Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

15 Aprel 2011 - �14

 

ARDNŞ-ın təqaüd proqramının iştirakçıları Norveçin Stavanger Universitetinin ictimai işlərində fəallıq göstərirlər

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) neft-qaz sənayesinin tələbatına uyğun ixtisaslar üzrə kadrların hazırlanmasına xidmət edən təqaüd proqramının iştirakçısı olan gənclər təhsil almaqla yanaşı, Azərbaycanı xaricdə layiqincə təmsil edir, oxuduqları universitetlərin ictimai həyatında fəal iştirak edirlər.

ARDNŞ-ın mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, bu yaxınlarda Norveçin Stavanger Universitetində əcnəbi tələbələr arasında keçirilmiş səsvermə burada təhsil alan 4 azərbaycanlı tələbə üçün uğurlu olmuşdur. Onların hamısı "Əcnəbi Tələbələr İttifaqı"nın təmsilçiliyinə (ƏTİ) seçilmişlər. ARDNŞ-ın təqaüd proqramının iştirakçısı və hazırda Stavanger Universitetində neft mühəndisliyi ixtisası üzrə magistr təhsili alan Səfa Qasımov 350-dən çox tələbənin iştirak etdiyi səsvermənin nəticəsinə əsasən ƏTİ-nin maliyyə meneceri seçilmişdir. O, Azərbaycan Dövlət Neft Akademiyasını fərqlənmə diplomu ilə bitirdikdən sonra ARDNŞ-də əmək fəaliyyətinə başlamışdır. 2010-cu ildən isə şirkətin dəstəyi ilə Norveçdə təhsilini davam etdirir. Stavanger Universitetində təhsil alan və işləyən digər azərbaycanlı tələbələr - Rza Ağasıyev ƏTİ-nin prezidenti, Fərid Tağıyev vitse-prezidenti, Rza Behbudov isə tələbələrlə əlaqələr üzrə meneceri seçilmişlər. "Əcnəbi Tələbələr İttifaqı"nın 2004-cü ildən universitetdə fəaliyyət göstərən təmsilçiliyinin 5 nəfərdən ibarət idarə heyətinə 4 azərbaycanlı seçilmişdir. Azərbaycanlı tələbələrin birliyi, fəallığı, seçkiqabağı kampaniyanın düzgün aparılması və qarşılıqlı dəstək onların səs çoxluğu ilə qalib gəlməsinə çox kömək etmişdir. Bu hadisə böyük əks-səda doğurmuş, hətta ölkənin "Smis" qəzetində tələbələrimizin seçkidə qələbə qazanması ilə bağlı yazı da dərc olunmuşdur.

Stavanger Universitetində dünyanın 40-a yaxın ölkəsindən mindən artıq əcnəbi tələbə təhsil alır. ƏTİ-nin məqsədi bu tələbələr arasında birlik yaratmaq, gənclərin sosial və təhsil problemlərinin həllinə, Norveç cəmiyyətinə inteqrasiya olunmalarına kömək etmək, bir sıra sosial-mədəni, idman tədbirləri və şənliklər təşkil etməklə onların asudə vaxtlarını səmərəli keçirmələri üçün şərait yaratmaqdır. Universitetdə təhsil alan azərbaycanlı gənclər təhsildə uğur qazanmaqla yanaşı, professor-müəllim və tələbə kollektivi arasında ölkəmizi layiqincə təmsil edir, qədim və zəngin mədəniyyətimiz, adət və ənənələrimizin təbliğində səmərəli fəaliyyət göstərirlər. Bu yaxınlarda universitetdə "Azərbaycan mətbəxi" günü keçirilmiş, tələbələrə milli yeməklərimiz təqdim olunmuşdur. Hazırda tələbələrimiz bu ali təhsil ocağında "Azərbaycan günü"nün keçirilməsinə hazırlaşırlar.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov