Bakı
Dövlət Universitetinin rektoru, akademik Abel
Məhərrəmov Avropanın TEMPUS proqramı
çərçivəsində Bakı Dövlət Universiteti və
İngiltərənin Westminster Universiteti arasında
magistratura pilləsi üzrə distant təhsilin
reallaşmasına hazırlıq məqsədilə gəlmiş layihə
təşkilatçılarını qəbul edib.
BDU-da 37 beynəlxalq qrant və proqramların
həyata keçirildiyini deyən rektor layihələrin
əsasən elmi innovasiyalar - nanotexnologiyalar
və immunologiyalarla bağlı olduğunu bildirib.
Biologiya fakültəsinin dekanı, professor Akif
Quliyev layihənin tətbiqi ilə əlaqədar məlumat
verib.
On bir nəfərlik nümayəndə heyətinin layihə
koordinatoru İngiltərənin Westminster
Universitetindən Nino Porakişvili universitetlə
tanışlıqdan, biologiya fakültəsində layihənin
tətbiqindən məmnunluğunu ifadə edib və
əməkdaşlığın davamlı olacağına inamını qeyd
edib.
İngiltərənin Westminster, Fransanın Breatgne
Occidentale, İtaliyanın LTAqulia, Gürcüstanın
Tbilisi Dövlət Universitetlərindən olan layihə
üzvləri səfər çərçivəsində fakültənin həyatı,
müasir standartlara cavab verən
laboratoriyaları, tədris prosesi ilə tanış olub,
mühazirələr oxuyublar.
Onu da xatırladaq ki, Avropanın TEMPUS
proqramının biologiya fakültəsində I layihəsi
İmmunologiya laboratoriyasının yaradılması
olub.
Pərvanə İBRAHİMOVA,
BDU-nun Mətbuat və informasiya şöbəsinin
rəhbəri |