Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

22 Aprel 2011 - 15

 

Nazirlər Kabineti qızıl və gümüş medalların təsvirini təsdiq etdi

 

Qızıl medalın təsviriTəhsil Nazirliyindən aldığımız məlumata görə, cari tədris ilinin sonunda ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlara qızıl və  gümüş medallar təqdim olunacaq. Məlumat üçün bildirək ki, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunması qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi qərarı ilə hələ ötən ilin əvvəlində təsdiq olunub. Bu günlərdə isə hökumət "Təhsildə xüsusi nailiyyətlərə görə" qızıl və gümüş medalların təsvirini təsdiq edib.

Qaydaya əsasən qızıl və ya gümüş medalla ümumtəhsil məktəbində təhsil aldığı müddətdə təlim nəticələri və nümunəvi davranışı ilə fərqlənən tam orta təhsil səviyyəsinin məzunları təltif olunurlar. Namizədlər irəli sürülərkən təhsilalanın ümumi orta təhsil səviyyəsini 75 faiz "əla" qiymətlərlə bitirməsi, tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75 faizinin, bütün fənlərdən illik qiymətlərinin isə "əla" olması və nümunəvi davranışı ilə fərqlənməsi əsas götürülür.

Namizədliyin verilməsi zamanı habelə təhsilalanın respublika fənn olimpiadalarının yekun mərhələsində, rayon (şəhər), ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə mükafata layiq görülməsi də nəzərə alınır. Gümüş medalın təsviriTəhsilalanların qızıl və ya gümüş medalla təltifi üçün namizədliyin verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin pedaqoji şurasında baxılır və müvafiq qərar qəbul edilir. Onu da qeyd edək ki, namizədliyi verilmiş təhsilalanlardan attestata yazılan yekun qiymətləri yalnız "əla" olanlar qızıl medala, attestata yazılan yekun qiymətlərindən ən çoxu ikisi "yaxşı" (tədris dili və riyaziyyat istisna edilməklə) olanlar isə gümüş medala layiq görülürlər. Qızıl və gümüş medal almış məzunların adları oxuduqları məktəbin "Şərəf kitabı"na yazılır.

Ölkə üzrə medallara namizədliyi irəli sürülənlərin fərdi siyahısının Təhsil Nazirliyinə təqdim olunma müddətinin sonuna - mayın 20-ə hələ xeyli vaxt qalsa da, Bakı şəhəri üzrə belələrinin sayı artıq məlumdur. Belə ki, bu il paytaxtın ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsi üzrə məzun olacaq 27 nəfər qızıl və gümüş medallara namizəddir. Həmin şagirdlər iyunda keçiriləcək mərkəzləşdirilmiş buraxılış imtahanlarından yüksək qiymətlər alsalar, medallara sahib olacaqlar.

Y.ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov