliyyəti uşaqların tərbiyəsi və təhsili ilə bağlı olan mütəxəssislərə "Uşaq Qaynar Xətt" xidmətinin məqsədi, vəzifələri və işi barəsində məlumat vermək, eyni zamanda bu xidmətə müraciət edən uşaqların əhatə dairəsini genişləndirməkdir.

Qeyd etmək lazımdır ki, tədbirin hələ davam etməsinə baxmayaraq, artıq uğurlu nəticələr əldə olunub və xidmətə edilən zənglərin sayı xeyli artıb. Bu "Uşaq Qaynar Xətt" xidmətinin fəaliyyətinin əsas məqsədi olan psixoloji problemlərlə bağlı müraciətlərin də sayının artmasına səbəb olub.

"Uşaq Qaynar Xətt" xidmətinin direktoru Cəmilə Tağıyevanın verdiyi məlumata görə, fəaliyyət göstərdiyi müddət ərzində bu xidmətə 1173 müraciət daxil olub. Sevindirici haldır ki, daxil olan zənglərin əhatə dairəsi təkcə Bakı şəhəri ilə məhdudlaşmır. Bu xidmətə ölkənin bütün bölgələrinin şəhər və rayonlarından başqa, Türkmənistan, Qazaxıstan və Rusiya Federasiyasından da müraciətlər olmuşdur. Uşaqlar müxtəlif yaş qruplarını əhatə etsələr də, böyük üstünlüyü 13-17 yaş həddində olan yeniyetmələr təşkil edir. Bu isə yeniyetməlik dövründə uşaqlarda müəyyən psixoloji problemlərin əmələ gəlməsi ilə əlaqədardır.

"Uşaq Qaynar Xətt" xidmətinə daxil olan zənglər müxtəlif sahələri əhatə edən problemlərin həlli ilə bağlı olur. Bunlar əsasən təhsil, səhiyyə, sosial, hüquq sahələri, psixoloji problemlərlə edilən müraciətlər və digər zənglərdir. Müraciətlərdə ailədaxili və şəxsiyyətlərarası münasibətlər, ünsiyyət qurmaqda yaranan çətinliklər, tənhalıq, stress, depressiya halları və bu kimi digər problemlər üstünlük təşkil edir.

Təhsil sahəsinə aid zənglərdə əsasən mərkəzləşdirilmiş buraxılış imtahanları və ali məktəblərə qəbul imtahanları haqqında məlumat əldə etmək və həyəcandan yaranan problemlərdən bəhs olunur. 

Hicran ƏKBƏROVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov