Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

22 Aprel 2011 - �15

 

"Boloniya prosesində ali təhsildə keyfiyyətin idarə olunması"

 

Aprelin 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetində ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş "Boloniya prosesində ali təhsildə keyfiyyətin idarə olunması" mövzusunda beynəlxalq elmi konfrans keçirildi.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə nazirliyin Mərkəzi Aparatının, müvafiq şöbə və struktur bölmələrinin rəhbərləri, ölkəmizdə fəaliyyət göstərən ali məktəblərin nümayəndələri, tanınmış alimlər, müəllimlər, tələbələr və KİV təmsilçiləri iştirak edirdilər.

Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov tədbiri açaraq iştirakçıları salamladı və türkiyəli qonaqları onlara təqdim etdi. Bu konfransın ADPU və Qafqaz Universitetinin təşəbbüsü ilə keçirilməsinin təsadüfi olmadığını vurğulayan təhsil naziri bildirdi ki, son illər bu universitetlərdə təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı konkret işlər görülmüş, tədris prosesində informasiya texnologiyalarının tətbiqi, şəffaflığın təmin edilməsi istiqamətində müsbət nəticələr əldə edilmişdir. Professor Misir Mərdanov giriş sözündə qeyd etdi ki, ölkəmizdə ali təhsil sistemində aparılan islahatların əsas məqsədi ali təhsilin Avropa təhsil məkanına inteqrasiyası, onun məzmununun Boloniya prosesi prinsiplərinə uyğun qurulması, informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğun kadr potensialının yaradılması, keyfiyyətli və səmərəli ali təhsil sisteminin formalaşdırılması, əhalinin müasir tələblərə cavab verən ali təhsil almaq imkanlarının genişləndirilməsi, ali təhsil müəssisələrinin akkreditasiyasının təkmilləşdirilməsi, bu prosesə beynəlxalq ekspertlərin cəlb edilməsini təmin etməkdən ibarətdir. Bununla bağlı ali təhsildə keyfiyyətin təmin olunması istiqamətində həyata keçirilən islahatlar Boloniya Bəyannaməsinin tələblərinə uyğun aparılmalıdır. Ali təhsilimizin Boloniya prosesi ruhunda yenidən formalaşdırılması üzrə konkret addımlar Təhsil Nazirliyi və digər aidiyyəti idarəetmə orqanları ilə yanaşı, ən çox universitetlərin özlərinin işi, onların təşəbbüsü və yaradıcılığının məhsulu olmalıdır.

Boloniya prosesi tələbləri səviyyəsində fəaliyyət göstərmək istəyən universitetdə bu gün ali təhsildə keyfiyyətin idarə edilməsi sisteminin yaradılmaqda olduğunu deyən nazir bildirdi ki, bu sistemin formalaşması və tətbiqi universitetin bütün struktur bölmələrinin öz işini yeni standartlar səviyyəsində qurmasını tələb edir. Müasir ali təhsil müəssisəsinin keyfiyyət sahəsində siyasətinin əsas məqsədi şəxsiyyətin, cəmiyyətin, dövlətin, universitetin bugünkü və perspektiv tələblərinə uyğun olaraq innovativ, yüksək ixtisaslı pedaqoji, elmi, idarəçi və s. kadrların hazırlanmasından ibarət olmalıdır.

Keyfiyyətin idarə olunması təhsil prosesinin nəticələrinin mərhələlərlə müşahidə edilməsi (monitorinqi), bununla da hər bir mərhələdə qarşıya qoyulmuş vəzifələrin optimal yerinə yetirilməsi səviyyəsinin aşkarlanması vasitəsilə həyata keçirilir.

Monitorinq müasir idarəetmə sistemində ən mühüm sahələrdən biridir. Monitorinq vasitəsilə universitetin fəaliyyətinin faktiki nəticələri və onların son məqsədlərə uyğunluğu təhlil olunur. Fəaliyyət prosesində yol verilmiş kənaraçıxmaların dərəcəsi, istiqaməti və səbəbinin düzgün müəyyənləşdirilməsi təmin edilir.

Bütün hallarda təhsilin keyfiyyətinin monitorinqi təhsilin keyfiyyətinin idarə olunması ilə nəticələnir, çünki hər iki proses universitet səviyyəsində sistemli və müntəzəm şəkildə müvafiq məlumatların toplanmasını nəzərdə tutur.

Təhsil naziri Misir Mərdanov çıxışının sonunda bu tədbirin böyük əhəmiyyət kəsb etdiyini bildirdi və konfransın işinə uğurlar arzuladı.

Daha sonra tədbirdə  Türkiyə Cümhuriyyəti Yüksək Öyrətim Kurulunun (YÖK) icraçı heyətinin üzvü Şaban Çalış, Mərmərə Universitetinin rektoru Zafer Gül, Sakarya Universitetinin rektoru Muzaffer Elmas, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov və Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndəsi Kaya Bakkalbaşı çıxış etdilər. Tədbirin sonunda türkiyəli qonaqlara plaketlər təqdim olundu.

Bununla da konfransın plenar iclası başa çatdı. 

Hicran ƏKBƏROVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov