Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

22 Aprel 2011 - 15

 

Naxçıvan Dövlət Universitetində elmi konfrans keçirildi

 

Naxçıvan Dövlət Universitetində Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk təşkilatının elmi konfransı keçirildi.

Konfransı giriş sözü ilə universitetin rektoru, akademik İsa Həbibbəyli açaraq təməli 1992-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyasının xalqımızın milli müqəddəratında mühüm rol oynayan, ölkədəki demokratik proseslərin önündə gedən, inkişaf və rifah partiyası olduğunu vurğuladı. Millət vəkili qeyd etdi ki, radikal müxalifətin ölkədə ictimai-siyasi sabitliyi pozmaq cəhdlərinə rəğmən müxalifət partiyalarından YAP-a kütləvi axın xalqın bu partiyaya inam və etimadını bir daha təsdiqləyir.

YAP Universitet şəhərciyi ərazi ilk təşkilatının sədri, əməkdar müəllim, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent Kamal Camalov "Yeni Azərbaycan Partiyasının inkişafında yeni mərhələ və müasir vəzifələr" mövzusunda məruzə etdi. Məruzəçi partiyanın böyük siyasi mübarizələr yolu keçməsindən bəhs etdi. Qeyd olundu ki, 1992-ci ilin dekabr ayından fəaliyyətə başlayan YAP Universitet şəhərciyi ərazi ilk partiya təşkilatı gənclərin müstəqil dövlət quruculuğunda yaxından iştirak etmələri, dövlətçilik və vətənpərvərlik ruhunda formalaşmaları istiqamətində mühüm işlər görmüşdür. Təşkilat öz ətrafında intellektual potensiala malik, siyasi-ictimai fəallığı ilə seçilən 2011 siyasi həmfikri birləşdirir. Əlamətdar hadisədir ki, 2010-cu ildə keçirilmiş parlament seçkiləri zamanı təşkilatın idarə heyətinin üzvü, rektor, akademik İsa Həbibbəyli Azərbaycan Respublikası Milli Məclisinin, üç nəfər universitet əməkdaşı isə Naxçıvan MR Ali Məclisinin deputatı seçilmişlər. YAP Proqram və Nizamnaməsinin tələbləri, möhtərəm ölkə Prezidentinin, muxtar respublika rəhbərliyinin gəncliyin qarşısına qoyduqları vəzifələr uğurla həyata keçirilir. YAP Universitet şəhərciyi ərazi ilk təşkilatının sədri bildirdi ki, partiyanın üzvləri ümummilli lider Heydər Əliyevin dövlətçilik ideyalarını rəhbər tutaraq milli birlik, vətəndaş həmrəyliyi nümayiş etdirəcək, ölkənin gələcək inkişafı yolunda əzmlə çalışacaqlar.

Sonda YAP sıralarına yenicə qoşulmuş tələbələrə üzvlük vəsiqələri təqdim olundu. 

Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov