Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

22 Aprel 2011 - �15

 

Azərbaycanlı alimlər Ukraynada keçirilmiş beynəlxalq konfransda iştirak ediblər

 

Təhsil Nazirliyinin 1 aprel 2011-ci il tarixli əmrinə əsasən Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun nümayəndə heyəti 11-16 aprel tarixlərində Ukraynada səfərdə olmuşdur. Səfərdən məqsəd Ukrayna Təhsil Menecmenti Universiteti, Kiyev Vilayət Pedaqoji Kadrların Diplomdansonrakı Təhsil İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, Moskva Vilayət Diplomdansonrakı Təhsil Pedaqoji Akademiyası və ABŞ-ın San-Dieqo Milli Universitetinin birgə təşkilatçılığı ilə 14-15 apreldə keçirilən "İnnovativ təhsil fəaliyyəti: regional aspektlər" beynəlxalq elmi-praktik konfransını təşkil etmək idi. Son üç ildə BPKİYİ-nin təşkilatçılığı ilə Azərbaycanda və Ukraynada keçirilən sayca IV beynəlxalq elmi konfransda adıçəkilən ölkələrin ali məktəblərinin və elmi-tədqiqat institutlarının yüksək ixtisaslı mütəxəssisləri dörd bölmədə - təhsildə innovativ proseslər və onların regional aspektləri, diplomdansonrakı pedaqoji təhsil şəraitində pedaqoqların innovativ fəaliyyətə hazırlanması, informasiya-tədris mühiti təhsildə qlobal və regional inteqrasiya vasitəsi kimi, ali və orta təhsil müəssisələrində innovativ fəaliyyətin və təcrübi-eksperimental işlərin idarə edilməsi bölmələrində məruzələrlə çıxış etmişlər. Təhsilin inkişafının mühüm problemlərinin həllinə yönəldilmiş maraqlı məruzələrlə zəngin olan beynəlxalq konfransda fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov "Azərbaycanın orta təhsil sahəsində innovativ islahatların əsas istiqamətləri", pedaqoji elmlər üzrə fəlsəfə doktoru Polad Mədədov "Qloballaşma şəraitində elm və təhsilin inteqrasiyası" mövzularında məruzə etmişlər. Konfransın materiallarında Azərbaycanın, o cümlədən BPKİYİ-nin yüksək ixtisaslı mütəxəssislərinin 12 elmi əsəri dərc edilmişdir.

Qeyd etmək yerinə düşər ki, son üç ildə BPKİYİ-nin əsas təşkilatçılığı ilə dörd beynəlxalq elmi konfrans keçirilmişdir:  1) "Qloballaşma şəraitində pedaqoji kadrların ixtisasının artırılması: reallıqlar və perspektivlər" (Azərbaycan, Bakı, noyabr 2008); 2) "Diplomdansonrakı pedaqoji təhsil: Avropa oriyentirləri və regional prioritetlər" (Ukrayna, Belaya Çerkov, sentyabr 2009); 3)"İnnovasiya, təhsilin keyfiyyəti və inkişaf" (Azərbaycan, Bakı, noyabr 2010); 4) "İnnovativ təhsil fəaliyyəti: regional aspektlər" (Ukrayna, Belaya Çerkov, aprel 2011). Beynəlxalq konfransların hər birinin materialları yüksək poliqrafik və elmi səviyyədə dərc edilmişdir.

Səfər zamanı beynəlxalq konfransda iştirak edən müvafiq ali məktəblərin rəhbərlikləri ilə gələcək əməkdaşlığa dair məsələlər də müzakirə edilmişdir. Həmçinin, Ukrayna Təhsil Menecmenti Universiteti ilə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu arasında elm və təhsil sahəsində əməkdaşlığa dair müqavilə imzalanmışdır. Təhsil işçilərinin ixtisasının artırılması və yenidənhazırlanması, professional hazırlığının elmi-metodik müşayiəti, ixtisasartırma və yenidənhazırlanma kurslarının qarşılıqlı fəaliyyət sistemi ilə tanışlıq, ixtisasartırma və yenidənhazırlanma üzrə proqram mübadiləsi və onların qiymətləndirilməsi, distant təlim kurslarının birgə işlənməsi, kurs müdavimləri və tələbələr üçün birgə məşğələlərin keçirilməsi, elmi-tədqiqat fəaliyyətində birgə iştirak, seminar və mühazirələrin keçirilməsi üçün professor-müəllim heyətinin mübadiləsi, iş təcrübəsini öyrənmək və innovativ layihələrin hazırlanması məqsədilə pedaqoji və rəhbər işçi qruplarının mübadiləsi, beynəlxalq təhsil layihələrində birgə iştirak, birgə regional və beynəlxalq elmi-praktik simpoziumların, konfransların, seminarların, treninqlərin keçirilməsi, nəşriyyat məhsullarının mübadiləsi məqsədi daşıyan müqaviləni universitetin rektoru, akademik V.V.Oleynik və BPKİYİ-nin rektoru, professor A.Zamanov imzalamışlar.

Adıçəkilən müqavilə BPKİYİ və xarici ölkələrin müvafiq ali məktəbləri arasında imzalanmış sayca 12-ci sənəddir. Belə ki, 2008-ci ildən başlayaraq Belarus, Qazaxıstan, Fransa, Latviya, Rusiya və Ukraynanın 12 ali məktəbi ilə elm və təhsil sahəsində əməkdaşlığa dair müqavilələr imzalanmış, müvafiq işlər görülmüşdür. Yuxarıda adları göstərilən beynəlxalq konfranslar, həmçinin ali məktəblərin professor-müəllim heyətinin təcrübə mübadilələrinin reallaşması da bu müqavilələr əsasında həyata keçirilmişdir.

 Sonda onu da qeyd edək ki, nümayəndə heyətinin rəhbəri, professor A.Zamanov səfər zamanı onlara göstərdiyi yüksək diqqətə görə ölkəmizin Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri cənab Eynulla Mədətliyə qəzetimizin vasitəsilə minnətdarlığını bildirir.  

Hicran ƏKBƏROVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov