Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

15 Aprel 2011 - �14

 

Rusiyalı qonaqlar Azərbaycan Texniki Universitetində olublar

 

Bu günlərdə Rusiya Federasiyasının məşhur "Kasperski Laboratoriya" antivirus kompaniyasının baş direktoru Yevgeni Kasperski və onu müşayiət edən kompaniyanın əməkdaşları Azərbaycan Texniki Universitetində olmuşlar.

Universitetin rektoru, texnika elmləri doktoru, professor Havar Məmmədov əvvəlcə qonaqları salamlamış və rəhbərlik etdiyi ali təhsil ocağı haqqında onlara ətraflı məlumat vermişdir.

Sonra Yevgeni Kasperski rəhbərlik ediyi kompaniya haqqında danışmışdır. O qeyd etmişdir ki, kompaniyanın ali təhsil müəssisələri üçün "Akademiya Kasperskoqo" adlı təhsil proqramı mövcuddur. Proqramın məqsədi kompüter sistemlərində informasiyanın mühafizəsi sahəsindəki qabaqcıl bilik və təcrübələrin yayılması, informasiya təhlükəsizliyi sahəsində ali məktəb müəllimlərinin ixtisaslarının artırılması, ali məktəblərdə kompüterlərin viruslardan mühafizəsinə və informasiya təhlükəsizliyi məsələləri ilə məşğul olan istedadlı tələbələrə dəstək verilməsidir. Kompaniyanın tərəfdaş ali məktəblər üçün təmənnasız təqdim etdiyi "Viruslar və onlarla mübarizə vasitələri" kursu isə öncə texniki ixtisaslar üçün nəzərdə tutulubdur.

Qonaqlar Azərbaycan Texniki Universitetinin Tətbiqi informatika, Avtomatika və idarəetmə, Kompüter sistemləri və şəbəkələri, İnformasiya texnologiyaları və proqramlaşdırma kafedralarında olmuş, mövcud laboratoriya bazası və oradakı tədris prosesi ilə maraqlanmışlar. Sonra AzTU-nun avtomatika və kompüter texnikası fakültəsinin professor-müəllim heyəti və tələbə kollektivi ilə görüş olmuşdur. Diskussiya şəklində keçən görüş qarşılıqlı maraq doğurmuş, tələbələrin aktivliyi kompaniyanın əməkdaşları tərəfindən rəğbətlə qarşılanmışdır.

 Kompaniyanın təhsil proqramlarının koordinatoru Svetlana Yefimova universitetin akt zalında müəllim və tələbələr üçün "Akademiya Kasperski" təhsil proqramının təqdimatını etmiş, bu proqramda tərəfdaş universitetlərin müəllim və tələbələri üçün proqramın yaratdığı perspektivlərdən danışmış, tələbələri maraqlandıran bir çox suallara cavab vermişdir.

Sonda Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov və "Kasperski Laboratoriya" antivirus kompaniyasının baş direktoru Yevgeni Kasperski kompaniyanın ali təhsildə əməkdaşlıq üçün həyata keçirdiyi proqramda Azərbaycan Texniki Universitetinin iştirakı barədə əməkdaşlıq müqaviləsi imzalamışlar.   

Müşfiq BORÇALI,
AzTU-nun Mətbuat şöbəsinin müdiri

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov